Məhkəmə qərarları › İş №e-2-2(113)-5698/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5698/2024

02.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5698/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdehnə qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, artıq ödənilmiş vəsaitin geri qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaz sərfiyyatı üzrə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş 31234,53 manat pul vəsaitinin Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən 1 noyabr 2021-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiyməti 0.22 manat müəyyən olunmuşdur. Bildirilir ki, İddiaçı MMC sənaye obyekti "xxxx" MMC-nin istehsal bazası üzərindən fəaliyyət göstərir və qaz sayğacı da "xxxx" MMC-nin balansında olmaqla, qaz sərfiyyatı həmin sayğacın göstəriciləri üzrə hesablanır. Yəni İddiaçı MMC-nin fəaliyyət növü qatıq, ayran və digər süd məhsullarının istehsalı olduğu üçün iddiaçıya qaz sərfiyyatı sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3-i 0.22 manatla hesablanmalıdır. Lakin cavadeh Cavabdeh İB-nin X8 İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdən iddiaçıya qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə - 1 m3-i 0.25 manatdan hesablanmışdır. Nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək qaz sərfiyyatı üzrə bizə 31234,53 manat artıq hesablanmış və büdcəyə ödətdirilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər qaz sərfiyyatı – ******* m3 0.25 manatdan hesablanan dəyəri – 260287,23 manat 0.22 manatdan hesablanan dəyəri – 229052,70 manat fərq: 31234,53 manat. İddiaçı tərəfindən bununla bağlı dəfələrlə həm Cavabdeh İB-nin X8 İstismar İdarəsinə, həm də Cavabdeh İB-yə yazılı müraciətləri olmuşdur. Lakin məsələnin müsbət həlli istiqamətində heç bir real addım atılmamışdır. Sonuncu dəfə yazılan müraciətə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciət edilən tarixdən, yəni xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2024-cü il tarixli 13 saylı qərarına əsasən tarif dəyişdirilərək 1 m3 üçün 0.22 manat olmuşdur. Köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün isə vəsaitin geri qaytarılması mümkün deyildir. Hesab edilir ki, qaz sərfiyyatı üzrə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilən 31234,53 manat pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 445.1, 445.2, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Lənkəran Qİİ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin rəhbərliyi bildirir ki, Tarif Şurasının qərarına görə noyabr 2021-ci ildən sənaye və k-tında 1 m3 qazın tarif qiyməti ƏDV-li 0,22 manat təyin olunmuşdur. Buna baxmayaraq, Cəmiyyətə qazın sərfiyyatının 1 m3 qiymətini 0,25 manat hesablamaqla, e-qaimə təqdim edirsiniz. Xatırladırılır ki, İddiaçı MMC sənaye obyekti "xxxx" MMC-nin istehsal bazası üzərində fəaliyyət göstərir, (buna görə müraciət zərurəti yaranmamışdır) qaz sayğacı da "xxxx" MMC-nin balansında olmaqla, qaz sərfiyyatı həmin sayğacın göstəriciləri üzrə hesablanır. Xahiş edilir, xx.xx.2021-ci İldən xx.xx.2024- cü il tarixə qədər e-qaimə əsasında artıq hesablanmış ƏDV-li 31234,53 manat məbləği bank hesabına ödəməklə, növbəti qaz sərfiyyatını 1 m3 üzrə ƏDV-li 0.22 manat hesablanmasına təlimat verəsiniz. Hesablama: xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qaz sərfiyyatı – ******* m3; 0.25 manat hesablanan dəyəri - 260287,23 manat; 0.22 manat hesablanan dəyəri – 229052,70 manat. Fərq – 31234,53 manat

8. X8 İstismarı İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 02 aprel 2024-cü il tarixli, 14-2-2-10/2-664/2024 nömrəli məktubda qeyd edilmişdir ki, X8 İstismarı İdarəsinə daxil olmuş (daxilolma: xx.xx.2024-cü il, 14-2-2-10/1-214/2024 nömrəli) xx.xx.2024-cü il tarixli, 18 nömrəli məktubla tarif dəyişikliyi barədə müraciətinizə baxılmışdır. Bununla bağlı bildirilir ki, müraciətiniz əsasında “Meqa Trade" MMC-nin **********00001 saylı abonent hesabında tarif xx.xx.2024-cü il tarixdə "ticarət və xidmət”-dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilmiş, **********00000 saylı abonent hesabı isə istehsalatla əlaqəsi olmadığı üçün “ticarət və xidmət”-dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilməmişdir.

9. İddiaçı MMC tərəfindən Energetika Nazirliyinin Enerji X1 (surəti: Cavabdeh İB-yə) ünvanlanmış xx.xx.2024-cü il tarixli, 24 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı MMCnin rəhbərliyi bildirir ki, Tarif Şurasının qərarına görə noyabr 2021-ci ildən sənaye və ktında 1 m3 qazın tarif qiyməti ƏDV-li 0,22 manat təyin olunmuşdur. Buna baxmayaraq, Tarif Şurasının xx.xx.2021-ci il tarixli qərarını kobud surətdə pozaraq, Lənkəran RQİİ-i tərəfindən Cəmiyyətə qazın sərfiyyatının 1 m3 qiymətini 0.25 manat hesablamaqla, eqaimə təqdim olunur. İddiaçı MMC sənaye obyekti "xxxx" MMC-nin istehsal bazası üzərində fəaliyyət göstərir, sənaye tipli qaz sayğacı da "xxxx" MMC-nin balansında olmaqla, qaz sərfıyyatı həmin sayğacın göstəriciləri üzrə hesablanır. Qanunsuz hesablamaya görə, artıq hesablanmış dəyərin qaytarılması haqda Lənkəran RQİİ-ə müraciət olunmasına baxmayaraq, tələb bərpa olunmamışdır. Xahiş edilir, xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixə qədər e-qaimə əsasında artıq ödənilmiş ƏDV-li 31234,53 manat məbləği və tərəflər arasında təsdiq olunmuş müqaviləyə görə Lənkəran RQlİ-i tərəfindən aylar üzrə artıq yayındırılmış vəsaitə hesablanmış 12000 manat əlavə cərimə haqqının ödənilməsinə təlimat verəsiniz. Hesablama: xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək qaz sərfiyyatı – ******* m3; 0.25 manat hesablanan dəyəri - 260287,23 manat; 0.22 manat hesablanan dəyəri – 229052,70 manat. Fərq – 31234,53 manat

10. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14- 2-2-10/2-1159/2024 saylı məktubda qeyd edilmişdir ki, Cavabdehndən baxılması üçün X8 İstismarı idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş qaz hesab kodunda yaranmış borc barədə xx.xx.2024-cü il tarixli elektron müraciətinizin araşdırıması zamanı İddiaçı MMC-nin **********00001 saylı kodla qeydiyyatda olan abonent hesabında tarif dəyişikliyi edilməsindən ötrü tərəfinizdən xx.xx.2024-cü il tarixli məktubla Lənkəran RQİl-nə etdiyiniz müraciətə tərəfimizdən baxılaraq toplanmış materiallarla “Azəriqaz" İB-nə müraciət olunduğu, Birliyin qərarına əsasən qeyd olunan hesabda xx.xx.2024-cü il tarixdən tarif dəyişikliyi edilərək, hər 1 m3 qaz üçün 0,22 manat hesabatın aparıldığı müəyyən edildi. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda “Qaz paylayıcısı” ilə “Təbii qazın alqı-satqısı” barədə bağladığınız müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda nəzərə çatdırılır ki, AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)- 453/2023 saylı qətnaməsi İcra və Probasiya şöbəsi tərəfindən icraata başlama haqqında qərarla “Qaz paylayıcısı”na müraciət edildikdə sözügedən məsələ müvafiq qaydada həyata keçiriləcəkdir.

11. Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-4/2-239/2024 saylı məktubda qeyd edilmişdir ki, Sizin, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş qaz sərfiyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətinizə X4 Agentliyinin Lənkəran filialında baxılır. Müraciətdə qeyd olunan faktların hərtərəfli araşdırılmasının təmin olunması üçün aidiyyəti orqana rəsmi sorğu göndərilmişdir. Sorğuya cavab alındıqdan sonra araşdırmanın tam başa çatdırılması mümkün olacaqdır. Bununla əlaqədar, əlavə araşdırmaların aparılması məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərinə uyğun olaraq müraciətə baxılması müddətinin 30 iş günü uzadılmasına ehtiyac yaranmışdır. Araşdırmanın nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir.

12. Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-4/2-T-112-5- 986/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən “Meqa Trade" MMC-nin sərflyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətiniz X4 Agentliyinin (bundan sonra - Agentlik) Lənkəran filialında araşdırılır. Bununla əlaqədar, Agentliyin Lənkəran filialının müfəttişləri "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda yerləşən obyektin qaz təsərrüfatına baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənaye qaz qurğuları üçün G-1000 markalı 83045596 nömrəli, məişət qaz qurğuları üçün isə G-25 markalı 75109136 nömrəli qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-də G25 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "Meqa Trade” MMC xx.xx.2014-cü il tarixdən ********** VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın cədvəl bölməsinin 6.2.3-cü yarımbəndində Sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr üçün 0,22 manat təsdiq edilmiş ve bu Qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh İB-yə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il

tarixil 13 nömrəli “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən "xxxx" MMC-nin hesabına işlənmiş təbii qazın hesabatına müvafiq qaydada yenidən baxılması üçün məktub göndərilmişdir. Araşdırmanın nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.

13. Azərbaycan Respublikasının Energetika Nazirliyi X4 Agentliyi Lənkəran Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-15-2-4/2-341/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinə daxil olmuş Lənkəran şəhəri, Ləvəngi dairəsi ünvanında yerləşən "xxxx" MMC-nin sərfiyyatına görə əlavə hesablanmış məbləğin geri qaytarılması barədə müraciətiniz X4 Agentliyinin (bundan sonra - Agentlik) Lənkəran filialında araşdırılmışdır. Bununla əlaqədar, Agentliyin Lənkəran filialının müfəttişləri "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda yerləşən obyektin qaz təsərrüfatına baxış keçirilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sənaye qaz qurğuları üçün G-1000 markalı 83045596 nömrəli, məişət qaz qurğuları üçün isə G-25 markalı 75109136 nömrəli qaz sayğacları quraşdırılmışdır. Eyni zamanda təqdim olunan sənədlərdən məlum olmuşdur ki, "xxxx" MMC-də G25 qaz sayğacı **********00000 və G1000 qaz sayğacı **********00001 saylı kodları ilə Cavabdeh İB-də abonent qeydiyyatına alınmışdır. "xxxx" MMC xx.xx.2014-cü il tarixdən ********** VÖEN-le 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərar qəbul edilmişdir. Həmin Qərarın cədvəl bölməsinin 6.2.3-cü yarımbəndində Sənaye ve kənd təsərrüfatı sahələri üçün her kub metr üçün 0,22 manat təsdiq edilmiş və bu Qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh İB-yə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli “Təbii qazın ölkədaxli tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən "xxxx" MMC-nin hesabına işlənmiş təbii qazın hesabatına müvafiq qaydada yenidən baxılması üçün məktub göndərilmişdir. Cavabdeh İB-nin cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarına əsasən təbii qazın pərakəndə satış tarifi qeyri-əhali istehlakçıları üzrə istehlak olunan, bir kub metr üçün “sənaye və kənd təsərrüfatı” sahələri üzrə 22 qəpik olmaqla, Cavabdeh İB-nin abonentlərin uçotu sistemində dəyişdirilmişdir və hal-hazırda bu tariflə təbii qazdan istifadə edir. Vəsaitin geri qaytarılması və ya debitor borcla əvəzlənməsi məsələsi ilə bağlı qeyd edilmişdir ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün bu əməliyyatın aparılması mümkün deyildir. Cavabdeh İB-nin cavab məktubunun təhlili zamanı qeyd edilən məsələyə aidiyyəti üzrə baxılmadığı müəyyən edilmişdir. Nəzərə çatdırılır ki, “Qazdan istifadə Qaydalarının 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, istehlakçı qaz paylayıcısına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

14. İddiaçı MMC ilə Cavabdeh İB arasında xx.xx.2022-ci il tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, istehlakçı təbii qazdan istifadəyə görə Cavabdehnə xx.xx.2022-ci il tarixə 40285,43 (qırx min iki yüz səksən beş manat qırx üç qəpik) manat məbləğində borcunun olmasını qəbul edir. Həmin razılaşmanın 1.2-ci bəndində qeyd edilmişdir ki, həmin borcdan ilkin olaraq xx.xx.2022-ci il tarixdə 10000 (on min) manat ödədikdən sonra qalan 30285,43 (otuz min iki yüz səksən beş manat qırx üç qəpik) manatı təbii qazın aylıq sərfiyyatının dəyərindən əlavə olaraq 2022-ci ilin iyul ayının 31-nə kimi 5000, qalan 25285,43 manatı 2022-ci ilin avqust ayı ərzində Cavabdehnə ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçıya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. Həmin razılaşmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Razılaşma Protokolu üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Həmin razılaşmanın 3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. Həmin razılaşmanın 4-cü bəndində qeyd edilmişdir ki, bu Razılaşma Protokolu tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunur. Nüsxələrdən biri X7, ikincisi X8 İstismarı İdarəsində saxlanılır.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2( 113)-203/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00001 nömrəli abonent koduna 21 aprel 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 18233 (on səkkiz min iki yüz otuz üç) manat 25 (iyirmi beş) qəpik məbləğində borc silinmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

17. “Qazdan istifadə Qaydalarının 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən... müəyyən edilir; 3.2-ci bəndinə əsasən qazın qiyməti, qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.

18. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş təbii qazın ölkədaxili tariflərinə əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə (6.2.3-cü bənd) 0,22 manat, digər sahələr üzrə (6.2.4-cü bənd) 0,25 manat təşkil edir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.2014-cü il tarixdən 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və baza məlumatlarına əsasən vergi ödəyicisinin əsas fəaliyyət növü “Qatıq, ayran və digər süd məhsullarının istehsalı” olaraq qeyd olunmuşdur. Cavabdeh iddiaçını təbii qazla təchiz edir və iddiaçı tərəfindən həmin xidmətlərə görə cavabdehə müvafiq ödənişlər edilir.

21. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən 1 noyabr 2021-ci il tarixdən sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 m3 qazın tarif qiymətinin 0.22 manat müəyyən olunmasına, İddiaçı MMC-nin fəaliyyət növünün qatıq, ayran və digər süd məhsullarının istehsalı olduğu üçün iddiaçıya qaz sərfiyyatının sənaye və kənd təsərrüfatı sahələri üzrə olan tariflə - 1 m3 üçün 0.22 manatla hesablanmalı olmasına baxmayaraq, cavadeh tərəfindən xx.xx.2021-ci il tarixdən iddiaçıya qaz sərfiyyatı ticarət və xidmət tarifləri üzrə 0.25 manatdan hesablanmışdır. Nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək qaz sərfiyyatı üzrə artıq məbləğlər hesablanmış və ödənilmişdir. İddiaçı tərəfindən bununla bağlı müraciətlər olunmuş, lakin artıq ödənilmiş vəsait qaytarılmamış, iddiaçıya köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün vəsaitin geri qaytarılmasınən mümkün olmadığı bildirilmişdir.

22. İddia tələbi qaz sərfiyyatı üzrə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş 31234,53 manat pul vəsaitinin Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsindən ibarətdir.

23. Məhkəmənin qənaətinə əsasən iddia qismən təmin olunmalıdır.

24. Belə ki, əvvəla, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş vəsait yox, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər artıq ödənilmiş vəsaitin geri qaytarılmalı olduğu nəzərə alınmalıdır. Belə ki, müəyyən olunur ki, “Meqa Trade" MMC-nin **********00001 saylı abonent hesabında tarif xx.xx.2024-cü il tarixdə "ticarət və xidmət”dən “sənaye və kənd təsərrüfatı” tarifinə keçirilmiş, yəni xx.xx.2024-cü il tarixdə tarifdə müvafiq dəyişiklik edilmişdir.

25. Təqdim olunmuş abonent saldosundan müəyyən olunur ki, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər ******* m3 qaz sərfiyyatı olmuş, həmin sərfiyyatın 72933 m3-i akt əsasında hesablanmışdır (məbləği 18233 manat olmuş, məhkəmə qərarı əsasında silinməsi qət edilmişdir). Beləliklə, həmin dövr üzrə ümumi sərfiyyat 954227 m3 (1027160- 72933=954227 m3), sərfin məbləği isə 0,25 qəpikdən 238556,75 manat olmuşdur. Həmin məbləğin ödənilməsini cavabdeh tərəf mübahisələndirməmişdir (əvvəlki məhkəmə iclasında nümayəndəsi iştirak etmişdir). Həmin sərfiyyat 0,22 qəpikdən hesablandıqda, 209929,94 manat edir. Beləliklə, arada olan fərq manat təşkil edir ki, həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən, göstərilən hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********00001 saylı abonent hesabı üzrə qaz sərfiyyatına görə xx.xx.2021-cil il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödənilmiş manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı X2ytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar