Məhkəmə qərarları › İş №e-2-2(113)-5659/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5659/2025

26.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5659/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1271,38 manat əsas borc və 32 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh qida və qida xammallarının alqı-satqısı barədə razılıq əldə olunmuş və məxaric qaimələrində göstərilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Məxaric qaimələrinə və üzləşmə aktına əsasən Cavabdeh2 İddiaçı MMC-yə 1271,38 manat borcu vardır. Öhdəliklərinin icra edilməsi ilə bağlı cavabdehə 03 iyul 2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, lakin borc məbləğinin ödənilməsinə dair heç bir tədbir görülməmişdir. Ərizəyə əlavə etdiyimiz 13 may 2025-ci il tarixli maliyyə arayışına əsasən, alıcının əsas borcu 1271,38 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 425.2, 427.1, 442, 442.1, 445.7, 448.1, 448.2, 598.1, 598.2-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “Üzləşmə Aktı”na əsasən, cavabdehin nümayəndəsi Ayxan Novruzov xx.xx.2025-ci il tarixinə şirkətə 1271,38 manat borcu olduğunu imza ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarix aralığında F/Ş Cavabdeh2 ilə İddiaçı MMC arasında 1271,38 manat dövriyyə yaranmışdır. Mövcud dövriyyəyə qarşılıq olaraq F/Ş Cavabdeh2 heç bir ödəniş etməmişdir. Son qalıq borc 1271,38 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10738706 nömrəli e-qaiməyə əsasən 113,24 manat dəyərində, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 11413712 nömrəli e-qaiməyə əsasən 113,24 manat dəyərində və xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 11485930 nömrəli e-qaiməyə əsasən 351,59 manat dəyərində, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 11485919 nömrəli e-qaiməyə əsasən 115,22 manat dəyərində, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 12033007 nömrəli e-qaiməyə əsasən 351,59 manat dəyərində, xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 10735143 nömrəli e-qaiməyə əsasən 113,19 manat dəyərində, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı, 10393254 nömrəli e-qaiməyə əsasən 113,25 manat dəyərində müxtəlif mallar, işlər və xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir. Qarşılıqlı hesablaşma cədvəlinə əsasən Cavabdeh2 müxtəlif vaxtlarda İddiaçı MMC-yə 1271,38 manat qalıq borc məbləği yaranmışdır. 13 yanvar 2025-ci il tarixli 344 nömrəli məxaric qaiməsinə əsasən, cəmi 113,25 manat dəyərində 5 kq miqdarında Təbii "Delice Dor" qəpik südlü MİR (2.5 KQ) 36% (xx.xx.2026) İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, son borc 226,5 manat qeyd olunmuşdur. 16 yanvar 2025-ci il tarixli 528 nömrəli məxaric qaiməsinə əsasən, cəmi 113,25 manat dəyərində 5 kq miqdarında Təbii "Delice Dor" qəpik südlü MİR (2.5 KQ) 36% İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, son borc 339,75 manat qeyd olunmuşdur. 21 yanvar 2025-ci il tarixli 626 nömrəli məxaric qaiməsinə əsasən, cəmi 351,6 manat dəyərində 30 ədəd Təbii "Delice Dor" qəpik südlü MİR (2.5 KQ) 36% (xx.xx.2026) İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, son borc 806,58 manat qeyd olunmuşdur. 21 yanvar 2025-ci il tarixli 608 nömrəli məxaric qaiməsinə əsasən, cəmi 115,23 manat dəyərində 2,5 kq miqdarında Təbii "Delice Dor" qəpik südlü MİR (2.5 KQ) 36% və 5 ədəd Təbii "Delice Dor" qəpik südlü MİR (0.5 KQ) 36% İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, son borc 454,98 manat qeyd olunmuşdur. 29 yanvar 2025-ci il tarixli 962 nömrəli məxaric qaiməsinə əsasən, cəmi 351,6 manat dəyərində 30 ədəd Təbii "Delice Dor" qəpik südlü MİR (0.5 KQ) 36% (xx.xx.2026) İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, son borc 1158,18 manat qeyd olunmuşdur. 07 fevral 2025-ci il tarixli 1337 nömrəli məxaric qaiməsinə əsasən, cəmi 113,2 manat dəyərində 4 ədəd Təbii "Delice Dor" qəpik südlü MİR (0.5 KQ) 36% və 4 ədəd Təbii "Delice Dor" qəpik südlü MİR (0.5 KQ) 36% (xx.xx.2026) İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş, son borc 1271,38 manat qeyd olunmuşdur. 03 iyul 2025-ci il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 1271,38 manat borc məbləğini 3 (üç) gün ərzində ödəməsini xahiş etmiş, göstərilən müddət ərzində ödəniş olmadığı halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 32,8 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqısatqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarındakı razılaşmaya uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt elektron qaimələr, məxaric qaimələri və üzləşmə aktı ilə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Qanunvericilik normalarını, cavabdehin öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 1271,38 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 1271,38 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32,8 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh2 1271 (min iki yüz yetmiş bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində borc və 32 (otuz iki) manat 80 (səksən) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar