Məhkəmə qərarları › İş №e-2-2(113)-5663/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5663/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5663/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DC00190572- 03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2807,58 manat əsas borc, 25,30 manat faiz borcu, 75,42 manat cərimə borcu olmaqla, cəmi 2908,30 manat məbləğində borcun, DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2385,67 manat əsas borc, 154,07 manat faiz borcu, 113,83 manat cərimə borcu olmaqla, cəmi 2653,57 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 100 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/00190572 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2020-ci il tarixli DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 31,5%, günlük cərimə faizi 0,0875% olmaqla, 15,554 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir, xx.xx.2021-ci il tarixli DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 30,5%, günlük cərimə faizi 0,0847% olmaqla, 5,475 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2807,58 manat əsas borc, 25,30 manat faiz borcu, 75,42 manat cərimə borcu olmaqla, cəmi 2908,30 manat təşkil edir, gecikmə gününün sayı 123 gün; - DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2385,67 manat əsas borc, 154,07 manat faiz borcu, 113,83 manat cərimə borcu olmaqla, cəmi 2653,57 manat təşkil edir, gecikmə gününün sayı 153 gün. X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X1 əsasən Müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 100 manat məbləğində xidmət haqqı ödəmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC Cavabdeh xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 31,5%, günlük cərimə faizi 0,0875% olmaqla, 15,554 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit vermişdir. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC Cavabdeh xx.xx.2022-ci il tarixinədək, illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 30,5%, günlük cərimə faizi 0,0847% olmaqla, 5,475 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit vermişdir. xx.xx.2022-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2807,58 manat əsas borc, 25,30 manat faiz borcu, 75,42 manat cərimə borcu olmaqla, cəmi 2908,30 manat borcu vardır. Gecikmə gününün sayı isə 123 gündür. DC00190572- 05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə 2385,67 manat əsas borc, 154,07 manat faiz borcu, 113,83 manat cərimə borcu olmaqla, cəmi 2653,57 manat borcu vardır. Gecikmə gününün sayı isə 153 gündür. 08 iyul 2022-ci il tarixli MŞB7-00075/2022 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində kredit müqavilələri bağlanmış, iddiaçı müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh hər iki müqavilə üzrə kredit borcunu tam olaraq ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2807,58 manat əsas və 25,30 manat faiz borcu tələbi, DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 2385,67 manat əsas və 154,07 manat faiz borcu tələbi mediasiya xərci tələbi, həmçinin 100 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edirəm ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17,12 manat, DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 20,26 manat məbləğində müəyyən edilməlidir Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2807,58 manat əsas və 25,30 manat faiz, 17,12 manat cərimə borcu, cəmi 2850 manat DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 2385,67 manat əsas, 154,07 manat faiz, 20,26 manat cərimə, cəmi 2560 manat, ümumilikdə hər iki ərizə üzrə 5410 manat pul, həmçinin 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh DC00190572-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2807,58 manat əsas və 25,30 manat faiz, 17,12 manat cərimə borcu, cəmi 2850 manat, DC00190572-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 2385,67 manat əsas, 154,07 manat faiz, 20,26 manat cərimə, cəmi 2560 manat, ümumilikdə hər iki ərizə üzrə 5410 manat pul, həmçinin 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar