Məhkəmə qərarları › İş №e-2-2(113)-5685/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5685/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5685/2024 30.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında xx.xx.2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 nömrəli (mikrokredit üzrə) ümumi müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank həmin müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim etmişdir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; d) Korporativ kart. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müştəri, bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə (tələb olunduğu hallarda və məhsullar üzrə) Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır.

2. İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 nömrəli (mikrokredit üzrə) ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3123945B252 saylı əlavə bağlanmışdır. Həmin əlavənin: - 1-ci bəndinə əsasən hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış xx.xx.2023cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən bank aşağıdakı xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: 2.2. Kreditin məqsədli təyinatı: Fərdi mikro kredit 2.3. Kreditin müddəti: 24 (iyirmi dörd) ay 2.4. Kreditin məbləği: 6300 manat 2.6. Kredit üzrə illik faiz dərəcəsi: 24 (iyirmi dörd)% 2.7. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: Bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0,5 % 2.8. FİFD: 24,03 %

3. Kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli Əlavənin ödəniş qrafikinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 6300 manat, faizin məbləği 1697,13 manat, cəmi ödəniləcək məbləğ 7997,13 manat məbləğində müəyyən edilmişdir.

4. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir

5. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə pretenziya (xəbərdarlıq məktubu) ünvanlanaraq yaranmış tam borc məbləğinin (cəmi 5366,79) ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. 11.07.2024-cü il tarixli 2024/104/18888 saylı maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KBSK3123945B252 kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 24% olmaqla 6300 manat kredit verilmişdir. Cavabdeh 04 iyul 2024-cü il tarixə 5095,18 manat əsas borc, 271,61 manat faiz borcu olmaqla cəmi 5366,79 manat kredit borcu təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5095,18 manat əsas, 271,61 manat faiz, cəmi 5366,79 manat pul vəsaitinin və 73,67 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli KBSK3123945B252 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 6300 manat olan kredit verilmişdir. Göstərilən kredit məbləğindən 5500 manat cavabdehə nəğd qaydada verilmişdir, qalan məbləğ isə hesabına köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cari hesabdan çıxarış, nəğd pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Cavabdehin xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə 5095.18 manat əsas, 271.61 manat faiz, cəmi 5366.79 manat pul vəsaiti borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 407.2, 445.1, 445.2.1, 448.1 və 448.2-ci maddələrinə və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə istinad etmişdir b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mübahisəli hüquq münasibətinin yaradığı dövrdə qüvvədə olan 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3123945B252 saylı əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 6300 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

18. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri tələb etmək hüququna malikdir.

19. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3123945B252 saylı əlavə üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3123945B252 saylı əlavə üzrə İddiaçı ASC-yə 5095,18 manat məbləğində əsas və xx.xx.2024-cü il tarixə hesablanmış 271,61 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 73,67 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 73,67 manat təşkil edir.

22. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 73,67 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********21082023 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli KBSK3123945B252 saylı əlavə üzrə 5095,18 manat məbləğində krеdit bоrcu, 271,61 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 5366,79 manat məbləğində bоrc, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,67 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar