Məhkəmə qərarları › İş №e-2-2(113)-564/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-564/2024

17.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-564/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin tutulması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İdddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (“X6 Azərbaycan” QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1787969,58 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 21 noyabr 2023-cü il tarixinə 202309,98 manatın, mediasıya xərcinin əvəzi kimi 400 manat pulun və 92,31 manat dövlət rüsumunun tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında 27 fevral 2018-ci il tarixdə kredit verilməsi haqqında 210/21176/2018/1 saylı müqavilə bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 13 (on üç) ay müddətində, illik faiz dərəcəsi 16 % (on altı faiz) olmaqla ******* (bir milyon səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təmin еdilməsi məqsədilə - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103.0 kv.m qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* nömrəli çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan X4 arasında bağlanmış İpoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51.2 kv.m, əsas sahəsi 28.5 kv.m, köməkçi sahəsi 22.7 kv.m olan qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* №-li Çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m, köməksi sahəsikv.m olan qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* nömrəli çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında yerləşən, ümumi sahəsi 22.8 kv.m, əsas sahəsi 22.8 kv.m, köməksi sahəsi-kv.m olan qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı 12479018 nömrəli çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205.7 kv.m, yaşayış sahəsi 128.6 kv.m, yardımcı sahəsi 77.1 kv.m, 5 otaqlı mənzilini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* nömrəli çıхarış); 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177.18 kv.m, yaşayış sahəsi 110.55 kv.m, yardımçı sahəsi 66.63 kv.m, 4 otaqlı mənzilini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili yüklülük barədə RX sеriyalı ******* nömrəli çıхarış) "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еtmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və işə baxan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-356/2021 saylı qətnaməsi ilə cavabdehdən cəmi 2.769.934,18 (iki milyon yeddi yüzaltmış doqquz min doqquz yüz otuz dörd manat, on səkkiz qəpik) manat məbləğin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət olunmuşdur. Göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1787969,58 manat (bir milyon yeddi yüz səksən yeddi min doqquz yüz altmış doqquz manat əlli səkkiz qəpik) ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 17 avqust 2021-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan məbləği tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 1787969,58 manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2021-ci ildən 21 noyabr 2023cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla hesablanmış məbləğ 202309,98 (iki yüz iki min üç yüz doqquz manat doxsan səkkiz qəpik) manat təşkil edir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.7-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qətnamə qəbul edildikdən sonra pul vəsaitinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verildikdən sonra birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirildi və xeyli məbləğdə azalma oldu. Faiz və cərimə məbləği də azaldıldı. Əgər ipoteka predmeti varsa və həmin predmetə yönəldilmə varsa, bu zaman 5 faiz məbləğin hesablanması qanunsuzdur. Bununla bağlı kifayət qədər məhkəmə təcrübəsi mövcuddur. 5 faiz məbləğlə bağlı tələb əsassızdır və iddia tələbinin təmin edilməmisini xahiş edir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-356/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1787969,58 (bir milyon yeddi yüz səksən yeddi min doqquz yüz altmış doqquz manat əlli səkkiz qəpik) manat əsas, 880580,60 (səkkiz yüz səksən min beş yüz səksən manat altmış qəpik) manat faiz borcu, 100000 (bir yüz min) manat cərimə borcu, habelə 1354 (bir min üç yüz əlli dörd) manat sığorta haqqı və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2769934,18 (iki milyon yeddi yüz altmış doqquz min doqquz yüz otuz dörd manat on səkkiz qəpik) manat məbləğində pulun alınaraq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 180000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş X2 mülkiyyətində olan ünvan 5 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m, əsas sahəsi 28,5 kv.m, köməkçi sahəsi 22,7 kv.m olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 225000 (iki yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 85000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 30000 (otuz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m, 5 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 360000 (üç yüz altmış min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m, 4 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 310000 (üç yüz on min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı “X6 Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh və X3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-154/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-356/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsinin qismən, yəni əsas və faiz borcun məbləği, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh alınmalı olan əsas borcun məbləğinin 1786369,58 manat (bir milyon yeddi yüz səksən altı min üç yüz altmış doqquz manat əlli səkkiz qəpik) manat, faiz borcun məbləğinin 204055,57 (iki yüz dörd min əlli beş manat əlli yeddi qəpik) manat, əsas və faiz borcun, cərimənin, sığorta haqqının və dövlət rüsumu əvəzinin cəminin isə 2091809,15 (iki milyon doxsan bir min səkkiz yüz doqquz manat on beş qəpik) manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 443000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanlarında, ümumi sahəsi 205,7 kv.m olan 51 saylı mənzilin ilkin satış qiymətinin 410000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanlarında, ümumi sahəsi 177,18 kv.m olan 51 saylı mənzilin ilkin satış qiymətinin 353000 manat, ünvan 5 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 320000 manat, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 42000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatlarının ümumi dəyərinin - 300 (yüz) manatın 150 manatının “X6 Azərbaycan” QSC-dən, 150 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməsi, qiymətləndiricinin xidmət haqqı 900 (doqquz yüz) manatın 450 manatının “X6 Azərbaycan” QSC-dən, 450 manatının isə Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h N° AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməsi, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-563/2024 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-154/2023 nömrəli, 2023-cü il 9 oktyabr tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. “X6 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 210/21176/2018/1 nömrəli kredit müqaviləsi əsas borcdan qalan 1787969,58 manatın ödənilməsinin 826 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 202309,98 (iki yüz iki min üç yüz doqquz manat doxsan səkkiz qəpik) manat (hesablama: 1787969,58 manat * 5% / 360 gün * 826 gün = 202309,98 (iki yüz iki min üç yüz doqquz manat doxsan səkkiz qəpik) manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra olunmadığına görə dəymiş zərərin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə maddi zərərin tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

18. İddia tələbini Cavabdeh 1787969,58 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 202309,98 manat məbləğində pulun tutulması təşkil edir.

19. Məhkəmənin qənaətinə əsasən iddia qismən təmin olunmalıdır.

20. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-356/2021 saylı qətnaməsi ilə “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. Həmin qətnamədən cavabdehlər kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-563/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-154/2023 nömrəli, 2023-cü il 9 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı iddia tələbində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qətnamənin icra edilmədiyini bildirərək, gecikdirilmiş vaxt (826 gün) üçün illik beş faiz məbləğin cavabdehlərdən tutulmasını tələb edir.

21. Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində “X6 Azərbaycan” QSC-yə olan faiz borcunun hesablanması barədə” təqdim edilən arayışda Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində “X6 Azərbaycan” QSC-yə 5%-lə hesablanmış faiz borcunun 202309,98 manat təşkil etdiyi qeyd olunur. Həmin arayışdan görünür ki, göstərilən dövr üzrə hesablama aparılarkən ödənilməsinin gecikdirildiyi iddia edilən məbləğ 1787969,58 manat, il üzrə günlərin sayı 360 gün, gecikdirilmiş günlərin sayı isə 826 gün qeyd edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsindən göründüyü kimi, əsas borc 1786369,58 manat məbləğində müəyyən edilmişdir. Həmin hal nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsi ilə müəyyən edilən 1786369,58 manat əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə 5%-lə hesablanmış məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğ 202128,90 manat (1786369,58X5:100:365X826=202128,90) təşkil edir.

23. Beləliklə, mübahisələndirilən dövr üzrə əsas borca 5%-lə hesablanmış ümumi məbləğ 202128,90 manat təşkil edir.

24. Məhkəmə yuxarıda qeyd olunanları, qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır, cavabdehin etirazı isə əsassızdır. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh 1786369,58 manat (bir milyon yeddi yüz səksən altı min üç yüz altmış doqquz manat əlli səkkiz qəpik) məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi illik 5 (beş) faizlə hesablanan 202128,90 manat (iki yüz iki min yüz iyirmi səkkiz manat doxsan qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

25. Eləcə də, iddiaçı mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun və 92,31 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

26. Məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,31 manat (doxsan iki manat otuz bir qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1786369,58 manat (bir milyon yeddi yüz səksən altı min üç yüz altmış doqquz manat əlli səkkiz qəpik) məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi illik 5 (beş) faizlə hesablanan 202128,90 manat (iki yüz iki min yüz iyirmi səkkiz manat doxsan qəpik), 400 (dörd yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,31 manat (doxsan iki manat otuz bir qəpik) olmaqla, cəmi 202621,21 manat (iki yüz iki min altı yüz iyirmi bir manat iyirmi bir qəpik) məbləğində pul iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar