Məhkəmə qərarları › İş №e-2-2(113)-571/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-571/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-571/2023 13.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbrəova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi K.X6, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 müstəqil tələb irəli sürməyən şəxslər olmaqla) borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli, 2(008)-4282/2018 saylı qətnamə ilə müəyyən edilən 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz borcu, cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli, 2(008)-233/2018 qətnamə ilə müəyyən edilən 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə borcu, cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli, 2(008)-489/2021 qətnamə ilə müəyyən edilən 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcu, cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; ümumilikdə 276.700,31 ABŞ dolları məbləğində borc və 90 manat dövlət rüsumunun, həmçinin hazırki iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 361 manat dövlət rüsumunun Cavabdehndən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MTK arasında ünvan 2 və ünvan 1 ünvanlarında Kooperativ tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2015-ci il tarixində müqavilə imzalanmışdır. Bundan sonra müştərilərə kreditlər verilmişdir. Aşağıdakı borc alanlar kredit üzrə borcların ödəmədiyindən barələrində borcun tutulması qətnamələri qəbul edilmişdir. Belə ki: 1) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs3 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 87.136 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Maraqlı şəxs3 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq xx.xx.2018-ci il tarixli, 2(008)-4282/2018 saylı qətnaməyə əsasən cavabdeh Maraqlı şəxs3 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 2) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1887/15 saylı kredit müqaviləsinə əsasən X3 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 73.457 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri X4 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq xx.xx.2018-ci il tarixli, 2(008)-233/2018 saylı qətnaməyə əsasən cavabdeh X2 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 3) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1890/15 saylı kredit müqaviləsinə əsasən Maraqlı şəxs2 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 91.211 ABŞ dolları manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Maraqlı şəxs2 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq xx.xx.2021-ci il tarixli, 2(008)-489/2021 saylı qətnaməyə əsasən cavabdeh Maraqlı şəxs2 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh MTK-ya qeyd edilən borcların ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022-ci il tarixli xəbərdərlıq göndərilməsinə baxmayaraq, Cavabdeh MTK qeyd edilən kredit müqavilələri üzrə borcun qaytarılmasını təmin etməmişdir. xx.xx.2015-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən, satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında, Kooperativ müştəriyə ayrılmış həmin kredit vəsaitinin banka tam ödənilməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci maddəsinə əsasən, mənzil dövlət qeydiyyatından keçdikdən (çıxarış alındıqda) və ipoteka qismində bankın xeyrinə yüklü edildikdən sonra kooperativ bu öhdəlikdən azad olunur. Müqavilənin 5.6-cı maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, bu Müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Kooperativ bütün borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi K.X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X8 izahatında qeyd etmişdir ki, iddia tələbinin qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh MTKya qarşı İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2018-cü il tarixli müqavilə və İddiaçı ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Maraqlı şəxs2 və Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış 31 mart 2015-ci il tarixli, 1890/15 saylı kredit müqaviləsinə əsasən, 63802,21 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 18366.96 ABŞ dolları faiz, 25749,07 ABŞ doları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 9878,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 117.79,14 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, əldə olunmuş vəsait borcun tam ödəniilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehərdən tutulması, Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Maraqlı şəxs2 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 489/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Maraqlı şəxs2 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 31 mart 2015-ci il tarixli 1890/15 saylı kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun, cəmi 92.909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ekspertiza xərci 145 manat məbləğində pulun Maraqlı şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9968/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-489/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1711/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Maraqlı şəxs2 və Cavabdeh MTK-ya qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Maraqlı şəxs3 və "xxxx" MTKya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 83.175,32 ABŞ dolları əsas və 21.990,21 ABŞ dolları faiz olmaqla, cəmi 105.165,53 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdeh Maraqlı şəxs3 məxsus Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(008)- 4282/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Qasımov) iddia qismən təmin edilmiş, Maraqlı şəxs3 "xxxx" (Texnikabank) ASC-nin xeyrinə 83.175,32 ABŞ dolları məbləğində əsas kredit borcu, 21.990,21 ABŞ dolları kreditə görə faiz borcu, cəmi 105.165,53 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borcun, 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MKnın 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4282/2018 saylı iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8243/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Maraqlı şəxs3 və Cavabdeh MTK-ya qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu əvvəllər Bərgüşad-Ş” MTK-ya və Maraqlı şəxs2 qarşı Texnikabank” Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzrə borcun tutulması, Bərgüşad-Ş” MTK-ya və Maraqlı şəxs3 qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi i üzrə borcun tutulması tələbinə dair iddialar qaldırmış və qanuni qüvvədə olan yuxarıda göstərilən məhkəmə aktları ilə Bərgüşad-Ş” MTK-ya qarşı olan hissədə həmin iddialar rədd edilmişdir. Beləliklə, eyni tərəflər (İddiaçı ASC və Cavabdeh MTK), eyni predmet (İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqavilələri borcun tutulması) və eyni əsaslar (Cavabdeh MTK-nın əməkdaşlıq müqaviləsinə əsasən kredit müqavilələri üzrə öhdəliklərə zamin durması, əsas borcluların isə həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsi) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Yuxarıda göstərilən işlər üzrə məhkəmə araşdırması zamanı İddiaçı ASC ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli əməkdaşlıq barədə müqavilənin məhkəməyə təqdim edilməməsi səbəbindən Cavabdeh MTK-ya qarşı hissədə iddiların rədd edilməsi (Maraqlı şəxs2 qarşı olan işdə həmin müqavilə apellyasiya instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş, lakin sübut qismində qəbul edilməmişdir), hazırda isə həmin müqavilənin məhkəməyə təqdim edilməsi, göstərilən halın iddianın qaldırılması üçün yeni əsas qismində çıxış etməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın əsası dedikdə iddia tələbinin irəli gəldiyi və iddiaçının həmin tələbi əsaslandırdığı faktiki halların məcmusu başa düşülür. Sübutlar özüözlüyündə iddia tələbinin əsasını təşkil etmir, onlar yalnız iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları təsdiq edən vasitədir. Odur ki, yeni sübutların təqdim edilməsi iddia tələbinin əsasının dəyişdirilməsi demək deyildir. Hazırkı halda hər iki işdə LPO Texnikabank” ASC Cavabdeh MTK-ya qarşı olan hissədə iddia tələblərinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əməkdaşlıq barədə müqaviləyə əsasən MTK-nın mübahisəli kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icra edilməsinə görə məsuliyyəti üzərinə götürməsinə istinad etmişdir. Odur ki, İddiaçı ASC-nin Cavabdeh MTKya qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə borcun tutulması üzrə borcun tutulması barədə hissədə hazırkı iddia yeni əsasla qaldırılmamışdır. Əvvəlki məhkəmə araşdırmaları zamanı iddia tələblərinin əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün iddiaçının istinad etdiyi, lakin hər hansı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi isə eyni tərəflər arasında və eyni predmet barəsində iddia qaldırılmasının yeni əsası kimi çıxış edə bilməz. Əks yanaşma qanuni qüvvədə olan məhkəmə aktlarında əks olunmuş və tərəflər üçün preyudisial əhəmiyyət kəsb edən hallara məhkəmələr tərəfindən yenidən baxılmasına səbəb olmaqla hüquqi müəyyənlik prinsipinə də ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Odur ki, İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2018-cü il tarixli müqavilə və İddiaçı ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı İddiaçı ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2018-cü il tarixli müqavilə və İddiaçı ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar