Məhkəmə qərarları › İş №e-2-2(113)-5767/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5767/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5767/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər “X1 Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı və cavabdeh “X1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № F7_835/K-21 saylı kredit müqaviləsi üzrə banka olan 16 470.40 AZN (on altı min dörd yüz yetmiş manat qırx qəpik) əsas, 2 235.05 AZN (iki min iki yüz otuz beş manat beş qəpik) faiz və 3 494.51 AZN (üç min dörd yüz doxsan dörd manat əlli bir qəpik) cərimə borcu olmaqla, cəmi 22 199.96 AZN (iyirmi iki min bir yüz doxsan doqquz manat doxsan altı qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 220 AZN (iki yüz iyirmi manat) məbləğində mediasiya rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.74 kv.m. olan 55 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli BK № F7_835/K-21saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər “X1 Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı və cavabdeh “X1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № F7_835/K-21 saylı kredit müqaviləsi üzrə banka olan 16 470.40 AZN (on altı min dörd yüz yetmiş manat qırx qəpik) əsas, 2 235.05 AZN (iki min iki yüz otuz beş manat beş qəpik) faiz və 3 494.51 AZN (üç min dörd yüz doxsan dörd manat əlli bir qəpik) cərimə borcu olmaqla, cəmi 22 199.96 AZN (iyirmi iki min bir yüz doxsan doqquz manat doxsan altı qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 220 AZN (iki yüz iyirmi manat) məbləğində mediasiya rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.74 kv.m. olan 55 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli BK № F7_835/K-21saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər “X1 Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçı və cavabdeh “X1 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK № F7_835/K-21 saylı kredit müqaviləsi üzrə banka olan 16 470.40 AZN (on altı min dörd yüz yetmiş manat qırx qəpik) əsas, 2 235.05 AZN (iki min iki yüz otuz beş manat beş qəpik) faiz və 3 494.51 AZN (üç min dörd yüz doxsan dörd manat əlli bir qəpik) cərimə borcu olmaqla, cəmi 22 199.96 AZN (iyirmi iki min bir yüz doxsan doqquz manat doxsan altı qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 220 AZN (iki yüz iyirmi manat) məbləğində mediasiya rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.74 kv.m. olan 55 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli BK № F7_835/K-21saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işi üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar