Məhkəmə qərarları › İş №e-2-2(113)-574/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-574/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-574/2023 03.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı kredit borcları və ona hesablanmış faiz borclarının ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcların satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı kredit borcları və ona hesablanmış faiz borclarının ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcların satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 01 mart 2023-cü il tarixdə İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını (geri qaytarılmasını) xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsinin baxılmamış saxlanması (geri qaytarılması) haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1nə qarşı kredit borcları və ona hesablanmış faiz borclarının ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcların satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 1.850 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar