Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-565/2020 06.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X6, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər “X14 İnvestisiya Korporasiyası” ASC və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, tutmanın əmlaka yönəldilməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər “X14 İnvestisiya Korporasiyası” ASC və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması, tutmanın əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 82.091.640,21 manat (əsas borc 82.091.640,21 manat; faiz borcu 0,00 manat) məbləğində kredit borcunun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması; Cavabdeh2 MMC-dən cəmi 85.628.639,12 manat (əsas borc 0,00 manat; faiz borcu 85.628.639,12 manat) və 3.266.850,48 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 3.266.850,48 ABŞ dolları) məbləğində borcun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması; Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması; Borc tələbinin cavabdehlər “X14 İnvestisiya Korporasiyası” ASC-yə və Cavabdeh2 MMC-yə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehlərin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı QSC X19 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X19 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,“xxxx” ASC-nin “dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 nömrəli Fərmanın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” ASC-yə məxsus problemli aktivləri üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı QSC X10 keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxx 2017-ci il tarixli, S-32 və S- 37 saylı təhvil-təslim aktları əsasında İddiaçı QSC X19 Təşkilatına təhvil verilmişdir. xx xxxx 2017ci il tarixli, S-32 saylı akta əsasən cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 312.549.718,06 manat (əsas borc 269.243.706,92 manat; faiz borcu 43.306.011,14 manat), 63.795.616,95 ABŞ dolları (əsas borc 59.245.333,13 ABŞ dolları; faiz borcu 4.550.283,82 ABŞ dolları) və 2.517.736,07 avro (əsas borc 2.222.566,63 avro; faiz borcu 295.169,44 avro) məbləğində, xx xxxx 2017-ci il tarixli, S-37 saylı akta əsasən isə cəmi 43.784.493,13 manat (əsas borc 35.000.000,00 manat; faiz borcu 8.784.493,13 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında 2012-2015-ci illər ərzində bağlanmış 246 ədəd kredit müqavilələrinə və “xxxx” MMC ilə “X14 İnvestisiya Korporasiyası” ASC arasında xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış borc öhdəliklərinin ötürülməsi barədə 001 nömrəli müqaviləyə əsasən yaranmışdır. “xxxx” MMC ilə “X14 İnvestisiya Korporasiyası” ASC arasında xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış borc öhdəliklərinin ötürülməsi barədə 001 nömrəli müqaviləyə əsasən “xxxx” MMC-nin İddiaçı QSC X19 Təşkilatı qarşısında mövcud olan cəmi 439.905.684,92 manat ekvivalentində olan borcundan (404.677.940,13 manat əsas borc, 35.227.744,79 manat faiz borcu) 72.401.514,92 manat ekvivalentindəki (37.173.770,13 manat əsas borc, 35.227.744,79 manat faiz borcu) öhdəlik “X14 İnvestisiya Korporasiyası” ASC-yə ötürülmüş və bu öhdəlik İddiaçı QSC X19 Təşkilatı tərəfindən qəbul edilmişdir. Həmin borcun 384.805.026,38 manat (əsas borc 315.201.970,18 manat; faiz borcu 69.603.056,20 manat), 20.906.455,73 ABŞ dolları (əsas borc 19.571.757,89 ABŞ dolları; faiz borcu 1.334.697,84 ABŞ dolları) və 2.265.161,97 avro (əsas borc 2.222.566,63 avro; faiz borcu 42.595,34 avro) məbləğində hissəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-104/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASCdən cəmi 384.805.026,38 manat, 20.906.455,73 ABŞ dolları və 2.265.161,97 avro məbləğində kredit borcunun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması qətnamədə göstərilən əmlaklara yönəldilməsi qət edilmişdir. Bundan başqa, “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” ASCnin Gürcüstandakı Nümayəndəliyinə (Akkord Georgia) (bundan sonra – Nümayəndəlik) qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxx 2017-ci il tarixli SGK-1 saylı təhvil-təslim aktları əsasında İddiaçı QSC X19 Təşkilatına təhvil verilmişdir (Aktın surəti əlavə olunur). xx xxx 2017-ci il tarixli SGK-1 saylı akta əsasən Nümayəndəliyin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 5.566.839,95 ABŞ dolları (əsas borc 5.372.500,00 ABŞ dolları; faiz borcu 194.339,95 ABŞ dolları) və 7.639.850,22 gürcü larisi (əsas borc 7.511.000,00 gürcü larisi; faiz borcu 128.850,22 gürcü larisi) məbləğində borcu olmuşdur. “X14 İnvestisiya Korporasiyası” ASC ilə Nümayəndəlik arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli borc öhdəliklərinin ötürülməsi barədə müqaviləyə əsasən Nümayəndəliyin mövcud olan cəmi 5.566.839,95 ABŞ dolları (əsas borc 5.372.500,00 ABŞ dolları; faiz borcu 194.339,95 ABŞ dolları) və 7.639.850,22 gürcü larisi (əsas borc 7.511.000,00 gürcü larisi; faiz borcu 128.850,22 gürcü larisi) məbləğində borcu “X14 İnvestisiya Korporasiyası” ASC-yə ötürülmüşdür. Bundan sonra İddiaçı QSC Bank olmayan X7 Heyətinin xx xxxxxx 2017-ci il tarixli 76 nömrəli qərarına əsasən Nümayəndəliyin İddiaçı QSC X19 Təşkilatına olan və yuxarıda qeyd olunan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə qərar qəbul edildiyi günə manat ekvivalentində (cəmi 14.440.783,03 manat) “X14 İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı QSC X19 Təşkilatında olan borc öhdəliklərinin üzərinə həvalə edilmişdir. Bundan başqa, “X14 İnvestisiya Korporasiyası” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2018-ci il tarixli (Protokol № 02-AK-19 və Protokol № 03-AK-19), Cavabdeh2 MMC-nin Təsisçisinin (iştirakçısının) xx.xx.2018-ci il tarixli 02/19 və 03/19 nömrəli qərarları əsasında həmin Cəmiyyətlər arasında bağlanmış “borc öhdəliklərinin ötürülməsi barədə” xx.xx.2019-cu il tarixli 006 və 007 nömrəli müqavilələrə və İddiaçı QSC Bank olmayan X7 Heyətinin Qərarına əsasən “X14 İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı QSC-yə olan borcları üzrə öhdəliklərinin bir qismi, yəni ümumi 85.628.639,12 manat və 3.266.850,48 ABŞ dolları məbləğində faiz borcları Cavabdeh2 MMC-yə ötürülmüşdür. Beləliklə, xx xxxxxx 2019-cu il tarixə cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASCnin ötürülmüş və məhkəməyə verilməmiş borc öhdəliyi üzrə qarantiyalar xaric cəmi ümumi borcu 82.091.640,21 manat (əsas borc 82.091.640,21 manat; faiz borcu 0,00 manat) məbləğində təşkil etmişdir. Eyni zamanda, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh2 MMC-nin cəmi ümumi borcu 85.628.639,12 manat (əsas borc 0,00 manat; faiz borcu 85.628.639,12 manat) və 3.266.850,48 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 3.266.850,48 ABŞ dolları) məbləğində təşkil etmişdir. Cavabdehlərlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəyə müraciət edərək, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 82.091.640,21 manat (əsas borc 82.091.640,21 manat; faiz borcu 0,00 manat) məbləğində kredit borcunun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması; Cavabdeh2 MMC-dən cəmi 85.628.639,12 manat (əsas borc 0,00 manat; faiz borcu 85.628.639,12 manat) və 3.266.850,48 ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 3.266.850,48 ABŞ dolları) məbləğində borcun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması; məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması; borc tələbinin “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 19.500.000,00 manat dəyərində qiymətləndirilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 347,30 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, 1,4866 ha torpaq sahəsinə və həmin müəssisəyə aid avadanlıqlara; “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 36.000.000,00 manat dəyərində qiymətləndirilmiş “X14 İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 4.492,19 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 1,19287 ha torpaq sahəsinə, həmin müəssisəyə aid “İsuzu NPR66P yük” markalı. furqon tipli, **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, texnikalara və avadanlıqlara; “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 25.500.000,00 manat dəyərində qiymətləndirilmiş “X14 İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X20 yolu, 11-ci km ünvanında yerləşən ümumi sahəsi 8.868,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 6,45 ha torpaq sahəsinə, həmin müəssisəyə aid “Mitsubishi L300 mikroavtobus” markalı **-AR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Shacman SX5234GJBJS384 yük” markalı **-JL-*** dövlət nömrə nişanlı betonqarışdıran nəqliyyat vasitəsinə, “XCMG XZ 15284JOZ25K yük” markalı **-JF- *** dövlət nömrə nişanlı avtokran nəqliyyat vasitəsinə, “HOWO ST3250C yük” markalı **- JJ-*** dövlət nömrə nişanlı özüboşaldan nəqliyyat vasitəsinə, “DOLİ DORSE yarımqoşqu” markalı **-ZF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “VAZ 21041 minik” markalı **- AK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Hyundai İX 35” markalı **-PB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “KAMAZ 54115” markalı **-JE-*** və **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə, “Mitsubishi PİCK UP” markalı **-PK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Mitsubishi PİCK UP” markalı **-PN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “İsuzu Bogdan avtobus” markalı **-JA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Hyundai Sonata” markalı **-AD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “NEFAZ 9334 yarımqoşqu” markalı **-ZD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “CLG 856 frontal yükləyici” markalı 10-H-722 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Komatsu avtokar” markalı 10-Z-573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, texnikalara və avadanlıqlara; “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 95.000.000,00 manat dəyərində qiymətləndirilmiş “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20.816,6 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 5,3978 ha torpaq sahəsinə, “xxxx” ASC ilə aralarında bağlanmış müqavilə əsasında birgə fəaliyyət göstərən “X4” MMC-yə məxsus daşınar əmlaklara (nəqliyyat vasitələrinə, texnikalara və avadanlıqlara və s.) yönəldilməsi, “X14 İnvestisiya Korporasiyası” ASC-nin, X1, “xxxx” ASC-nin və “X4” MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı QSC X19 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X15 və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X19 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilmini xahiş etmiş, ərizə icaata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X12 məhkəmə iclasında cəmiyyətin baş icraçı direktoru Bürhan Həmidovun ərizəsini məhkəməyə təqdim etdi və ərizənin məzmununa uyğun izahat verərək ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında cəmiyyətin direktoru Bağır Məmmədovun ərizəsini məhkəməyə təqdim etdi və ərizənin məzmununa uyğun izahat verərək ərizənin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1 -ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “xxxx” ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan X7etməsinə verilməsi üçün tədbirlər görsünlər. İş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s nömrəli Sərəncamının 1 -ci hissəsinə əsasən, İddiaçı QSC X19 Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təhvil-təslim aktları əsasında (təhvil-təslim aktları bu müqaviləyə əlavə olunur) özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC- yə güzəşt edir. Həmin müqavilənin 2.5.2-ci bəndinə əsasən “xxxx” ASC- dən təhvil alınmış problemli aktivləri idarə edərkən İddiaçı QSC ödəmə vaxtı keçmiş kredit borclarının (əsas borc və fazilər), akkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlər) qaytarılması və borclular tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və sair) görür. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş xx xxxx 2017-ci il tarixli, S-32 saylı aktdan görünür ki, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 312.549.718,06 manat (əsas borc 269.243.706,92 manat; faiz borcu 43.306.011,14 manat), 63.795.616,95 ABŞ dolları (əsas borc 59.245.333,13 ABŞ dolları; faiz borcu 4.550.283,82 ABŞ dolları) və 2.517.736,07 avro (əsas borc 2.222.566,63 avro; faiz borcu 295.169,44 avro) məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş xx xxxx 2017-ci il tarixli, S-37 saylı aktdn görünür ki, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 43.784.493,13 manat (əsas borc 35.000.000,00 manat; faiz borcu 8.784.493,13 manat) məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş xx xxx 2017-ci il tarixli SGK-1 saylı aktdan görünür ki, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 5.566.839,95 ABŞ dolları (əsas borc 5.372.500,00 ABŞ dolları; faiz borcu 194.339,95 ABŞ dolları) və 7.639.850,22 gürcü larisi (əsas borc 7.511.000,00 gürcü larisi; faiz borcu 128.850,22 gürcü larisi) məbləğində borcu olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-104/2018 saylı qətnaməsindən görünür ki, qeyd olunan qətnamə ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 384.805.026,38 manat, 20.906.455,73 ABŞ dolları və 2.265.161,97 avro məbləğində kredit borcunun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması qətnamədə göstərilən əmlaklara yönəldilməsi qət edilmişdir. “X14 İnvestisiya Korporasiyası” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx.xx.2018-ci il tarixli 02-AK-19 və 03-AK-19 nömrəli protokollarında görünür ki, Cavabdeh2 MMC-nin Təsisçisinin xx.xx.2018-ci il tarixli 02/19 və 03/19 nömrəli qərarları əsasında həmin Cəmiyyətlər arasında bağlanmış “borc öhdəliklərinin ötürülməsi barədə” xx.xx.2019-cu il tarixli 006 və 007 nömrəli müqavilələrə və İddiaçı QSC Bank olmayan X7 Heyətinin Qərarına əsasən “X14 İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı QSC-yə olan borcları üzrə öhdəliklərinin bir qismi, yəni ümumi 85.628.639,12 manat və 3.266.850,48 ABŞ dolları məbləğində faiz borcları Cavabdeh2 MMC-yə ötürülmüşdür. X14 İnvestisiya Korporasiyası” ASC-nin baş icraçı direktoru Bürhan Həmidovun məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı QSC X19 Təşkilatı tərəfindən hazırki iddia ərizəsi üzrə irəli sürülmüş tələbi tam olaraq qəbul etdiklərini bildirmişlər. Cavabdeh2 MMC-nin direktoru Bağır Məmmədovun məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı QSC X19 Təşkilatı tərəfindən hazırki iddia ərizəsi üzrə irəli sürülmüş tələbi tam olaraq qəbul etdiklərini bildirmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş xx xxxx 2017-ci il tarixli, S-32 və S-37 saylı aktlara əsasən cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 312.549.718,06 manat (əsas borc 269.243.706,92 manat; faiz borcu 43.306.011,14 manat), 63.795.616,95 ABŞ dolları (əsas borc 59.245.333,13 ABŞ dolları; faiz borcu 4.550.283,82 ABŞ dolları) və 2.517.736,07 avro (əsas borc 2.222.566,63 avro; faiz borcu 295.169,44 avro) məbləğində, xx xxxx 2017-ci il tarixli, S-37 saylı akta əsasən isə cəmi 43.784.493,13 manat (əsas borc 35.000.000,00 manat; faiz borcu 8.784.493,13 manat) məbləğində borcu yaranmışdır. Eyni zamanda “xxxx” ASC-nin “X14 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququnun əldə edilməsinə əsas olmuş xx xxx 2017-ci il tarixli SGK-1 saylı aktda əsasən cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 5.566.839,95 ABŞ dolları (əsas borc 5.372.500,00 ABŞ dolları; faiz borcu 194.339,95 ABŞ dolları) və 7.639.850,22 gürcü larisi (əsas borc 7.511.000,00 gürcü larisi; faiz borcu 128.850,22 gürcü larisi) məbləğində borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-104/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 384.805.026,38 manat, 20.906.455,73 ABŞ dolları və 2.265.161,97 avro məbləğində kredit borcunun İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-yə cəmi 82.091.640,21 manat; Cavabdeh2 MMC-yə cəmi 85.628.639,12 manat və 3.266.850,48 ABŞ dolları məbləğində borcu yaranmışdır. Daha sonra cavabdehlər “X14 İnvestisiya Korporasiyası” ASC və Cavabdeh2 MMC məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilərək cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 82.091.640,21 (əsas borc səksən iki milyon doxsan bir manat altı yüz qırx manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulmalı, Cavabdeh2 MMC-dən cəmi 85.628.639,12 (səksən beş milyon altı yüz iyirmi səkkiz min altı yüz otuz doqquz manat on iki qəpik) manat (əsas borc 0,00 manat; faiz borcu 85.628.639,12 manat) və 3.266.850,48 (üç milyon iki yüz altmış altı min səkkiz yüz əlli dollar qırx səkkiz sent) ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 3.266.850,48 ABŞ dolları) məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişi gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulmalı, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada “X14 İnvestisiya Korporasiyası” ASC-dən 15 (on beş) manat və Cavabdeh2 MMC-dən 15 (on beş) manat tutulmaqla İddiaçı QSC X19 Təşkilatının xeyrinə ödənilməli, borc tələbi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 19.500.000,00 (on doqquz milyon beş yüz min) manat dəyərində qiymətləndirilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 347,30 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, 1,4866 ha torpaq sahəsinə və həmin müəssisəyə aid avadanlıqlara yönəldilməli, borc tələbi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 36.000.000,00 (otuz altı milyon) manat dəyərində qiymətləndirilmiş “X14 İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 4.492,19 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 1,19287 ha torpaq sahəsinə, həmin müəssisəyə aid “İsuzu NPR66P yük” markalı. furqon tipli, **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, texnikalara və avadanlıqlara yönəldilməli, borc tələbi “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 25.500.000,00 (iyirmi beş milyon beş yüz min) manat dəyərində qiymətləndirilmiş “X14 İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X20 yolu, 11-ci km ünvanında yerləşən ümumi sahəsi 8.868,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 6,45 ha torpaq sahəsinə, həmin müəssisəyə aid “Mitsubishi L300 mikroavtobus” markalı **-AR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Shacman SX5234GJBJS384 yük” markalı **-JL-*** dövlət nömrə nişanlı betonqarışdıran nəqliyyat vasitəsinə, “XCMG XZ 15284JOZ25K yük” markalı **-JF-*** dövlət nömrə nişanlı avtokran nəqliyyat vasitəsinə, “HOWO ST3250C yük” markalı **-JJ-*** dövlət nömrə nişanlı özüboşaldan nəqliyyat vasitəsinə, “DOLİ DORSE yarımqoşqu” markalı **-ZF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “VAZ 21041 minik” markalı **-AK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Hyundai İX 35” markalı **-PB- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “KAMAZ 54115” markalı **-JE-*** və **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə, “Mitsubishi PİCK UP” markalı **-PK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Mitsubishi PİCK UP” markalı **-PN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “İsuzu Bogdan avtobus” markalı **-JA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Hyundai Sonata” markalı **-AD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “NEFAZ 9334 yarımqoşqu” markalı **-ZD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “CLG 856 frontal yükləyici” markalı 10-H-722 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Komatsu avtokar” markalı 10-Z-573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, texnikalara və avadanlıqlara yönəldilməli, borc tələbi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 95.000.000,00 (doxsan beş milyon) manat dəyərində qiymətləndirilmiş “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20.816,6 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 5,3978 ha torpaq sahəsinə, “xxxx” ASC ilə aralarında bağlanmış müqavilə əsasında birgə fəaliyyət göstərən “X4” MMC-yə məxsus daşınar əmlaklara yönəldilməli, “X14 İnvestisiya Korporasiyası” ASC-nin, X1, “xxxx” ASC-nin və “X4” MMCnin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməli, İddiaçı QSC X19 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X8 həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “X14 İnvestisiya Korporasiyası” ASC-dən cəmi 82.091.640,21 (əsas borc səksən iki milyon doxsan bir manat altı yüz qırx manat iyirmi bir qəpik) manat məbləğində kredit borcu İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulsun. Cavabdeh2 MMC-dən cəmi 85.628.639,12 (səksən beş milyon altı yüz iyirmi səkkiz min altı yüz otuz doqquz manat on iki qəpik) manat (əsas borc 0,00 manat; faiz borcu 85.628.639,12 manat) və 3.266.850,48 (üç milyon iki yüz altmış altı min səkkiz yüz əlli dollar qırx səkkiz sent) ABŞ dolları (əsas borc 0,00 ABŞ dolları; faiz borcu 3.266.850,48 ABŞ dolları) məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişi gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı QSC X19 Təşkilatının xeyrinə tutulsun. Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada “X14 İnvestisiya Korporasiyası” ASC-dən 15 (on beş) manat və Cavabdeh2 MMC-dən 15 (on beş) manat tutulmaqla İddiaçı QSC X19 Təşkilatının xeyrinə ödənilsin. Borc tələbi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 19.500.000,00 (on doqquz milyon beş yüz min) manat dəyərində qiymətləndirilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 347,30 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, 1,4866 ha torpaq sahəsinə və həmin müəssisəyə aid avadanlıqlara yönəldilsin. Borc tələbi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 36.000.000,00 (otuz altı milyon) manat dəyərində qiymətləndirilmiş “X14 İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5 B ünvanında yerləşən ümumi sahəsi 4.492,19 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 1,19287 ha torpaq sahəsinə, həmin müəssisəyə aid “İsuzu NPR66P yük” markalı. furqon tipli, **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, texnikalara və avadanlıqlara yönəldilsin. Borc tələbi “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 25.500.000,00 (iyirmi beş milyon beş yüz min) manat dəyərində qiymətləndirilmiş “X14 İnvestisiya Korporasiyası” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, X20 yolu, 11-ci km ünvanında yerləşən ümumi sahəsi 8.868,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 6,45 ha torpaq sahəsinə, həmin müəssisəyə aid “Mitsubishi L300 mikroavtobus” markalı **-AR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Shacman SX5234GJBJS384 yük” markalı **-JL-*** dövlət nömrə nişanlı betonqarışdıran nəqliyyat vasitəsinə, “XCMG XZ 15284JOZ25K yük” markalı **-JF-*** dövlət nömrə nişanlı avtokran nəqliyyat vasitəsinə, “HOWO ST3250C yük” markalı **-JJ-*** dövlət nömrə nişanlı özüboşaldan nəqliyyat vasitəsinə, “DOLİ DORSE yarımqoşqu” markalı **-ZF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “VAZ 21041 minik” markalı **-AK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Hyundai İX 35” markalı **-PB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “KAMAZ 54115” markalı **-JE- *** və **-JC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə, “Mitsubishi PİCK UP” markalı **-PK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Mitsubishi PİCK UP” markalı **-PN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “İsuzu Bogdan avtobus” markalı **-JA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Hyundai Sonata” markalı **-AD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “NEFAZ 9334 yarımqoşqu” markalı **-ZD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “CLG 856 frontal yükləyici” markalı 10-H-722 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “Komatsu avtokar” markalı 10-Z-573 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, texnikalara və avadanlıqlara yönəldilsin. Borc tələbi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirməyə dair hesabatına əsasən cəmi 95.000.000,00 (doxsan beş milyon) manat dəyərində qiymətləndirilmiş “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 20.816,6 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, həmin müəssisəyə aid mülkiyyətdə olan 5,3978 ha torpaq sahəsinə, “xxxx” ASC ilə aralarında bağlanmış müqavilə əsasında birgə fəaliyyət göstərən “X4” MMC-yə məxsus daşınar əmlaklara yönəldilsin. “X14 İnvestisiya Korporasiyası” ASC-nin, X1, “xxxx” ASC-nin və “X4” MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilsin. İddiaçı QSC X19 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X8 həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-565/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-565/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver