Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-567/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs olmaqla) qarşı “torpaq icarəsi müqavilələrinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarəsi müqaviləsinə xitam verilməsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “torpaq icarəsi müqavilələrinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsindəki 832,8 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 0326 №-li, 02 iyun 2004-cü il tarixli torpaq icarə müqaviləsinə, habelə Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyev küçəsinin kəsişməsindəki 694-cü məhəllədə yerəşən 682 kv.metr torpaq sahəsinin icarəyə verilməsi haqqında 0942 №-li 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2023- cü il tarixdən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 N-li “Özünəməxsus ərazidə yaşayış, kotec tipli və şadlıq evlərinin layihələşdirilməsi və tikintisinə icazə verilməsi” haqqında Sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli, 01-04/27 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-ci il tarixli, 11 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-ci il tarixli, 000109 saylı şəhadətnaməsi və fərdi yaşayış evlərinin müvafiq qaydada qeydiyyat vəsiqələri nəzərə alınaraq, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllədə "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1.839 kv.m. olan (özəlləşdirilmiş torpaq sahəsi 1006,2 kv.m) ərazidə yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 17 N-li Sərəncamın 5.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdriyyəti torpaq icarə müqaviləsini bağlanmasını təmin etsin və sifarişçi Bakı şəhəri Torpaq Şöbəsindən 832,8 kv.m torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) "xxxx" MMC (“İcarəçi”) ilə arasında xx.xx.2004-ci il tarixli, 0326 N-li torpaq icarə müqaviləsi imzalanmışdır. Bu müqavilənin şərtlərinə əsasən “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə sahəsi 832, kv.m olan torpaq sahəsini ” 49 il müddətinə “İcarəçi”nin istifadəsinə verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsindəki 832 kv.m torpaq sahəsinin “İcarəçinin” istifadəsinə verilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən "xxxx" MMC-yə 04/85 nömrəli Ayrıc Aktı verilmişdir. Həmçinin “Qarşılıqlı razılaşma əsasında sərəncamın addan-ada keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 99 №-li 18 mart 2010-cu il tarixli sərəncamına əsasən Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli 95 №-li sərəncamı ilə Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsindəki 694-cü məhəllədə “M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə yaşayış evinin tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,1 ha torpaq sahəsi və tərtib olunmuş 11449 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmişdir. “M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə dair BŞİB-nın xx.xx.2004-cü il tarixli 95 saylı sərəncamı ləğv edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 99 saylı, xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) "xxxx" MMC (“İcarəçi”) ilə arasında xx.xx.2011-ci il tarixli, 0942 N-li “torpaq icarə müqaviləsi” imzalanmışdır. Bu müqavilənin şərtlərinə əsasən “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə sahəsi 682, kv.m olan torpaq sahəsini” 49 il müddətinə “İcarəçi”nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları əsasında bağlanmış 26 oktyabr 2011-ci il tarixli, 0942 N-li, və 02 iyun 2004-cü il tarixli, torpaq icarə müqavilələri etibarsızdir. Belə ki, qeyd edilən torpaq sahələrində iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə hündürmərtəbəli yaşayış binaları inşa edilmişdir. Həmin torpaq sahəsi hündürmərtəbəli bina tikmək üçün "xxxx" MMC-nın daimi istifadəsinə verilmişdir. Artıq istifadəyə verilmiş həmin torpaq sahələrinin əlavə olaraq həm də icarəyə verilməsi və bu barədə icarə müqavilələrinin bağlanması qanunvericiliyin tələblərinə ziddir. Torpaq sahələri cavabdeh tərəfindən iddiaçının istifadəsinə hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə verilmişdir. İddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün təhvil almış, orada hündürmərtəbəli yaşayış binası inşa etmişdir. Həmin torpaq icarə müqavilələrinə xitam verilməlidir. Bununla bağlı olaraq iddiaçı hesab edir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti iddiaçının torpaq sahələri üzərində istifadə hüquqlarının tanınmasına kömək etməli, əsassız şəkildə müqavilə bağlanılmasına və ondan əsassız olaraq icarə haqqı tutulmasına yol verməməlidir. Bununla bağlı olaraq Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarında qeyd olunan torpaq sahələrinin iddiaçının istifadəsinə verildiyi göstərilmişdir. Bundan əlavə, torpaq sahəsi qanuna görə ya müvafıq qərar, ya da müqavilə əsasında verilə bilər. İddiaçıya torpaq sahələrinin verilməsinə dair cavabdeh inzibati orqanın sərəncamları vardır, ona görə də əlavə olaraq icarə müqavilələrinin bağlanılması əsassızdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə verərək Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsindəki 832,8 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 0326 №-li, 02 iyun 2004-cü il tarixli torpaq icarə müqaviləsinə, habelə Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyev küçəsinin kəsişməsindəki 694-cü məhəllədə yerəşən 682 kv.metr torpaq sahəsinin icarəyə verilməsi haqqında 0942 №-li 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 17 N-li “özünəməxsus ərazidə yaşayış, kotec tipli və şadlıq evlərinin layihələşdirilməsi və tikintisinə icazə verilməsi” haqqında Sərəncamına əsasən, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004- ci il tarixli, 01-04/27 saylı razılıq məktubu, "xxxx" MMC-nin xx.xx.2004-ci il tarixli, 11 saylı müraciəti, Azərbaycan Respublikası iqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-ci il tarixli. 000109 saylı şəhadətnaməsi və fərdi yaşayış evlərinin müvafiq qaydada qeydiyyat vəsiqələri nəzərə alınaraq, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 694-cü məhəllədə "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1.839 kv.m. olan (özəlləşdirilmiş torpaq sahəsi 1006,2 kv.m) ərazidə yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 17 N-li Sərəncamın 5.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi"nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdriyyəti torpaq icarə müqaviləsini bağlanmasını təmin etsin və sifarişçi Bakı şəhəri Torpaq Şöbəsindən 832,8 kv.m torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) “Qağayı" MMC (“İcarəçi”) ilə arasında xx.xx.2004-ci il tarixli, 0326 N-li torpaq icarə müqaviləsi imzalanmışdır. Həmçinin Qarşılıqlı razılaşma əsasında sərəncamın addan-ada keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısım 99 №-li 18 mart 2010-cu il tarixli sərəncamına əsasən Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli 95 №-li sərəncamı ilə Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsindəki 694-cü məhəllədə “M.J.Group (UK) Marvel Lifescines Limited" Şirkətinə yaşayış evinin tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,1 ha torpaq sahəsi və tərtib olunmuş 11449 saylı inşat pasportu "Qağayı” MMC-nin adına keçirilmişdir. "M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə dair BŞİB-nın xx.xx.2004- cü il tarixli 95 saylı sərəncamı ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 99 saylı, xx.xx.2010-cu il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti (İcarəyəverən ) "xxxx" MMC ("İcarəçi”) ilə arasında xx.xx.2011-ci il tarixli, 0942 N-li “torpaq icarə müqaviləsi” imzalanmışdır. Bu müqavilənin şərtlərinə əsasən “İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə sahəsi 682, kv.m olan torpaq sahəsini ” 49 il müddətinə "lcarəçi’’nin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları əsasında bağlanmış 26 oktyabr 2011-ci il tarixli, 0942 N-li, və 02 iyun 2004-cü il tarixli, torpaq icarə müqavilələri etibarsızdir. Belə ki, qeyd edilən torpaq sahələrində iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə hündürmərtəbəli yaşayış binaları inşa edilmişdir. Həmin torpaq sahəsi hündürmərtəbəli bina tikmək üçün "xxxx" MMC-nın daimi istifadəsinə verilmişdir. Artıq istifadəyə verilmiş həmin torpaq sahələrinin əlavə olaraq həm də icarəyə verilməsi və bu barədə icarə müqavilələrinin bağlanması qanunvericiliyin tələblərinə ziddir. Torpaq sahələri cavabdeh tərəfindən iddiaçının istifadəsinə hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə verilmişdir. İddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün təhvil almış, orada hündürmərtəbəli yaşayış binası inşa etmişdir. Həmin torpaq icarə müqavilələrinə xitam verilməlidir. Bununla bağlı olaraq iddiaçı hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti iddiaçının torpaq sahələri üzərində istifadə hüquqlarının tanınmasına kömək etməli, əsassız şəkildə müqavilə bağlanılmasına və ondan əsassız olaraq icarə haqqı tutulmasına yol verməməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi, iddiaçı Qağayı MTK, Qağayı MMC və Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 0326 №-li, 02 iyun 2004- cü il tarixli və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqavilələri əsasında icarəyə götürdüyü torpaq sahələrindən könüllü imtina etməsi və bu səbəbdən həmin müqavilələrə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti sözügedən pretenziya məktubunu xx.xx.2023-cü il tarixdə almış, lakin həmin pretenziya məktubuna hər hansı münasibət bildirməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış 02 iyun 2004-cü il tarixli və 0942 №-li, 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqavilələrinə əsasən “Qağayı" MTK-nın icarə hüquqlarına xx.xx.2023-cü il tarixdən, yəni “Qağayı MMC-nin (hazırda “Qağayı" MTK) icarəyə götürdüyü torpaqdan könüllü imtina etməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı pretenziya məktubunun sonuncu tərəfindən alındığı tarixdən xitam verilmiş hesab olunmalıdır.
5. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, uzunmüddətli torpaq icarə müqavilələrin ləğv olunması və yaxud xitam verilməsi AR MM-nin tələblərinə uyğun həyata keçirilir və sözügedən müqavilə 15 ildən yuxarı olduğu üçün uzunmüddətli müqavilə hesab edilir. Mülki Məcəllənin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 719.4-cü maddəsində göstərilmişdir ki, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Mülki Məcəllədə isə torpaq sahəsinin icarəçisinin belə bir hüququ nəzərdə tutulmamış, eyni zamanda 30 ildən çox müddətə bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün ən azı 30 il müddətin keçməsi şərti müəyyən edilmişdir. Qeyd olunanları və uzunmüddətli müqavilənin ləğv edilmə şərtləri AR MM-nin tələblərinə uyğun nizama salındığından və qaldırılan iddiada qanunvericiliyin tələblərinə uyğun müddəalar öz əksini tapmadığından iddianın rədd olunmasını məhkəmədən xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Vəkil Hüseyn qızı ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
8. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 0326 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən:
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən icarə əsasında sahəsi 832,8 kv.m. olan torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə verir.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq ahəsi yaşayış evinin tikintisi üçün verilir.Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qəidir və gələcəkdə istifadə üçün icazə adlandırılacaq.
13. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə 49 il müddətinə bağlanır.
14. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür.
15. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “qarşılıqlı razılaşma əsasında sərəncamın addan-ada keçirilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 99 saylı sərəncamına əsasən Bakı ŞİH başçısının xx.xx.2004-cü il tarixli, 95 saylı sərəncamı ilə Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsindəki 694-cü məhəllədə “M.J.Group (uk) Marvel Lifescines Limited” şirkətinə yaşayış evinin tikintisinin laihələndirilməsi üçün ayrılmış 0.1 ha torpaq sahəsi və tərtib olunmuş 11449 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmiş və xx.xx.2004-cü il tarixli, 95 saylı sərəncam ləğv edilmişdir.
16. İddiaçı MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2011-cü il tarixli, 0942 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən:
17. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən icarə əsasında sahəsi 682 kv.m. olan torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə verir.
18. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq ahəsi yaşayış evinin tikintisi üçün verilir.Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qəidir və gələcəkdə istifadə üçün icazə adlandırılacaq.
19. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə 49 il müddətinə bağlanır.
20. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür.
21. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16-18-16 mərtəbəli (124 mənzildən ibarət) 3 girişli binası mövcüd vəziyyətdə istismara qəbul edilmişdir.
22. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli, 38 saylı arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16- 18-16 mərtəbəli 124 mənzldən ibarət 3 girişli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Bütün mənzillər satılıb. Bina istismara qəbul edilib və sakinlərə təhvil verilmişdir.
23. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
28. Sadalanan normaların təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.
29. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.
30. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir.
31. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
32. 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər.
33. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
34. 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.
35. 719.4-cü maddəsinə əsasən icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir.
36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
37. 73-cü maddəsinə əsasən torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.
38. 75-ci maddəsinin 2-ci hissəsinə əsasən Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
39. 75-ci maddəsinin 6-cı hissəsinə əsasən Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “ Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenumun Qərarına əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.
41. İşin halları ilə müəyyən olunur ki, İddiaçı MTK ilə (əvvəlki adı İddiaçı MMC) Bakı Şəhər İcra Hakimiyyəti arasında yaşayış binaların tikintisi üçün torpaqların icarəyə verilməsi barədə müqavilələr bağlanmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 0326 saylı və xx.xx.2011-cü il tarixli, 0942 saylı müqavilənin 3.2 və 7.2-ci bəndlərinə əsasən icarə haqqını vaxtlı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa həmin müqavilələrdə torpaqdan inşaat işlərinin aparılmağa başlandığı tarixdən deyil, 7.3-cü bəndində qeyd edildiyi kimi xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixdən icarə haqqının hesablanması nəzərdə tutulmuş və iddiaçı tərəf də həmin bəndin şərtinə etiraz etmədən qarşılıqlı razılıq əsasında müqavilələri bağlamışdır.
42. İddiaçı hazırki idda ərizəsi ilə bildirir ki, qeyd edilən torpaq sahələrində iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə hündürmərtəbəli yaşayış binaları inşa edilmişdir. Həmin torpaq sahəsi hündürmərtəbəli bina tikmək üçün "xxxx" MMC-nın daimi istifadəsinə verilmişdir. Artıq istifadəyə verilmiş həmin torpaq sahələrinin əlavə olaraq həm də icarəyə verilməsi və bu barədə icarə müqavilələrinin bağlanması qanunvericiliyin tələblərinə ziddir. Torpaq sahələri cavabdeh tərəfindən iddiaçının istifadəsinə hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə verilmişdir. İddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmək üçün təhvil almış, orada hündürmərtəbəli yaşayış binası inşa etmişdir. Həmin torpaq icarə müqavilələrinə xitam verilməlidir.
43. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktından görünür ki, Nəsimi rayonu, 694-cü məhəllə, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişdiyi ərazidə 16-18-16 mərtəbəli (124 mənzildən ibarət) 3 girişli binası mövcüd vəziyyətdə istismara qəbul edilmişdir.
44. İddiaçı MTK-nın balansında 124 mənzilin olduğunu və onların hamısını satıldığını qeyd etsə də, məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə sübut qismində yalnız 93 ədəd mənzillərin özəlləşdirilməsinə dair çıxarış təqdim edilmişdir. Beləliklə, 124 mənzildən 31 mənzilin MTK-nın balansında qalması müəyyən olunur.
45. Digər tərəfdən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
46. Lakin, göründüyü kimi, mənzil-tikinti kooperativinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi və əmlakların həmin kondominimuma təhvil verilməsi halı da mövcüd deyil.
47. Beləliklə, məhkəmə iddiaçı MTK-nın həmin icarəyə götürülmüş və müqavilələrinə xitam verilməsini tələb etdiyi torpaq sahələrindən hələ də istifadə etməsi, torpaq sahəsində tikilmiş binalarda bəzi mənzillərin MTK-nın özünün balansında qalması, icarə müqavilələrinin 49 il müddətinə bağlanması, hazırki iş üzrə müqaviləyə birtərəfli qaydada xitam verilməsinin qanuni əsaslarının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının yündür mərtəbəli binanın tıkılıb başa çatdırılması əsası ilə torpaq icarəsi müqavilələrinə xitam verilməsi tələbi əsaslı və qanuni hesab edilə bilməz.
48. Göründüyü kimi iddiaçının istinad etmiş olduğu dəlillərin hüquqi əsası olmadığından iddia tələbi təmin edilməməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MTK-nın Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC (hazırda İddiaçı MTK) arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsindəki 832,8 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 0326 №-li, 02 iyun 2004-cü il tarixli torpaq icarə müqaviləsinə, habelə Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyev küçəsinin kəsişməsindəki 694-cü məhəllədə yerəşən 682 kv.metr torpaq sahəsinin icarəyə verilməsi haqqında 0942 №-li 26 oktyabr 2011-ci il tarixli torpaq icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Komsmersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova