Məhkəmə qərarları › İş №e-2-2(113)-57/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-57/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-57/2021 29.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borc 139033262,20 ABŞ dolları və faiz borcu 5363805,39 ABŞ dolları cəmi 144397067,59 ABŞ dolları məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması və borc tələbinin Cavabdehnə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakınını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə və digər səlahiyyətli orqanların üzərinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" ASC-ninCavabdehnə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 04 avqust 2017-ci il tarixli, S-45 saylı təhvil-təslim aktı (bundan sonra-Akt) əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 144397067,59 ABŞ dolları (əsas borc 139033262,20 ABŞ dolları; faiz borcu 5363805,39 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx" ASC arasında bağlanmış 17.01.2014-cü il tarixli 8124 nömrəli, 27.03.2014-cü il tarixli 8262 nömrəli, 10.12.2014-cü il tarixli 9011 nömrəli, 12.01.2015-ci il tarixli 9061 nömrəli, 12.01.2015-ci il tarixli 9154 nömrəli, 14.01.2015-ci il tarixli 9012 nömrəli, 14.01.2015-ci il tarixli 9065 nömrəli, 21.01.2015-ci il tarixli 9152 nömrəli və 16.03.2015-ci il tarixli 9249 nömrəli kredit müqavilələrinə əsasən yaranmışdır. 27 sentyabr 2019-cu il tarixə Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 144397067,59 ABŞ dolları (əsas borc 139033262,20 ABŞ dolları; faiz borcu 5363805,39 ABŞ dolları) məbləğində təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 17.01.2014cü il tarixli 8124 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 100000000,00 ABŞ dolları dəyərində akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 27.03.2014cü il tarixli 8262 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 26111111,11 ABŞ dolları dəyərində akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 10.12.2014cü il tarixli 9011 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 37569784,84 ABŞ dolları dəyərində revolver akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 12.01.2015-ci il tarixli 9154 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 11088700,00 ABŞ dolları dəyərində revolver akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 12.01.2015-ci il tarixli 9061 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 26354650,00 ABŞ dolları dəyərində revolver akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 14.01.2015-ci il tarixli 9012 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 5999999,77 ABŞ dolları dəyərində akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 14.01.2015-ci il tarixli 9065 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 16683668,61 ABŞ dolları dəyərində revolver akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 21.01.2015-ci il tarixli 9152 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 16267916,67 ABŞ dolları dəyərində akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 16.03.2015-ci il tarixli 9249 saylı kredit sazişindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı borcalan Cavabdeh MMC-yə 27372488,50 ABŞ dolları dəyərində akkredetiv açır, borcalan isə 60 ay müddətində həmin krediti qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür. 27.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin 139033262,20 ABŞ dolları əsas borc və 5363805,39 ABŞ dolları faiz borcu cəmi 144397067,59 ABŞ dolları məbləğində borcu vardır. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC BOKT-a güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı 139033262,20 ABŞ dolları əsas borc və 5363805,39 ABŞ dolları faiz borcu cəmi 144397067,59 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tələbi hissəsində iddia əsaslı olduğundan tam təmin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia borc tələbinin Cavabdehnə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakınını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə və digər səlahiyyətli orqanların üzərinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması tələbi hissəsində əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdehndən 139033262,20 ABŞ dolları əsas borc və 5363805,39 ABŞ dolları faiz borcu cəmi 144397067,59 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İddia borc tələbinin Cavabdehnə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakınını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə və digər səlahiyyətli orqanların üzərinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 139033262,20 ABŞ dolları əsas borc və 5363805,39 ABŞ dolları faiz borcu cəmi 144397067,59 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Borc tələbinin Cavabdehnə məxsus daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, Cavabdeh həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakınını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə və digər səlahiyyətli orqanların üzərinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması tələbi hissəsində iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar