Məhkəmə qərarları › İş №e-2-2(113)-5739/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5739/2022

22.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5739/2022 22.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı “LV Caspian Limited” şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “LV Caspian Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətlər Qrupu MMC-dən 60,245 ABŞ dolları və 7,268 avro məbləğində pul vəsaiti tutularaq iddiaçı " LV Caspian Limited” şirkətinə ödənilməasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Böyük Britaniyanın “LV Caspian” Limited şirkəti dünyanın tanınmış və aparıcı beynəlxalq daşıma şirkəti olan “LV Shipping” qrupunun yerli təmsilçisidir. “LV Shipping” şirkəti 1921-ci ildə təsis olunmuş, dünyanın bir çöx ölkələrində fəaliyyət göstərir. Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatından keçərək yerli bazarda şirkətin filialı kimi uğurlu fəaliyyət göstərməkdədir. LV Caspian Limited şirkəti olaraq, cavabdeh təşkilat ilə uzun müddətdir ki,əməkdaşlıq edirdi. Partnyor şirkətin olaraq, daim cavabdehə dəstək olmuş və ən yüksək səviyyədə xidmət verməyə çalışmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə aramızda LVC-GBR–1964 nörməli müqavilə bağlanılmışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixdə xx.xx.2023-cü il tarixinə qədər uzadılmışdır. Müqaviləyə əsasən cavabdeh sifarişçi olaraq yüklərin lazımi məntəqələrə daşınmasını podratçı olaraq bizə həvalə edib. Müqavilə üzrə daşıma xidmətləri göstərməyimizə baxmayaraq cavabdeh xidmət haqqını ödəməmişdir. Belə ki, hazırda borc məbləği aşağıdakı 60,245 ABŞ dolları, 7,268 avrodur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-cimaddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 448.2cimaddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsində deyilir, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Pretenziya məktubu həm poçtla, həm də elektron məhkəmə vasitəsilə cavabdehə göndərilib. Mediasiya sessiyasının baş tutmaması barədə arayış elektron məhkəməyə əlavə edilib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi, Vəkil sistemə xx.xx.2022-ci il tarixli barışıq sazişini yükləyərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir.. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

1. Tərəflər iddiaçı "LV Caspian" Limited şirkəti və cavabdeh "X2" MMC arasında xx.xx.2019-cu il tarixdə LVC-GBR-1964 nörməli müqavilə bağlanılmışdır. Həmin müqavilə xx.xx.2021-ci il tarixdə xx.xx.2023-cü il tarixinə qədər uzadılmışdır.

2. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən cavabdeh "X2" MMCnin iddiaçı "LV Caspian" Limited şirkətinə göstərilmiş daşıma xidmətlərinə görə 44585 ABŞ dolları ve 7268 avro borcu müəyyən olunur.

3. Cavabdeh "X2" MMC iddiaçı "LV Caspian" Limited şirkətinə 44585 ABŞ dolları ve 7268 avro borcu hissə-hissə olmaqla borc məbləği bitənədək hər ay 5000 ABŞ dolları və 1000 Avro məbləğində ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh "X2" MMC tərəfindən iddiaçı "LV Caspian" Limited şirkətinə borcun ödənilməsi ABŞ dollarının və Avronun ödəniş anında məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə hər ayın sonuncu gününə qədər həyata keçiriləcəkdir.

5. Bu saziş tərəflərin imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan qüvvəyə minir.Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə

QƏRARAALDİ:

İddiaçı "LV Caspian" Limited şirkəti və cavabdeh "X2" arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar