Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5634/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “B” blokunun 3-cü mərtəbəsində, sahələri ayrılıqda 88.00 kv.m. və 24.00 kv.m. təşkil edən ofis sahələrinin icarəyə verilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli, 22/474 №- li Müqavilə üzrə 31 iyul 2023-cü il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 7,533.12 AZN (yeddi min beş yüz otuz üç Azərbaycan manatı, on iki qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 95.33 AZN (doxsan beş Azərbaycan manatı, otuz üç qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 7,628.45 AZN (yeddi min altı yüz iyirmi səkkiz Azərbaycan manatı, qırx beş qəpik) məbləğinin Cavabdehdən İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh MMC (bundan sonar “cavabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin (bundan sonra “Bina”) “B” blokunun 3-cü mərtəbəsində, sahələri ayrılıqda 88.00 kv.m. və 24.00 kv.m. təşkil edən ofis sahələrinin (bundan sonra “İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli, 22/474 №-li Müqavilə (bütün əlavələri ilə birlikdə, bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeylimiqdarda ziyan vurulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 3-cü mərtəbəsində (blok “B”) sahəsi 88.00 kv.m və sahəsi 24.00 kv.m təşkil edən ofis sahələrinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 22/474 nömrəli icarə müqaviləsi bağlanmışdır.
10. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən icarə müddətinin 01 noyabr 2022ci il -30 noyabr 2022-ci il tarixləri aralığını əhatə edən dövrü üzrə bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarə verilən 88.00 kv.m-lik əmlakın hər km.m-i üçün ƏDV xaric 12.50 (on iki Azərbaycan manatı, əlli qəpik) olmaqla, ümumilikdə ƏDV xaric 1,100 AZN (bir min yüz Azərbaycan manatı, 00 qəpik) məbləğində aylıq icarə haqqı, ƏDV xaric 501.60 AZN (beş yüz bir Azərbaycan manatı, altmış qəpik) aylıq Təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 114.40 AZN (bir yüz on dörd Azərbaycan manatı, qırx qəpik) aylıq Mühafizə xidmətlərinə görə haqq və ƏDV xaric 44.00 AZN (qırx dörd Azərbaycan manatı, 00 qəpik) aylıq Elektrik enerjisinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1,760.00 AZN (bir min yeddi yüz altmış Azərbaycan manatı, 00 qəpik) məbləğində ödənişin, 01 dekabr 2022-ci il tarixindən etibarən İcarə Müqaviləsinin 1.1.2-ci yarımbəndində göstərilən 24.00 kv.m.-lik ofis sahəsinə münasibətdə icarə müddəti başlamış hesab olunur və sözügedən tarixdən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarə Müqaviləsinin 1.1.1-ci və 1.1.2-ci yarımbəndlərində nəzərdə tutulan İcarəyə Verilən Əmlak (lar) üçün ƏDV xaric 1,288.00 AZN (bir min iki yüz səksən səkkiz Azərbaycan manatı, 00 qəpik) aylıq İcarə Haqqı, ƏDV xaric 638.40 AZN (altı yüz otuz səkkiz Azərbaycan manatı, qırx qəpik) aylıq Təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 145.60 AZN (bir yüz qırx beş Azərbaycan manatı, altmış qəpik) aylıq Mühafizə xidmətlərinə görə haqq və ƏDV xaric 56.00 AZN (əlli altı Azərbaycan manatı, 00 qəpik) aylıq Elektrik enerjisinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 2,128.00 AZN (iki min bir yüz iyirmi səkkiz Azərbaycan manatı, 00 qəpik) aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır.
11. Müqavilənin 3.9-cu bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari rübün ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari rübün ilk 10 təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 iş günü ərzində həyata keçirilərək icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilməlidir.
12. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun sahədən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən qaimələr əsasında müvafiq ödənişlər edilmişdir.
16. İddiaçı 2023-cü ilin iyul ayında müqavilə xitam verilməsi ilə bağlı cavabdehə bildiriş göndərildiyini, tərəflər arasında təhvil-təslim olduğunu, hazırda cavabdehin 7.533,12 manat məbləğində borcunun qaldığını, borcun 2023-cü ilin may, iyun və iyul aylarını əhatə etdiyini bildirərək, iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDE seriyalı 681139 nömrəli xx.xx.2023-cü il tarixli, dəyəri 2.511,04 manat, EBDG seriyalı, 997009 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 2.511,04 manat, EBDJ seriyalı, 108909 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.511,04 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
18. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 7.533,12 manat təşkil edir.
19. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iddiaya münasibət (etiraz) bildirməmiş, müqavilə üzrə icarə haqqı borcunun ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 7.533,12 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
21. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,33 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
22. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2025-ci il tarixli, **********45 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 95,33 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
23. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 95,33 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 22/474 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 7.533 (yeddi min beş yüz otuz üç) manat 12 (on iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 95 (doxsan beş) manat 33 (otuz üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov