Məhkəmə qərarları › İş №e-2-2(113)-5692/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5692/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5692/2023 13.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: icarə haqqı) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış 01 dekabr 2022-ci il tarixli Gİ 05/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2000.00 (iki min ) manat icarə haqqı borcu, 24.34 (iyirmi dörd manat, 34 qəpik) manat kommunal haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə hesablanmış 54.00 (əlli dörd manat) manat cərimə olmaqla, ümumilikdə 2078.34 (iki min yetmiş səkkiz manat, 34 qəpik) manat icarə haqqının və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında imzalanmış 01 dekabr 2022-ci il tarixli Gİ 05/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2000.00 (iki min ) manat icarə haqqı borcu, 24.34 (iyirmi dörd manat, 34 qəpik) manat kommunal haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə hesablanmış 54.00 (əlli dörd manat) manat cərimə olmaqla, ümumilikdə 2078.34 (iki min yetmiş səkkiz manat, 34 qəpik) manat icarə haqqının və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 dekabr 2022-ci il tarixli Gİ 05/22 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsində 120.00 kv. metrdən ibarət sahəni 11 ay müddətinə icarəyə götürməyi və aylıq 600.00 manat icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 3.4-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində cərimə ödəyir. Beləliklə, Cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 31 iyul 2023-cü il tarixinə 2000.00 (iki min manat) manat icarə haqqı borcu, 24.34 (iyirmi dörd manat, 34 qəpik) manat kommunal haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə hesablanmış 54.00 (əlli dörd manat) manat cərimə olmaqla, ümumilikdə 2078.34 (iki min yetmiş səkkiz manat, 34 qəpik) manat borc yaranmışdır. Müqavilənin 6.2ci bəndinə əsasən İcarəyə verən heç bir xəbərdarlıq vermədən, İcarəçi tərəfindən kobud pozuntuya yol verildikdə bu Müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Müqavilənin 6.2.1-ci yarımbəndinə əsasən icarə haqqının 15 (on beş) iş günündən artıq gecikdirilməsi kobud pozuntu hesab olunur. Tərəflər arasında imzalanmış 31 iyul 2023-cü il tarixli Razılaşmaya əsasən 01 dekabr 2022-ci il tarixli Gİ 05/22nömrəli icarə müqaviləsinə 31 iyul 2023-cü il tarixində xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdehə 07 avqust 2023-cü il tarixli 20 nömrəli pretenziya məktubu ünvanlanaraq, sonuncudan 2000.00 (iki min manat) manat icarə haqqı borcu, 24.34 (iyirmi dörd manat, 34 qəpik) manat kommunal haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə hesablanmış 54.00 (əlli dörd manat) manat cərimə olmaqla, ümumilikdə 2078.34 (iki min yetmiş səkkiz manat, 34 qəpik) manat borc məbləğinin ödənilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən 04 sentyabr 2023-cü il tarixli məktubla Bakı 18 saylı Mediasiya Təşkilatına (bundan sonra - Təşkilat) müraciət olunmuş və Təşkilat tərəfindən mediator təyin olunmuşdur. Cavabdeh mediasiya prosesində iştirak etmiş və borcu ödəmək üçün maddi imkanının omadığını bildirmişdir. Bu səbəbdən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə biləməməsi barədə arayış” təqdim olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh arasında 01 dekabr 2022-ci il tarixli Gİ 05/22 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində qeyri-yaşayış sahəsində 120.00 kv. metrdən ibarət sahəni 11 ay müddətinə icarəyə götürməyi və aylıq 600.00 manat icarə haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin mövcud olan icarə haqqı borcu 2078.34 manat təşkil edir.

9. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş 01 dekabr 2022-ci il tarixli Gİ 05/22 nömrəli icarə müqaviləsinin xitamı haqqında 31 iyul 2023-cü il tarixli razılaşmadan görünür ki, cavabdehin iddiaçıya ümimilikdə 2078.34 manat borcu vardır. Belə olan halda bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 18 saylı Mediasiya təşkilatına 60 manat ödəmişdir

11. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-790 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdеh Cavabdeh 01 dekabr 2022-ci il tarixli Gİ 05/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2000.00 (iki min ) manat icarə haqqı borcu, 24.34 (iyirmi dörd manat, 34 qəpik) manat kommunal haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə hesablanmış 54.00 (əlli dörd manat) manat cərimə olmaqla, ümumilikdə 2078.34 (iki min yetmiş səkkiz manat, 34 qəpik) manat icarə haqqı və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 (altmış) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar