Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-570/2020 28.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 (MMM) və Cavabdeh2nə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin digər əmlaklara yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MMM-dən cəmi 371.235,10 ABŞ dolları (əsas borc 371.235,10 ABŞ dolları; faiz borcu 0,00 ABŞ dolları) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin girov predmeti olan cavabdeh “xxxx” X3 mülkiyyətində olan Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh1 MMM-ə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlakların üzərində Cavabdeh1 MMM-in mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərman və Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh1nə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli, S-125 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 MMM-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 371.235,10 ABŞ dolları (əsas borc 371.235,10 ABŞ dolları; faiz borcu 0,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 MMM ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.1998-ci il tarixli 422 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, xx xxxx 2019-cu il tarixə Cavabdeh1 MMM-nin qeyd olunan kredit müqaviləsi üzrə ümumi borcu 371.235,10 ABŞ dolları (əsas borc 371.235,10 ABŞ dolları; faiz borcu 0,00 ABŞ dolları) təşkil etmişdir. Bu borcun təminatı olaraq “xxxx” ASC ilə cavabdeh “xxxx” X7 arasında bağlanmış xx.xx.1998-ci il tarixli girov müqaviləsinə əsasən “xxxx” İKF-nin mülkiyyətində olan Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsi Cavabdeh1 MMM-nin xx.xx.1998-ci il tarixli 422 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 MMM borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh2nə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq, Cavabdeh2 MMC bildirişə münasibətini bildirməmişdir. Cavabdeh1 MMM ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, Cavabdeh1 MMM tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 MMM-nə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk tələbin təmin olunması barədə qətnaməçıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: “xxxx” ASC ilə İddiaçı QSC arasında “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli Müqaviləsindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S nömrəli Sərəncamın 1-ci hissəsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X8 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir, müqavilənin 2.6-ci maddəsinə əsasən “xxxx” ASC öz öhdəsinə götürür ki, problemli aktivlərin təhvil-təslimindən sonra həmin borclarla bağlı digər zəruri sənədləri və məlumatları, o cümlədən borcların alınmasını təsdiq edən sənədlərin (məxaric orderi, ödəniş tapşırığı və sair) əslinin və ya müvafiq qaydada təsdiq olunmuş surətinin İddiaçı QSC-nin müraciəti əsasında onun səlahiyyətli nümayədələrinə təhvil verəcəkdir. “xxxx” ASC ilə borcalan Cavabdeh1 MMC arasında bağlanan 422 saylı, xx.xx.1998-ci il tarixli kredit sazişindən görünür ki, həmin sazişə əsasən borcalanın kredit sazişində nəzərdə tutulmuş bütün tələblərə əməl etməsi şərti ilə Bank ona 2.080.000.000 (iki milyard səksən milyon) manat məbləğində kredit verır. xx xxxx 1997-ci il tarixli girov müqaviləsindən görünür ki, “xxxx” İKF-nin mülkiyyətində olan Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsi Cavabdeh1 MMM-nin xx.xx.1998-ci il tarixli 422 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 123930 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Hacı Həsən qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsi “xxxx” İstehsalat Firmasının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S nömrəli Sərəncamının icrası ilə bağlı “xxxx” ASC ilə İddiaçı QSC arasında imzalanmış S- 125 nömrəli xx.xx.2018-ci il tarixli təhvil təslim aktlarına əsasən İddiaçı QSC-nin idarəetməsinə verilmiş Cavabdeh1 MMM üzrə borclar barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMM-in kredit üzrə 371.235.10 ABŞ dolları (631.099.67 manat ekvivalentində) məbləğində borcu mövcuddur. İddiaçı QSC Bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh1nə göndərilən xx.xx.2019-cu il tarixli, 3-11/1701 saylı pretenziya məktubundan görünür ki, hüquqi şəxsə mövcud borcun beş gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun ipoteka predmetinə, hüquqi şəxsə məxsus olan əmlaklara və pul vəsaitləri hesabına məcburi qaydada ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “xxxx” ASC-yə ünvanlanan məktubda deyilir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən əmlaka dair “xxxx” ASC-nin xx.xx.1998-ci il tarixli müraciəti əsasında ipotekanın dövlət qeydiyyatı aparılmış və hal-hazırda həmin əmlak bankın xeyrinə ipoteka ilə yüklüdür. İddiaçı QSC Bank olmayan kredit təşkilatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 3-11/2808 saylı ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Hacı Həsən qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur. İddiaçı QSC Bank olmayan kredit təşkilatı tərəfindən Cavabdeh2nə göndərilən xx.xx.2019-cu il tarixli, 3-11/2411 saylı bildirişdən görünür ki, ona xx.xx.2019-cu il tarixə Cavabdeh1 MMM-in xx.xx.1998-ci il tarixli, 422 saylı kredit mürqaviləsi üzrə ümumi borcunun 371.235.10 ABŞ dolları təşkil etdiyi və Cavabdeh1 MMM öz öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmeti olan xxxx.” X5 məxsus olan Bakı şəhəri, Hacı Həsən qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinə yönəldilməsi barədə məhkəməyə müraciət edəcəkləri haqda xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, “xxxx” ASC ilə Cavabdeh1 MMM və “xxxx” X7 arasındakı kredit və girov müqavilələri xx.xx.1998-ci il tarixdə bağlanmışdır. Daha sonra “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. “xxxx” ASC-nin Cavabdeh1nə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ xx xxxxx 2018-ci il tarixli, S- 125 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 MMM-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 371.235,10 ABŞ dolları (əsas borc 371.235,10 ABŞ dolları; faiz borcu 0,00 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 MMM ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.1998-ci il tarixli 422 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin (xx.xx.1999-cu il tarixli 779-İQ saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 213-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə zidd olmadıqda və ya tələb kreditorun şəxsiyyəti ilə əlaqədar olmadıqda, kreditor tərəfindən tələbin digər şəxsə güzəştinə yol verilir... Öhdəçiliyin icrasını təmin edən hüquqlar, tələbi əldə edənə keçir. Göründüyü kimi, qeyd olunan kredit və girov müqavilələri bağlanan zaman kreditor tərəfindən tələbin digər şəxsə güzəştinə yol verilməsi qanunda da öz əksini tapmışdır. Eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin: 149-cu maddəsinə əsasən öhdəçiliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 150-ci maddəsinə əsasən öhdəçiliklər müqavilədən və ya bu Məcəllənin 4-cü maddəsində göstərilən əsaslardan əmələ gəlir. 266-cı maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borc verən) digər tərəfin (borc alanın) mülkiyyətinə, əməli surətdə idarə etməsinə pul və ya cinsi əlamətləri ilə müəyyən edilən şey verir, borc alan isə müqavilədə göstərilən müddətdə, müddət göstərilmədikdə isə borc verənin tələbi üzrə (bu Məcəllənin 163-cü maddəsi), aldığı eyni pul məbləğini və ya şeyin miqdarına, keyfiyyətinə və cinsinə bərabər olan şeyi qaytarmaq öhdəçiliyini öz üzərinə götürür. 160-cı maddəsinə əsasən öhdəçiliklər lazımi qaydada və qanunun, planlaşdırma aktının, müqavilənin göstərişlərinə müvafiq olaraq, belə göstərişlər olmadıqda isə müvafiq irəli sürülən adi tələblərə uyğun olaraq, müəyyən olunmuş müddətdə icra edilməlidir. 219-cu maddəsinə əsasən öhdəlik lazımi qaydada icra edildikdə ona xitam verilir. Cavabdeh1 MMM ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.1998-ci il tarixli 422 nömrəli kredit müqaviləsinin: 12.2-ci bəndinə əsasən bu sazişə əsasən ödənilməli olan hər hansı məbləğləri ödəmək barəsində borcalanın öhdəliyi qeyd-şərtsizdir və hüquqi baxımdan heç bir səbəbdən asılı deyildir. 16.1-ci bəndinə əsasən saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın və zəmanətçinin bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. Müəyyən olunur ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə bank öz öhdəliklərini yerinə yetirsə də, borc alan üzərinə götürdüyü öhdəlikləri pozmuş, müqavilənin göstərişlərinə müvafiq olaraqöhdəliklərini icra eməmişdir. Mülki qanunvericiliyin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərəəsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 MMM-dən 371.235,10 ABŞ dolları (üç yüz yetmiş bir min iki yüz otuz beş ABŞ dolları on sent) kredit borcu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İddiaçı borc tələbinin girov predmeti olan cavabdeh “xxxx” X3 mülkiyyətində olan Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh1 MMM-ə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlakların üzərində Cavabdeh1 MMM-in mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin: 181-ci maddəsinə əsasən borclu tərəfindən girovla təmin edilmiş öhdəçilik icra edilmədikdə, kreditor (girov saxlayan) girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda üstünlük hüququna malikdir. 182-ci maddəsinə əsasən girov qoyan həm borclunun özü, həm də üçüncü şəxs ola bilər. Girov qoyan əmlakın mülkiyyətçisi olmalıdır və həmin predmet üzərində əməli idarəetmə hüququna malik olmalıdır. 188-ci maddəsinə əsasən girovla təmin edilən öhdəçilik borclu tərəfindən icra edilmədikdə, qanunda sair hal müəyyən edilməyibsə, kreditorun tələbi məhkəmə qərarına əsasən girov qoyulan əmlakın dəyərindən ödənilir. Girov qoyulan əmlakın satılmasından əldə edilən məbləğ girov saxlayanın tələbini ödəmək üçün kifayət olmadıqda, o, qanunda və ya müqavilədə sair hal müəyyən edilməyibsə, çatışmayan məbləği ümumi əsaslar üzrə borclunun sair əmlakından almaq hüququna malikdir. 190.1-ci maddəsinə əsasən girovla təmin olunmuş öhdəçilik xitam edildikdə girov hüququ xitam olunur. “xxxx” ASC ilə “xxxx” X7 arasında bağlanmış xx.xx.1998-ci il tarixli girov müqaviləsinin: 1-ci bəndinə əsasən girov qoyulmuş, “xxxx” X5 məxsus Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsi bankın xx.xx.1998-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 firmasına verdiyi kreditin qaytarılacağının, habelə kredit sazişinə uyğun olaraq hesablanan faizlərin ödəniləcəyinin təminatı kimi müəyyən olunmuşdur. 4.2-ci maddəsinə əsasən girovla bağlı öhdəliyə xitam verildikdə müqavilə qüvvəsini itirir. Bu müqaviləyə əsasən tərəflərin digər qarşılıqlı öhdəliklərinə yalnız onların icrasından sonra xitam verilir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 30-cu maddəsinə əsasən hüquqi şəxs ödəmələrin yönəldilməsi mümkün olan ona məxsus (ona tapşırılmış) əmlakı ilə öz öhdəlikləri üzrə məsuliyyət daşıyır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən məhkəmə girovla təmin olunmuş öhdəlik xitam edildikdə girov hüququnun xitam olunmasını, kredit müqaviləsində isə müqavilənin öhdəliklər tamamilə yerinə yetirilənədək qüvvədə olması ilə bağlı müddəanın olmasını, girov qoyulmuş, “xxxx” X5 məxsus Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinin bankın xx.xx.1998-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 firmasına verdiyi kreditin qaytarılacağının, habelə kredit sazişinə uyğun olaraq hesablanan faizlərin ödəniləcəyinin təminatı kimi müəyyən olunduğunu, girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, kreditorun (girov saxlayan) girov qoyulmuş əmlakın dəyərindən təminat almaq, girov qoyulan əmlakın satılmasından əldə edilən məbləğ girov saxlayanın tələbini ödəmək üçün kifayət etmədikdə, çatışmayan məbləği ümumi əsaslar üzrə borclunun sair əmlakından almaq hüququna malik olduğunu, hüquqi şəxsin ona məxsus əmlakı ilə öz öhdəlikləri üzrə məsuliyyət daşıdığını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi tutmanın girov predmeti olan cavabdeh “xxxx” X3 mülkiyyətində olan Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin Cavabdeh1 MMM-ə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlakların üzərində Cavabdeh1 MMM-in mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiştələblərin məbləğinə münasib olaraq 30 manat dövlət rüsumu Cavabdeh1 MMM-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1ndən əsas borca görə 371.235,10 ABŞ dollarıməbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma girov predmeti olan cavabdeh “xxxx” X3 mülkiyyətində olan Bakı şəhəri, Xocasən (Hacı Həsən) qəsəbəsinin şimal hissəsində yerləşən topdan satış mərkəzinin “Q” hissəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilsin. Həmin əmlakın satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləği Cavabdeh1 MMM-ə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilsin, həmin əmlaklar üzərində Cavabdeh1 MMM-nin mülkiyyət hüquqlarına xitam verilsin, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-570/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-570/2020
28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver