Məhkəmə qərarları › İş №e-2-2(113)-5697/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5697/2023

27.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5697/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçı "xxxx" Birgə müəsisəsinə 340545 manat olan borcu və tərəfimizdən mediasiya xidmətinə ödənilən 400 manat mediasiya xərcinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödəməlidir Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MŞB/8/2023-02107 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci ödəmiş, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən isə iddiaçı məhkəməyə müraciət edən zaman 630,54 manat ( tələb 340545 manat) məbləğində dövlət rüsumu ödəməlidir. Göründüyü kimi, iddiaçı 630,54 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 400 manat (mediasiya xərci dövlət rüsumunu əhatə edir) dövlət rüsumu ödədiyindən 230,54 manat məbləğində dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsində əsas borc kimi ƏDV daxil 283788 manat, cərimə borcu kimi isə 28378,80 manat borc, ümumilikdə 312166,80 manat təşkil etdiyi təqdirdə tərəfinizdən borc 340545 manat kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, 340545 manata görə 230,54 manat, 312166,8 manat olduğu təqdirdə isə 202,17 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" Birgə Müəssisəsinə izah edilsin ki, 340545 manata görə 230,54 manat, 312166,8 manat olduğu təqdirdə isə 202,17 manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar