Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5700/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92,478.85 manat əsas borc, 5,862.39 manat faiz borcu, 410.05 manat cərimə borcu olmaqla, cəmi 98,751.29 manat məbləğində borcun; - DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59,448.05 manat əsas borc, 4,547.77 manat faiz borcu, 555.08 manat cərimə borcu olmaqla, cəmi 64,550.90 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi cavabdehlərdən birgə qaydada tutularaq ddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Qanuni nümayəndə, ”Mover” MMC-dən birgə qaydada - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92,478.85 (doxsan iki min dörd yüz yetmiş səkkiz manat səksən beş qəpik) manat əsas borc, 12456,64 manat faiz borcu, 3536,35 manat cərimə borcu; - DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59,448.05 manat əsas borc, 8786,74 manat faiz borcu, 2028,87 manat cərimə borcu, ödənilmiş 469 cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020- ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-00073197LE/2019 saylı Razılaşma imzalanmışdır.Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində - xx.xx.2022-ci il tarixli DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 153,165 (yüz əlli üç min yüz altmış beş) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli DC00073197-10 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 80,000 (səksən min) manat məbləğində əməliyyat xərclərinin ödənməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00073197-09 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********297 saylı zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00073197-10 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli DG**********859 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilənDC00073197-09saylı müqavilə üzrə öhdəliklərini icra etməyərək 133 gün, DC00073197-10 saylı müqavilə üzrə isə 155 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92,478.85 (doxsan iki min dörd yüz yetmiş səkkiz manat səksən beş qəpik) manat əsas borc, 5,862.39 (beş min səkkiz yüz altmış iki manat otuz doqquz qəpik) manat faiz borcu, 410.05 (dörd yüz on manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 98,751.29 (doxsan səkkiz min yeddi yüz əlli bir manat iyirmi doqquz qəpik) manat təşkil edir. - DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59,448.05 (əlli doqquz min dörd yüz qırx səkkiz manat beş qəpik) manat əsas borc, 4,547.77 (dörd min beş yüz qırx yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu, 555.08 (beş yüz əlli beş manat səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 64,550.90 (altmış dörd min beş yüz əlli manat doxsan qəpik) manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh, digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələblərini əsas və faiz borcu hissəsində tam şəkildə qəbul etdiyini, həmin borcların cari ilin sonuna qədər ödəniləcəyini bildirib iddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirdi, izahatında əlavə olaraq cərimə borcu ilə razılaşmadığını, iddianın həmin hissədə rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-00073197LE/2019 saylı Razılaşma imzalanmışdır.
9. xx.xx.2022-ci il tarixli DC00073197-09 maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 153165 manat məbləği illik 17 % dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək kredit verilir. Kredit əməliyyat xərclərinin ödənilməsi məqsədilə verilir. 10.İddiaçı və cavabdeh Qanuni nümayəndə oğli arasında bağlanmış 16 fevral 2022-ci il tarixli DG**********297 nömrəli zaminlik müqaviləsinə bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
11. xx.xx.2022-ci il tarixli DC00073197-09 maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 153165 manat məbləği illik 17 % dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək kredit verilir. Kredit əməliyyat xərclərinin ödənilməsi məqsədilə verilir. 12.xx.xx.2022-ci il tarixli DC00073197-10 maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 80000 manat məbləği illik 17 % dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək kredit verilir. Kredit əməliyyat xərclərinin ödənilməsi məqsədilə verilir. 13.İddiaçı və cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli DG**********297 nömrəli zaminlik müqaviləsinə bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 14.İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92,478.85 manat əsas borcu, 12456,64 manat faiz borcu, 3536,35 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 108471,84 manat; DC00073197-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59448,05 manat əsas borcu, 8786,74 manat faiz borcu, 2028,87 manat cərimə borcu, ümumilikdə borcu 70263,66 manat təşkil edir. 15.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öz öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
25. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən hesablanmış dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
28. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Qanuni nümayəndə, ”Mover” MMC-dən birgə qaydada - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92,478.85 manat əsas borc, 12456,64 manat faiz borcu, 3536,35 manat cərimə borcu; - DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59,448.05 manat əsas borc, 8786,74 manat faiz borcu, 2028,87 manat cərimə borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 469 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə və ”Mover” MMC-dən birgə qaydada - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92478,85 manat əsas borc, 12456,64 manat faiz borcu, 3536,35 manat cərimə borcu; - DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59448,05 manat əsas borc, 8786,74 manat faiz borcu, 2028,87 manat cərimə borcu, ödənilmiş 469 manat dövlət rüsumu, ümumilikdə 179204,50 (bir yüz yetmiş doqquz min iki yüz dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova