Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5738/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas, faiz və cərimə borcu, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” qarşı tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342197-CNS-40967 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu5.578,09 manat məbləğində əsas borc, 399.53 manat məbləğində faiz borcu, 201.12 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 6.178,74 manat pul məbləğinin və 81.79 manat ödənilmiş dövlət rüsumuna dair xərcin Cavabdeh2 “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti iləCavabdeh2arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 342197-CNS-40967 saylı, “Kredit müqaviləsi”nə əsasən Cavabdeh2 illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 36 ay müddətinə 7.000 (yeddi min manat) AZNmanat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilərək cari hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh2 üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və xx.xx.2024-cü il tarixinə Banka 5.578,09 (beş min beş yüz yetmiş səkkiz manat doqquz qəpik) AZN manat məbləğində əsas borc, 399.53 (üç yüz doxsan doqquz manat əlli üç qəpik) AZNmanat məbləğində faiz borcu, 201.12 (iki yüz bir manat on iki qəpik) AZN manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 6.178,74 (altı min yüz yetmiş səkkiz manat yetmiş dörd qəpik) AZNmanat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh2 xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəfimizdən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə qiymətləndirilən ( xx.xx.2022-ci il tarixli, 342197-CNS-40967 saylı kredit müqaviləsi üzrə cəmi 81.79 manat) iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 81.79 manat təşkil edir. Həmçinin, hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 81.79 (səksən bir manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-cü il tarixli 342197-CNS- 40967 saylı kredit müqaviləsinə əsasən:
5. İİ.Müqavilənin predmeti
6. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız mal material qiymətlilərinin alınması. Təchizatçılar və podratçılarla hesablaşmanın aparılması təyinatı üzrə istifadə etməlidir.
7. İİİ.Kreditləşmə şərtləri və qaydası
8. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən kreditin məbləği və valyutası: 7000 manat.
9. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi Bank tərəfindən kredit alanın adına açılan cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreditin təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir.
10. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən kreditin müddəti: Kredit alan krediti tam məbləğdə 06 dekabr 2025-ci il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir.
11. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 24% olmaqla və bu Müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.
12. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1)
13. Həmin Müqavilənin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2023-cü il tarixdən başlanır.
14. Həmin Müqavilənin 3.5.2-ci bəndinə əsasən faizlərin məbləğinin hesablaması müqavilənin V bölməsinə uyğun olaraq aparılır.
15. V.Kreditin qaytarılması və faizlərin hesablanması və ödənilməsi qaydası
16. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən kreditin vaxtından əvvəl ödənişi, kreditin müddətinin bitməsinə qədər Bankı vaxtından əvvəl ödəniş tarixinə ən geci 1 iş günü qalmış xəbərdar etməklə (elektron məktub/tapşırıq, ərizə və sair) kredit alanın/zaminin müraciəti əsasında nağd və ya kredit alanın bankda olan cari hesabına köçürmə yolu ilə həyata keçirilir. Kredit alan/zamin kreditin vaxtından əvvəl qismən ödənişini etdikdən sonra, bank ödəniş cədvəlinə düzəliş edir.
17. Vİ.Tərəflərin hüquq və vəzifələri
18. Həmin Müqavilənin 6.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək.
19. Vİİ.Vaxtından əvvəl tələbetmə
20. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə və ya qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda bank kredit alana kredit verməkdən imtina etmək və ya kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimələrin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini vaxtından əvvəl tələb etmək hüququna malikdir, o cümlədən:
21. Həmin Müqavilənin 7.1.4-cü bəndinə əsasən bu müqavilənin 3.5-ci bəndi ilə göstərilmiş müddətlərə uyğun ödənişlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya bu Müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə/lazımınca icra edilmədikdə.
22. Həmin Müqavilənin 7.1.15-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə istənilən digər öhdəliklərin pozulması.
23. Vİİİ.Müqavilənin müddəti və ləğv qaydaları
24. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə bank tərəfindən Vİİ bölmə ilə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər.
25. xx.xx.2022-ci il tarixli müqavilənin ödəniş cədvəli olan Əlavə 1-ə əsasən illik faiz dərəcəsi 24% olmaqla əsas borc 7000 manat, cəmi ödənilməli faiz borcu 2889,62 manat, cəmi ödəniş məbləği 9889,62 (xx.xx.2025-ci ilə kimi) manat qeyd olunmuşdur.
26. xx.xx.2024-cü il tarixli arayışa əsasən X2 Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2022-cü il tarixli 342197-CNS-40967 saylı nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan əsas borcu 5578,09 manat, faiz borcu 399,53 manat cərimə borcu 201,12 manat olmaqla cəmi borcu 6178,74 manat qeyd olunmuşdur.
27. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
31. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
34. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
35. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
36. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyi, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya xx.xx.2022-cü il tarixli 342197-CNS-40967 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 5578,09 manat məbləğində əsas borc, 399,53 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehdən, tutularaq iddiaçıya ödənilməlidir.
37. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 201,12 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
39. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 201,12 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
42. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV.Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-cü il tarixli 342197-CNS40967 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 5578,09 manat məbləğində əsas borc məbləği, 399,53 manat məbləğində faiz borcu, 201,12 manat məbləğində dəbbə pulu olmaqla cəmi 6178,14 manat (altı min yüz yetmiş səkkiz manat, 74 qəpik) pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81,79 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova