Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5754/2021 20.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 oglunun iştirakı ilə İddiaçı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyinin Cavabdehnə qarşı cavabdehdən 1850 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1880 manat məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 1850 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1880 manat məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02.09.2020-ci il tarixdə “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyi tərəfindən Cavabdeh MMC-nin daxil olmuş elektron qaimə əsasında Cavabdeh MMC-nin bank hesabına 1850 manat pul vəsaiti köçürülmüşdür. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh şirkətlə İctimai Birlik arasında hər hansı müqavilə və saziş mövcud deyildir. Hansı əsaslara görə cavabdeh şirkətin İctimai Birliyə elektron qaimə göndərilməsi bəlli deyildir. “Vacancy“ MMC-nin AZ62AİİB******************** saylı hesabına “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyin 40070AZNHC********** saylı hesabından ödənilmiş 1850 manat məbləğndə pul vəsaitinin iddiaçının hesabına qaytarılmasının təmin edilməsi barədə 08.09.2020-ci il tarixdə cavabdeh şirkətə bildiriş göndərilmişdir. Bildirişə yazılı cavab verilməmişdir, şirkətin əməkdaşı şifahi olaraq bildirmişdir ki, hazırda hesabda tələb olunan məbləğ olmadığından tələblərinin təmin olunması qeyri-mümkündür. Cavabdeh şirkət iddiaçıya hər hansı xidmət göstərmədən, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə olmadan, hüquqi əsası olmadan, iddiaçının hesabına əsassız olaraq varlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, müqavilə hazırlanaraq elektron formada iddiaçıya göndərilmiş, həmin vaxt telefon əlaqəsi saxlamışlar və iddiaçı müqavilənin şərtləri ilə razılaşmış, bundan sonra hesab faktura və elektron qaimə göndərilmiş, və iddiaçı elektron qaiməni təsdiq etməklə pulu onlara ödəmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçı barəsində məlumatlar internet saytında reklam olaraq yerləşdirilmişdir. Ona görə də iddianı əsassız hesab edir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Qeyri-Kommersiya qurumlarının Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyi 31.10.2016cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh 12.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. 04 sentyabr 2020-ci il tarixli Elektron qaimədən görünür ki, Cavabdeh iddiaçı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyinə 1850 manat məbləgində ödənişin edilməsi üçün elektron qaimə göndərmişdir. 22.09.2020-ci il tarixli ödəniş tapşırıgının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 1850 manat məbləgdə ödəniş edilmişdir. 04 sentyabr 2020-ci il tarixli 203 nömrəli müqavilədən görünür ki, icraçı sifarişçini bir illik saytda yerləşməsi barədə müqavilə tərtib olunmuş, müqavilə iddiaçı tərəfindən təsdiq olunmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 02.09.2020-ci il tarixdə tərəflər arasında hər hansı bir müqavilə mövcud olmadıgı halda “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyi tərəfindən Cavabdehndən daxil olmuş elektron qaimə əsasında Cavabdeh bank hesabına 1850 manat pul vəsaiti köçürülmüşdür. Cavabdehin nümayəndəsi tərəflər arasında 04 sentyabr 2020-ci il tarixli 203 nömrəli müqavilə baglandıgını bildirsə də, həmin müqavilədən görünür ki, iddiaçı müqaviləni təsdiq etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyi tərəfindən Cavabdehnə səhvən pulun ödənilməsi nəticəsində sonuncu əsassız olaraq varlanmışdır. Belə ki, əsasız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1850 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1880 manat pul tutularaq İddiaçı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası” İctimai Birliyinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5754/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5754/2021
20.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver