Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-577/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil, iddiaçının nümayəndəsi Ezzati Hosseinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən xeyrinə 76700 manat məbləğində pulun və ödənilmiş 320 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə İddiaçı MMC-nin verdiyi etibarnaməni nəzərdən keçirən zaman müəyyən etmişdir ki, Vəkil etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından iş üzrə icraat baxılmamış saxlanılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə icraat baxılmamış saxlanılsın. İddiaçı MMC-nin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 40 manat dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli xx.xx.2022-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-577/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-577/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver