Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5682/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, əsas məbləği 27716,85 manat, ƏDV-si 4989,04 manat olmaqla, ümumilikdə 32705,89 manat borc, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 83260,64 dəbbə pulu və ödənilmiş 339,78 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcarəyə verən”) və Cavabdeh MMC arasında (“İcarəçi”) icarəyə verənə məxsus texniki avadanlıqların icarəyə verilməsinə dair 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi bağlanılmışdır. İcarə haqqı, icarəyə verilən avadanlıqların siyahısı, icarə müddəti 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi hesab edilən X1 əsasən müəyyən edilib. Qeyd edilən müqavilənin 1 və 2 saylı X1 əsasən icarəyə verən icarəçiyə 4 texnikanı icarəyə verir. Texnikaların icarə məbləği ƏDV xaric 35096,85 manat, ƏDV məbləği 6317,44 manat olmaqla, cəmi 41414.27 manat təşkil edib. Qeyd edilən məbləğə uyğun icarəyə verən tərəfindən icarəçiyə xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 816633 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 086507 nömrəli elektron qaimə faktura və təhviltəslim aktı göndərilmişdir. İcarəçi tərəfindən müqavilənin ayrılmaz hissəsi hesab edilən X1 əsasən məbləğin 30%-i, yəni ƏDV xaric 7380 manat əvvəlcədən ödənilir. Lakin qalan məbləğlər bu günə kimi ödənilməyib. Hal-hazırda ödənilməmiş icarə haqqından borc məbləği ƏDV xaric 27716,85 manat təşkil edir. Müqavilənin 2.9-cu bəndinə əsasən icarəçi ödənişi gecikdirdiyi təqdirdə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində icarəyə verənə penya ödəyir. xx.xx.2024-cü il tarixinə dəbbə pulu 83260,64 manat təşkil edir. Bu isə cavabdehin müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirməməsi deməkdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, yekun qətnamənin çıxarılmasını xahiş etmiş, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini 21700 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində qəbul etdiyini, iddianın qismən, həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi və qeyd etdi ki, müəyyən müddət ərzində texnika işləməyib, telefon vasitəsi ilə əlaqə saxlayaraq, texnikanın işləməməsi barədə şifahi məlumat vermiş, lakin yazılı müraciət etməmişdir, ona görə də həmin müddət üçün ondan pul vəsaiti tutula bilməz.
7. İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə və onun ayrılmaz hissəsi sayılan X3 qeyd olunanlara uyğun olaraq icarəyə verənin ona məxsus texnikaları icarəçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində icarəçi icarəyə verənə xidmət haqqı ödəyir; 2.2-ci bəndinə əsasən icarəçi iş günləri iş vaxtından artıq və istirahət günləri icarə predmetini və işçiləri işlədərsə, işçilərə əmək qanunvericiliyilə müəyyən edilmiş qaydada və hədlərdə əmək haqqı ödənilməsi üçün texnikanın işə artıq işlədilməsinə görə bu müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqından əlavə hər artıq işlədilmiş saata görə icarəyə verənə əlavə vəsait ödəməlidir; 2.5-ci bəndinə əsasən icarəçi müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ay üçün növbəti ayın 5-dən gec olmamaq şərtilə icarəyə verənin hesabına köçürməlidir. Bu ödənişlərə müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş əlavə ödənişlər də daxil edilir; 2.7-ci bəndinə əsasən müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş hallarda, eləcə də icarəçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində (texnikanın yanacaqla təmin edilməməsi, texnikanı idarə edən işçilərin vaxtında iş yerinə gətirilməməsi və s.), habelə texnikanın istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri üçün ödəməyə borcludur. Gündəlik və aylıq görülmüş işləri əks etdirən sənədlər icarəçiyə təqdim edildikdə, o, sənədləri bir gün ərzində təsdiq etməlidir. Təqdim edilmiş sənədləri bu və ya digər səbəbdən icarəçi beş gün ərzində təsdiq etmədikdə, bu müddətdən sonra sənədlər təsdiq edilmiş sayılır və ödənişə yönəldilir. İcarəyə verilmiş texnika gündəlik 10 saatdan əlavə işləyərsə, həmçini bazar, bayram, dövlətin təyin etdiyi qeyri-iş günləri həmin saatlar məsai (overtime) hesablanacaq; 2.9-cu bəndinə əsasən icarəçi ödənişi gecikdirərərsə, gecişkdirilmiş hər gün üçün borcun 1%-i həcmində "İcarəyə verən"ə peniya ödəyir; 2.10-cu bəndinə əsasən bayram, dövlətin təyin etdiyi qeyri-iş günləri, bazar günlərində texnikalar xidmət göstərməsələr (İstirahət günü olarsa), həmin gün üçün icarə haqqı tam ayın icarəsi kimi hesablanacaq; 2.13-cü bəndinə əsasən icarə müddəti "Texnika" İcarəyə verən"in qarajından çıxan gündən və "İcarəyə verən"in qarajına qayıdanadək hesablanır; 2.14-cü bəndinə əsasən icarə müddəti 1 (bir) aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablabnır, "İcarəçi" tərəfindən "İcarəyə verənə ödənilir; 2.15-ci maddəsinə əsasən icarə haqqı "Texnikaların" "İcarəyə verən"in Suraxanıdakı qarajından çıxan tarixdən həmin qaraja qayıdanadək hesablanır; 4.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin icrası tərəflər üçün məcburidir; 4.2-ci bəndinə əsasən müqavilənin şərtlərinin tərəflərin, habelə qeyrilərinin mülahizəsi ilə təfsirinə (kommentariya) yol verilmir. Onları yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə qanunları tətbiq edərkən təfsir edə bilər.
8. xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 saylı “Qiymət razılaşdırma protokolu”ndan məlum olur ki, İddiaçı MMC Cavabdeh MMC-yə hər birinin qiyməti 8200 manat (ƏDV xaric, 1 ayda 26 iş günü/10 saat) olan 3 ədəd texnuka icarəyə vermişdir (overtime hər biri üzrə qiyməti 47 manat). Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 4-cü bəndinə əsasən icarə qiymətinə yanacaq, operatorun yeməyi, qalmaq üçün yer və iş yerinə aparıbgətirilməsi daxil deyil; 5-ci bəndinə əsasən icarə müddəti texnikaların icarəyə verənin Suraxanı qarajından çıxan və həmin qaraja qayıdanadək sayılır; 6-cı bəndinə əsasən texnikaların istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, o cümlədən natamam iş günü icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri kimi ödəməyə borcludur.
9. xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 2 saylı “Qiymət razılaşdırma protokolu”ndan məlum olur ki, İddiaçı MMC Cavabdeh MMC-yə qiyməti 5000 manat (ƏDV xaric, 1 ayda 26 iş günü/10 saat) olan 1 ədəd texnuka icarəyə vermişdir (overtime qiyməti 29 manat). Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Protokolun 10-cu bəndinə əsasən icarə qiymətinə yanacaq, operatorun yeməyi, qalmaq üçün yer və iş yerinə aparıb-gətirilməsi daxil deyil; 11-ci bəndinə əsasən icarə müddəti texnikaların icarəyə verənin Suraxanı qarajından çıxan və həmin qaraja qayıdanadək sayılır; 12-ci bəndinə əsasən texnikaların istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, o cümlədən natamam iş günü icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri kimi ödəməyə borcludur.
10. xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən “Texnikaların icarəsinin qəbulu haqqında” 1 nömrəli aktda müqavilə üzrə texnikaların iyul 2023-cü il müddətində icarəyə verildiyi və tərəflərin bir- birlərinə qarşı heç bir iradının olmaması qeyd olunur və göstərilmiş xidmətin ümumi dəyərinin ƏDV daxil 12075,30 manat olmasını tərəflər təsdiq edirlər. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən “Texnikaların icarəsinin qəbulu haqqında” 2 nömrəli aktda müqavilə üzrə texnikaların avqust 2023-cü il müddətində icarəyə verildiyi və tərəflərin bir-birlərinə qarşı heç bir iradının olmaması və göstərilmiş xidmətin ümumi dəyərinin ƏDV daxil 29338,98 manat olması qeyd olunur. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapır. Akt İddiaçı MMC tərəfindən imza və möhür ilə təsdiqlənsə də, Cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir.
12. xx.xx.2023-cü il tarixli EBDL seriyalı, 816633 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12075,30 (ƏDV daxil) manat təşkil edir. Əsas kimi 2023-cü ilin iyul ayının icarə haqqı qeyd olunmuşdur.
13. xx.xx.2023-cü il tarixli EBDO seriyalı, 086507 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29338,97 (ƏDV daxil) manat təşkil edir. Əsas kimi 2023-cü ilin avqust ayının icarə haqqı qeyd olunmuşdur.
14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 7380 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsas qrafasında “xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən əvvəlcədən ödəniş qeydi” edilmişdir.
15. Köçürmənin aparılması haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV subuçot hesabına xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən 1328,4 manat ƏDV məbləği ödənilmişdir.
16. İddiaçı MMC tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli 316 saylı dəbbə pulunun hesablanması qaydasına dair arayışda qeyd olunur ki, Cavabdeh MMC-nin ödəməli olduğu dəbbə pulu ƏDV daxil 83260,64 manatdır.
17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 150 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) bank günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin şərtlərinə əsasən müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan X2 qeyd olunanlara uyğun olaraq icarəyə verənə məxsus texnikalar cavabdehin verdiyi sifarişlər əsasında xidmət edir və bunun müqabilində iddiaçıya haqqı ödənilir. Cavabdeh iş günləri iş vaxtından artıq və istirahət günləri icarə predmetini və işçiləri işlədərsə, işçilərə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hədlərdə əmək haqqı ödənilməsi üçün texnikanın artıq işlədilməsinə görə bu müqavilədə nəzərdə tutulmuş aylıq icarə haqqından əlavə hər artıq işlədilmiş saata görə icarəyə verənə əlavə vəsait ödəməlidir. İcarəçi müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ay üçün növbəti ayın 5-dən gec olmamaq şərtilə icarəyə verənin hesabına köçürməlidir. Bu ödənişlərə müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş əlavə ödənişlər də daxil edilir. Müqavilənin 2.6-cı bəndində nəzərdə tutulmuş hallarda, eləcə də icarəçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində (texnikanın yanacaqla təmin edilməməsi, texnikanı idarə edən işçilərin vaxtında iş yerinə gətirilməməsi və s.), habelə texnikanın istismarını istisna edən hava şəraitindən asılı olaraq boşdayanma saatları və günləri nəzərə alınmadan, icarəçi bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ayın tam günləri üçün ödəməyə borcludur. Gündəlik və aylıq görülmüş işləri əks etdirən sənədlər icarəçiyə təqdim edildikdə, o, sənədləri bir gün ərzində təsdiq etməlidir. Təqdim edilmiş sənədləri bu və ya digər səbəbdən icarəçi beş gün ərzində təsdiq etmədikdə, bu müddətdən sonra sənədlər təsdiq edilmiş sayılır və ödənişə yönəldilir. İcarəyə verilmiş texnika gündəlik 10 saatdan əlavə işləyərsə, həmçini bazar, bayram, dövlətin təyin etdiyi qeyri-iş günləri həmin saatlar məsai (overtime) hesablanacaq. Eləcə də, bayram, dövlətin təyin etdiyi qeyri-iş günləri, bazar günlərində texnikalar xidmət göstərməsələr (İstirahət günü olarsa), həmin gün üçün icarə haqqı tam ayın icarəsi kimi hesablanacaq. İcarə müddəti "Texnika" İcarəyə verən"in qarajından çıxan gündən və "İcarəyə verən"in qarajına qayıdanadək hesablanır. İcarə müddəti 1 (bir) aydan az olarsa, icarə haqqı tam ayın icarəsi kimi hesablabnır, "İcarəçi" tərəfindən "İcarəyə verəndə ödənilir, icarə haqqı "Texnikaların" "İcarəyə verən"in Suraxanıdakı qarajından çıxan tarixdən həmin qaraja qayıdanadək hesablanır, müqavilənin şərtlərinin icrası tərəflər üçün məcburidir.
21. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında müqavilənin bağlanması, texnikaların cavabdehə təhvil verilməsi, xidmətin göstərilməsi müqavilə üzrə ilkin olaraq 7380 manat və müvafiq ƏDV məbləğinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək texnikalar təqdim edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya ödənilməli olan məbləğlər ödənilməmiş, iddiaçıya borcu yaranmışdır.
22. İddia tələbinin bir hissəsini cavabdehdən əsas məbləği 27716,85 manat, ƏDV-si 4989,04 manat olmaqla, ümumi məbləği 32705,89 manat borcun tutulması təşkil edir.
23. Sübut qismində məhkəməyə müvafiq qiymət razılaşdırma protokolları, elektron qaimələr, “Texnikaların icarəsinin qəbulu haqqında” 1 və 2 nömrəli aktlar təqdim olunmuşdur.
24. xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən “Texnikaların icarəsinin qəbulu haqqında” 1 nömrəli aktda müqavilə üzrə texnikaların iyul 2023-cü il müddətində icarəyə verildiyi və tərəflərin bir- birlərinə qarşı heç bir iradının olmaması qeyd olunur və göstərilmiş xidmətin ümumi dəyərinin ƏDV daxil 12075,30 manat olmasını tərəflər təsdiq edirlər. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapmış və aktı hər iki tərəf təadiq etmişlər.
25. xx.xx.2023-cü il tarixli İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsinə əsasən “Texnikaların icarəsinin qəbulu haqqında” 2 nömrəli aktda müqavilə üzrə texnikaların avqust 2023-cü il müddətində icarəyə verildiyi və tərəflərin bir- birlərinə qarşı heç bir iradının olmaması və göstərilmiş xidmətin ümumi dəyərinin ƏDV daxil 29338,98 manat olması qeyd olunur. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapır. Akt İddiaçı MMC tərəfindən imza və möhür ilə təsdiqlənsə də, Cavabdeh MMC tərəfindən təsdiq edilməmişdir.
26. Aktlar və elektron qaimələrlə bağlı ilk öncə qeyd olunmalıdır ki, əvvəla, həmin sənədlərdə xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı müqaviləyə istinad olunur, halbuki tərəflər arasında qeyd olunan tarixli müqavilənin bağlanması müəyyən olunmur. Tərəflər arasında bağlanan müqavilənin tarixi xx.xx.2023-cü il, nömrəsi xx-xx/2023-dür. Məhkəmə işdə olan sənədləri, orada olan məlumatları qarşılaşdıraraq hesab edir ki, akt və qaimələrdə xx.xx.2023-cü il tarixi səhvən xx.xx.2023-cü il kimi göstərilmişdir və bu texniki səhv kimi qəbul edilməli, əslində xx.xx.2023-cü il tarixli müqavilənin nəzərdə tutulduğu diqqətə alınmalıdır.
27. xx.xx.2023-cü il tarixli “Texnikaların icarəsinin qəbulu haqqında” 1 nömrəli akt və müvafiq elektron qaiməni (məbləğ ƏDV daxil 12075,30 manat təşkil edir), yəni müvafiq xidmətin göstərilməsi və həmin məbləğin ödənilməli olmasını cavabdeh mübahisələndirməmişdir.
28. Mübahisəli hal xx.xx.2023-cü il tarixli “Texnikaların icarəsinin qəbulu haqqında” 2 nömrəli akt (ümumi məbləğ ƏDV daxil 29338,98 manat) və müvafiq elektron qaimə ilə bağlı olmuşdur. Aktda xidmət saatları, həmçinin “overtime”la bağlı qeydlər əksini tapmışdır. Həmin akt İddiaçı MMC tərəfindən təsdiqlənsə də, cavabdeh tərəfindən təsdiq edilməmişdir.
29. Məhkəmənin qənaətinə əsasən həmin akt və akta əsasən müvafiq olaraq göndərilmiş elektron qaimə sübut kimi qəbul olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, müqavilə şərtlərinə əsasən gündəlik və aylıq görülmüş işləri əks etdirən sənədlər icarəçiyə təqdim edildikdə, icarəçinin sənədləri bir gün ərzində təsdiq etmək, təqdim edilmiş sənədləri bu və ya digər səbəbdən icarəçi beş gün ərzində təsdiq etmədikdə, bu müddətdən sonra sənədlərin təsdiq edilmiş sayılması və ödənişə yönəldilməsi barədə şərtlər mövcuddur. İkinci akt cavabdeh tərəfindən təsdiq edilməmiş, iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimə göndərilmişdir. Elektron qaimə geri qaytarılmamış, keçən müddət ərzində iddiaçıya bununla bağlı hər hansı etiraz bildirilməmiş, həmin hala dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də qeyd olunan akt və elektron qaimə sübut qismində qəbul oluur.
30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi üzrə 27716,85 manat (iyirmi yeddi min yeddi yüz on altı manat səksən beş qəpik) borc, 4989,04 manat (dörd min doqquz yüz səksən doqquz manat dörd qəpik) ƏDV məbləği tutularaq İddiaçınə ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları üzrə öz təsdiqini tapır. Belə ki, iki elektron qaimə üzrə əsas məbləğ 35096,83 manat (24863,54+10233,31=35096,83) olmuş, həmin məbləğdən 7380 manat ödənilmiş, qalıq məbləğ 27716,85 manat (35096,83-7380=27716,85), ƏDV məbləği 6317,44 manat (1842+4475,44=6317,44) olmuş, həmin məbləğdən 1328,4 manat ödənilmiş, qalıq ƏDV məbləği 4989,04 manat (6317,44-1328,4=4989,04 manat təşkil etmişdir.
31. Bundan əlavə, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 83260,64 dəbbə pulunun tutulmasını xahiş etmişdir.
32. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Müqavilə şərtlərinə əsasən icarəçi ödənişi gecikdirərsə, gecişkdirilmiş hər gün üçün borcun 1%-i həcmində "İcarəyə verən"ə peniya ödəyir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1000 (min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
33. Eləcə də, iddiaçı 339,78 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
34. Məhkəmə hesab edir ki, ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 98,76 manat (doxsan səkkiz manat yetmiş altı qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizidir. İddiaçı MMC-nin iddia tələbi üzrə iddia qiyməti 115966,53 (yüz on beş min doqquz yüz altmış altı manat əlli üç qəpik) təşkil edir. Bunun da əvəzi olaraq ödənilməli olan dövlət rüsumu 405,97 manatdır. İş materiallarına sübut kimi daxil edilmiş qəbzdən məlum olur ki, iddiaçının ödədiyi dövlət rüsumunun məbləği 339,78 manatdır. Məhkəmə belə qənaətə gəlir ki, ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 66,19 manat (altmış altı manat on doqquz qəpik) iddiaçıdan alınaraq dövlət büdcəsinə köçürülməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 04 iyul 2023-cü il tarixli, xx-xx/2023 saylı icarə müqaviləsi üzrə 27716,85 manat (iyirmi yeddi min yeddi yüz on altı manat səksən beş qəpik) əsas, 4989,04 manat (dörd min doqquz yüz səksən doqquz manat dörd qəpik) ƏDV məbləği olmaqla, cəmi 32705,89 manat (otuz iki min yeddi yüz beş manat səksən doqquz qəpik) borc, 1000 (min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,76 manat (doxsan səkkiz manat yetmiş altı qəpik) olmaqla, ümumilikdə 33804,65 manat (otuz üç min səkkiz yüz dörd manat altmış beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçındən 66,19 manat (altmış altı manat on doqquz qəpik) məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova