Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5683/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 27511.83 manat əsas kredit borcu, 8394.39 manat kreditdən istifadəyə görə faiz borcu,8000 manat penya olmaqla, cəmi 43906.22 manat məbləğində pul, həmçinin 221,72 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 28 avqust 2024-cü il tarixli barışıq sazişindən görünür ki:
1. Borcalan bankla bağladığı xx.xx.2020-ci il tarixli 20040-S12823/795448 nömrəli kredit limiti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 26461,73 manat əsas borc və 8394,39 manat faiz borcu olmaqla, cəmi 34856,22 manat (otuz dörd min səkkiz yüz əlli altı manat iyirmi iki qəpik) borcunun olduğunu qəbul və təsdiq edir.
2. Borcalan 34856,22 manat borcunu xx.xx.2024-ci ildən başlayaraq 35 (otuz beş) ay müddətində hissə-hissə (hər ayda 995,89 manat (doqquz yüz doxsan beş manat səkəsn doqquz qəpik) olmaqla) banka ödəməyi öhdəsinə götürür.
3. Zaminlər bankla bağladığı xx.xx.2020-ci il tarixli 040FİZAM36282702 nömrəli və xx.xx.2020-ci il tarixli 040FİZAM79544902 nömrəli zaminlik müqavilələrinə əsasən onların zaminliyi ilə təmin olunan xx.xx.2020-ci il tarixli 20040-S12823/795448 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın banka 26461,73 manat əsas borc və 8394,39 manat faiz borcu olmaqla, cəmi 34856,22 manat borcunun olduğunu qəbul və təsdiq edir, həmin borcun ödənilməsi öhdəliyinin icra müddətinin bu sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilrtfəsinə razı olduğunu bildirirlər və öhdəliyin bu sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə bank qarşısında borcalan ilə birgə məsuliyyət daşıyırlar.
4. Borcalan borcun 32856,22 manat hissəsini xx.xx.2025-ci ilədək banka ödədiyi halda borcun qalan 2000 manat hissəsi bağışlanılacaq.
5. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.
6. Tərəflər bəyan edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
7. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur və digərləri hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.
8. Tərəflər sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Borcalan bankla bağladığı xx.xx.2020-ci il tarixli 20040-S12823/795448 nömrəli kredit limiti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 26461,73 manat əsas borc və 8394,39 manat faiz borcu olmaqla, cəmi 34856,22 manat (otuz dörd min səkkiz yüz əlli altı manat iyirmi iki qəpik) borcunun olduğunu qəbul və təsdiq edir.
2. Borcalan 34856,22 manat borcunu xx.xx.2024-ci ildən başlayaraq 35 (otuz beş) ay müddətində hissə-hissə (hər ayda 995,89 manat (doqquz yüz doxsan beş manat səkəsn doqquz qəpik) olmaqla) banka ödəməyi öhdəsinə götürür.
3. Zaminlər bankla bağladığı xx.xx.2020-ci il tarixli 040FİZAM36282702 nömrəli və xx.xx.2020-ci il tarixli 040FİZAM79544902 nömrəli zaminlik müqavilələrinə əsasən onların zaminliyi ilə təmin olunan xx.xx.2020-ci il tarixli 20040-S12823/795448 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın banka 26461,73 manat əsas borc və 8394,39 manat faiz borcu olmaqla, cəmi 34856,22 manat borcunun olduğunu qəbul və təsdiq edir, həmin borcun ödənilməsi öhdəliyinin icra müddətinin bu sazişin 2-ci bəndində göstərilən qaydada dəyişdirilrtfəsinə razı olduğunu bildirirlər və öhdəliyin bu sazişlə müəyyən olunmuş müddətlərdə və tam icra olunmasına görə bank qarşısında borcalan ilə birgə məsuliyyət daşıyırlar.
4. Borcalan borcun 32856,22 manat hissəsini xx.xx.2025-ci ilədək banka ödədiyi halda borcun qalan 2000 manat hissəsi bağışlanılacaq.
5. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.
6. Tərəflər bəyan edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
7. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur və digərləri hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.
8. Tərəflər sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova