Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5662/2022 26.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 463 saylı,xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən xx.xx.2022-ci il tarixinə hesablanmış 434 939,88 manat qalıq borc məbləğindən artıq hesablanmış 200000 manat borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu, 400 manat mediasiya xərcinin, ümumilikdə 490 manat məbləğin cavabdehdən qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçı tərəfindən borc üçün ödənilən məbləğ 200000 manat miqdarında məbləği əsassız hesablanmış borc məbləği olduğuna görə iddiaçının depozit hesabına köçürülməsi, qalan məbləğin isə pul məbləğinin cari borcun ödənilməsi üçün hesablanması, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, ümumilikdə 490 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində iddiaçıya məxsus istixana əkin sahələri yerləşir. İstixananın qaz təchizatı sisteminə quraşdırılmiş İTRON tipli, G-400 markalı, ********** saylı qaz sayğacı xx.xx.2021-ci il tarixində növbədənkənar dövlət yoxlaması üçün çıxarılmışdır. Çıxarılan sayğacın əvəzinə Cavabdeh İB-yə məxsus Elster tipli, EK-280 markalı, G-400 markali, 80128958 saylı qaz sayğacı quraşdırılmışdır. Quraşdırılan sayğac istixana təsərrüfatınun qaza olan tələbatından artıq qazı hesabata alır. Əvvəlki illərlə müqayisədə həddindən artıq qazın hesaba alınması sayğacın düzgün işləməməsi şübhəsini yaratmışdır. Belə ki, yeni quraşdırılan sayğac xx.xx.2022-ci il tarixinə 434 939,88 (dörd yüz otuz dörd min doqquz yüz otuz doqquz manat, 88 qəpik) manat qalıq borc məbləği hesablamışdır (üzləşdirmə aktı və hesab-faktura qoşma şəklində əlavə olunur). Halbuki, hesablanma düzgün aparılmamış və faktiki sərfiyyatdan 200000 manat artıq borc məbləği hesablanmışdır. Bu məbləğin hansı əsasla yaranmasını müəyyənləşdirmək üçün cavabdehə və “Bakı Regional Qazın Satışı Departamenti”nə dəfələrlə müraciətlər olunsa da, müraciətlərə məhəl qoyulmamışdır. Hesablanmış olan borc məbləğinin əsassızlığı səbəbindən iddiaçı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının imzalanmasından imtina etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onlara təbii qazın verilişinin dayandırılacağı barədə xəbərdarlıq etmiş, təbii qazın verilişinin bir gün belə dayandırılması istixananın fəaliyyətinə ciddi və bərpaolunmaz zərər vura bildiyi üçün iddia ərizəsində göstərilən borc tam şəkildə cavabdehə ödənilmiş, bu səbəbdən həmin vəsaitin hazırda geri qaytarılmasını tələb edirlər. Təbii qazın verilişinin dayandırılması ilə bağlı onlara edilmiş xəbərdarlıqla bağlı inzibati və ya məhkəmə qaydasında şikayət etməmişlər. Əvvəlki məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə etiraz edir, belə ki, o, həmin sazişi imzalayıb təsdiq etsə belə, onu oxumamış, elə hesab etmişdir ki, tərəflər arasında olan digər məhkəmə mübahisəsi ilə bağlı olmuşdur. Bundan əlavə, onların hazırda cavabdehə ödənilməli hər hansı borcu yoxdur. İddia ərizəsində göstərilən borc tərəflərindən xx.xx.2022-ci il tarixdə tam şəkildə ödənilmişdir. Bu səbəbdən ödədikləri vəsaitin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus sayğac çıxarılaraq növbəti dövlət yoxlanışına göndərilmiş, sayğacın elektron hissəsinin işləmədiyi müəyyən edilmişdir. Belə ki, təbii qazdan istifadə edilsə də, sayğacın elektron hissəsi hər hansı qeydiyyat aparmamış, istifadə edilmiş qazın dəyəri ödənilməmişdir. Belə ki, sayğaclar iki hissədən – elektron və mexaniki hissələrdən ibarətdir, elektron hissə nasaz olduğu təqdirdə belə, mexaniki hissə sərf edilmiş təbii qazın həcmini tam şəkildə qeydə ala bilir. Bu səbəbdən həmin sayğacın mexaniki göstəriciləri əsasında iddiaçıya tərəflərindən - birinci akt üzrə 48513,08 manat, ikinci akt üzrə 55509,08 manat borc, üçüncü akt üzrə isə 98903,64 manat məbləğində istehlak edilmiş təbii qaza görə borc hesablanmışdır. Həmin borclar tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir. Bundan əlavə, tərəflər arasında hazırkı məhkəmə mübahisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə barışıq sazişi imzalanmış, həmin sazişin şərtləri aydın şəkildə hər iki tərəfə izah edilmiş, iddiaçının qanuni təmsilçisi tərəfindən təsdiq edilmiş, sazişin şərtləri iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək icra edilmişdir. İddia ərizəsində silinməsi xahiş olunmuş borcun mövcudluğu həmin sazişdə iddiaçı tərəfindən etiraf edilmişdir. Tərəflər arasında daha əvvəl də analoji məhkəmə mübahisəsi olmuş, saziş imzalanan vaxt həmin mübahisə üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən artıq yekun qərar qəbul edilmiş, lakin onlara icra sənədinin icrası ilə bağlı hər hansı məlumat gəlmədiyi üçün silinməsi qət edilmiş 160792,02 manat borc tərəflərindən hələ silinməmişdir, məhkəmə aktının icrası ilə bağlı göstəriş daxil olan kimi həmin borc silinəcəkdir. İddiaçı barədə qaz xəttinə qanunsuz qoşulma ilə bağlı hər hansı akt tərtib edilməmiş və borc hesablanmamışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 28 gün üçün 415603 kub metr qaz sərfi hesablanmışdır. Cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 ay üçün 449562 kub metr qaz sərfi hesablanmışdır. Cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 19 gün üçün 220514 kub metr qaz sərfi hesablanmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğaca baxış keçirildi, işləmir, sayğac xəttdən açıldı, baxış keçirildi, sayğac təmizdir, daxildə olan pər hərəkət edir, lakin mexanizm işləmir, qazın sərfi qeydə alınmır. Sayğac təkrar xəttə quraşdırıldı, plimblandı. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus istixanasının sayğacında daxildə olan pər hərəkətsiz vəziyyətdədir, işləmir. Müvəqqəti qaz təminatının bərpa etmək üçün G-400, İV 80128988 nömrəi sayğac quraşdırıldı. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, cavabdehə məxsus istixanadan G-400 N********** nömrəli sayğac növbədənkənar yoxlama məqsədilə çıxarıldı. G-4** İN ***28958 nömrəli sayğac müvəqqəti quraşdırılmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 21 fevral 2022-ci il tarixli TTŞ/XM/04 nömrəli məktubdan görünür ki, Abşeron rayon Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında iddiaçıya məxsus istixana əkin sahələri yerləşir. İstixananın qaz təchizatı sisteminə quraşdırılmış İtron tipli G-400 markalı ********** saylı qaz sayğacı xx.xx.2021-ci il tarixində növbədənkənar Dövlət Yoxlaması üçün çıxarmışıldır. Hal-hazırda təmir prosesindədir. Çıxarılan sayğacın əvəzinə Cavabdeh İB-nə məxsus Elster tipli EK-280 markalı, G-400 markalı 80128958 saylı qaz sayğacı quraşdırılmışdır. Quraşdırılan sayğac istixana təsərrüfatının qaza olan tələbatından artıq qazı hesabata alır. Əvvəlki illərlə müqayisədə həddindən artıq qazın hesaba alınması onlarda sayğacın düzgün işləməməsi şübhəsi yaratmışdır. Təyziq rejimini nəzərə alaraq sayğacın korrektor hissəsinin təyinatı üzrə təmin edilməsi şərtini nəzərə alaraq EK-220 markalı korrektor təmin olunmaqla yeni sayğacın quraşdırılması və müqayisə olunması üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-202/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcul silinməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya qanunsuz olaraq hesablanmış 160792,02 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci i tarixli 2-2(103)- 287/2022 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-486/2022 saylı Qərarına əsasən iddiaçı "xxxx" MMC-nin Cavabdeh İByə qarşı işi üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci i tarixli 2-2(103)- 287/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən iddiaçıya EBAX 351280 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 75864,41 manat, EBAY 983240 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 61447,60 manat, EBBA 236555 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 51841,40 manat, EBBB 793233 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 10891,41 manat, EBBC 844243 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 1,80 manat, EBBM 276548 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 11997,40 manat, EBBO 143118 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 89185,36 manat, EBBP 482654 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 93578,10 manat, EBBR 228067 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 101229,04 manat, EBBS 860498 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 89332,54 manat, EBBU 558936 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 98903,64 manat, EBBW 095786 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 0,22 manat qaimə göndərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, iddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-5662/2022 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir və təbii qazdan istifadəyə görə yaranmış 246140,10 manat məbləğində borcun Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)202/2021 saylı qətnaməsinə əsasən silinməsi qət edilmiş, 160792,02 manat hissəsi istisna olmaqla 85348,08 manat hissəsini qəbul edir və həmin borcun 50.000 manat hissəsini Saziş imzalanandək, 35348,08 manat hissəsini isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydaları”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək. Cavabdeh Sazişin şərtlərinə və qazın alqı-satqısı haqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişlə iddiaçının ƏDV sub-uçot hesabında cavabdehin hesabına 28800 manat, xx.xx.2022-ci il tarixli bildirişlə 7632 manat ödəniş edilməlidir. xx.xx.2022-ci il tarixli 488523 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən cavabdehə 42400 manat, xx.xx.2022-ci il tarixli 488523 nömrəli ödəniş tapşırığı ilə 42400 manat, xx.xx.2022-ci il tarixli 487208 nömrəli ödəniş tapşırığı ilə 160000 manat ödəniş edilmişdir. Hüquqi dəyərlkəndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun paylayıcı istehlakçını qazla təmin etmiş, istehlakçının aldığı qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən hesablanmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddiaçının silinməsini tələb etdiyi borcun təbii qazdan istifadəyə görə hesablanmış sərfiyyat borcu olduğunu, həmin abonent barədə qaz xəttinə qanunsuz qoşulma ilə bağlı hər hansı akt tərtib edilmədiyini və borc hesablanmadığını bildirmişdir. Materiallardan müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği müəssisəyə quraşdırılmış sayğacın göstəriciləri əsasında hesablanmış borcdur. İddiaçı həmin aylar üzrə sərfiyyatın əsassız olduğunu, sayğacın göstərilən borcu düzgün qeydə almadığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə, iddiaçı xx.xx.2022-ci il tarixli sazişdə borcun olmasını qəbul etmiş, həmin borcu xx.xx.2022-ci il tarixdək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tərəflərin nümayəndələrin izahatlarından həmin borcun tam şəkildə ödənildiyi müəyyən edilmişdir. İddiaçının qanuni təmsilçisinin həmin sazişi oxumadan imza etməsi, sazişin tərəflər arasında olan digər məhkəmə mübahisəsinin nəticəsi ilə bağlı olmasını bildiyi üçün imzalaması barədə dəlilləri ilə də Məhkəmə razılaşmır. Belə ki, tərəflər arasında barışıq sazişi xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, iddiaçının istinad etdiyi məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı (kassasiya instansiya məhkəməsinin qərarı) isə xx.xx.2022-ci il tarixdə (təxminən 2 ay əvvəl) artıq qanuni qüvvəyə minmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin sazişi imzalamadıqları təqdirdə cavabdeh tərəfindən gələcəkdə təbii qazın verilişinin dayandırılması barədə təhdid edildikləri barədə dəlili ilə də razılaşmır. Belə ki, materiallarda olan Bakı Kommersiya Məhkəməsinin e-16(113)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçi İddiaçı MMC-yə təbii qazın verilişinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. Həmin qərardad xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş, həmin icra sənədi əsasında xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edilməldiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 490 (dörd yüz doxsan) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5662/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5662/2022
26.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver