Məhkəmə qərarları › İş №e-2-2(113)-575/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-575/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-575/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 73692,20 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər Məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, ayrı-ayrılıqda sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə:

1. İddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.1. Tərəflər sözügedən kommersiya işi ilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 Bu Sazişə uyğun olaraq birinci tərəf İddiaçı ikinci tərəf "xxxx" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3 "xxxx" ASC İddiaçı xx.xx.2021-ci il tarixli 3H/21XM saylı xidmət müqaviləsi üzrə 73692 manatdan xx.xx.2023-cü il tarixədək ilkin ödəniş kimi 10.000 manat olmaqla ödəməyi öhdəsinə götürür. 2.4 "xxxx" ASC İddiaçı xx.xx.2021-ci il tarixli 3H/21XM saylı xidmət müqaviləsi üzrə qalıq 63692 manatı hər ay 15000 manat olmaqla (sonuncu ayın ödənişi qalıq borca müvafiq olaraq) hissə-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 1-ə qədər aparılacaqdır. 2.5 Hər iki tərəf kommersiya işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür. 3.1 Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir. 4.1 Bu saziş tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2 Bu saziş 3 nüsxədə tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı və cavabdeh "xxxx" ASC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.1. Tərəflər sözügedən kommersiya işi ilə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2 Bu Sazişə uyğun olaraq birinci tərəf İddiaçı ikinci tərəf "xxxx" ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3. "xxxx" ASC İddiaçı xx.xx.2021-ci il tarixli 3H/21XM saylı xidmət müqaviləsi üzrə 73692 manatdan xx.xx.2023-cü il tarixədək ilkin ödəniş kimi 10.000 manat olmaqla ödəməyi öhdəsinə götürür. 2.4. "xxxx" ASC İddiaçı xx.xx.2021-ci il tarixli 3H/21XM saylı xidmət müqaviləsi üzrə qalıq 63692 manatı hər ay 15000 manat olmaqla (sonuncu ayın ödənişi qalıq borca müvafiq olaraq) hissə-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 1-nə qədər aparılacaqdır. 2.5. Hər iki tərəf kommersiya işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq müvafiq məhkəməyə təqdim etməyi öhdəsinə götürür. 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasını təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir. 4.1. Bu saziş tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 nüsxədə tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. İddiaçı və cavabdeh "xxxx" ASC-yə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar