Məhkəmə qərarları › İş №e-2-2(113)-5770/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5770/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5770/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul və digər tələbinə dair işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 006-23/ 2023-04-20 saylı və xx.xx.2023-cü il tarixli, 007-23/ 2023-05-15 saylı avtomobillərin icarə müqavilələrinin ləğv edilməsini və cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 006-23/ 2023-04-20 saylı Avtomobillərin icarə müqaviləsi üzrə "Mitsubishi L 200" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış 3749 manat 22 qəpik borcun, xx.xx.2023-cü il tarixli, 007-23/ 2023-05-15 saylı avtomobillərin icarə müqavisi üzrə Mitsubishi L 200 markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış ƏDV daxil 8857 manat 61 qəpik borcun, "Mitsubishi L 200" markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ƏDV daxil 850 manat məbləğində ziyan üzrə borcun, hüquq xidmətlərinə dair ödənilmiş 1000 manat məbləğində pulun, ödənilmiş 210 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilir. İddia ərizəsini nəzərdən keçirən məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir, belə ki, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMCnin xeyrinə xx.xx.2023-cü il tarixli, 006-23/ 2023-04-20 saylı Avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış 3749 manat 22 qəpik borcun, xx.xx.2023-cü il tarixli, 007-23/ 2023-05-15 saylı avtomobillərin icarə müqavisi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış ƏDV daxil 8857 manat 61 qəpik borcun, “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ƏDV daxil 850 manat məbləğində ziyan üzrə borcun, hüquq xidmətlərinə dair ödənilmiş 1000 manat məbləğində pulun, ödənilmiş 210 manat dövlət rüsumunun tutulmasına dair tələbə kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılsa da, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 006- 23/ 2023-04-20 saylı və xx.xx.2023-cü il tarixli, 007-23/ 2023-05-15 saylı avtomobillərin icarə müqavilələrinin ləğv edilməsi tələbinə məhkəmədə baxıla bilməz, belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən müqavilənin ləğv edilməsinə dair tələblər məhkəmədən kənar qaydada həyata keçirildiyindən həmin tələbə məhkəmədə baxıla bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul və digər tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblərlə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar