Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5782/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər "xxxx" ASC-yə qarşı “bank sənədlərinin təqdim edilməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 261 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının 1998-ci il 14 aprel tarixli 472-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının höküməti və X3 Höküməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında Müqavilə”yə və Azərbaycan Respublikasının 1996-cı il 15 mart tarixli 43-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının höküməti ilə Böyük Britaniya və X4 Krallığı Höküməti arasında investisiyanın təşviqi və qorunması haqqında Saziş”ə əsasən Azərbaycan Respublikasında təsis edilmiş "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin və "xxxx" MMC-nin benefisiar mülkiyyətçiləri ilə Azərbaycan Respublikası arasında mübahisə predmetinin ilkin araşdırılmasını, qarşı tərəflə danışıqlar aparılmasını həyata keçirən, habelə gələcəkdə baş verə biləcək arbitraj proseslərində Azərbaycan Respublikasını təmsil edəcək orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilsin.
2. İddiaçının Azərbaycan Respublikası tərəfindən arbitraj prosesi çərçivəsində istifadə edilmək məqsədilə Böyük Britaniya və X4 Krallığının vətəndaşları X6 və X7 "xxxx" ASC-də nə zaman bank hesabı açmaları, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" Birgə Azərbaycan- İngiltərə MMC-nin və “X8” MMC-nin "xxxx" ASC-də nə zaman bank hesabı açmaları, "xxxx" MMC-nin və "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin 2006-2017-ci illərdə bank hesabları üzrə əməliyyat, o cümlədən hesab çıxarışları, əməliyyat tarixçəsi və qalıq məbləğlərə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli sorğusundan cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə yazılı formada imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi həmin məlumatların bank sirri olduğunu və yalnız məhkəmə qərarı ilə verilməsini bildirmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı Azərbaycan Respublikası tərəfindən arbitraj prosesi çərçivəsində istifadə edilmək məqsədilə Böyük Britaniya və X4 Krallığının vətəndaşı X6 "xxxx" ASC-də nə zaman bank hesabı açması, Böyük Britaniya və X4 Krallığının vətəndaşı X7 "xxxx" ASC-də nə zaman bank hesabı açması, "xxxx" MMC-nin (**********) "xxxx" ASC-də nə zaman bank hesabı açması, "xxxx" MMC-nin (VÖEN: **********) "xxxx" ASC-də nə zaman bank hesabı açması, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin (VÖEN: **********) "xxxx" ASC-də nə zaman bank hesabı açması, “X8” MMC-nin "xxxx" ASC-də nə zaman bank hesabı açması (Qeydiyyat nömrəsi: 433), "xxxx" MMC-nin 2006-2017-ci illərdə bank hesabları üzrə əməliyyat, o cümlədən hesab çıxarışları, əməliyyat tarixçəsi və qalıq məbləğlərə dair, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin 2006-2017-ci illərdə bank hesabları üzrə əməliyyat, o cümlədən hesab çıxarışları, əməliyyat tarixçəsi və qalıq məbləğlərə dair məlumatların ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC, "xxxx" Birgə Azərbaycan- İngiltərə MMC, “X8” MMC və Efruz Müdüroğlunun varidatı Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və X4 Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında 4 yanvar 1996-cı il tarixli Sazişə əsasən Azərbaycan Respublikasına qarşı arbitraj icraatına başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli 261s nömrəli Sərəncamı ilə həmin iddia ilə əlaqədar Azərbaycan Respublikasının müdafiəsinin təşkili Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Arbitraj icraatında Azərbaycan Respublikasının mövqeyinin hüquqi əsaslarla müdafiə edilməsi üçün mübahisənin predmeti olan investisiya fəaliyyətlərinə, maliyyə əməliyyatlarına və əlaqəli şirkətlər arasında həyata keçirilmiş pul köçürmələrinə dair ətraflı və obyektiv sübutların toplanması zərurəti yaranmışdır. Arbitraj İcraatında iddiaçılar iddia edir ki, "xxxx" MMC-yə Azərbaycan dövləti tərəfindən guya qanunsuz təzyiq edilmiş və "xxxx" MMC Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürməyə məcbur edilmişdir. Azərbaycan dövləti tərəfindən aparılan ilkin araşdırmalar zamanı bunun həqiqətə uyğun olmadığı müəyyən olunmuş və "xxxx" MMC-nin həmin vaxt direktoru və benefisiar mülkiyyətçisi olmuş mərhum Efruz Müdüroğlunun Azərbaycan Beynəlxalq Bankında əvvəlcədən hesablarının mövcud olmasına dair şübhələr müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan dövləti tərəfindən aparılan ilkin araşdırmalar zamanı kredit məbləğinin süni şəkildə şişirdilərək layihə üçün tələb olunan məbləğdən artıq kredit alınması, kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması və izafi kredit vəsaitlərinin "xxxx" MMC-nin təsisçiləri və aidiyyəti şəxslərinə köçürülməklə mənimsənilməsinə dair şübhələr müəyyən edilmişdir. "xxxx" MMC-nin, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin və digərlərinin Azərbaycan Respublikasına qarşı qaldırdığı iddiaya cavab olaraq Azərbaycan Respublikasının müdafiəsinin qurulması və Arbitraj İcraatı çərçivəsində sübut kimi istifadə olunması üçün həmin şirkətin bank hesabları və əməliyyatları barədə məlumatların əldə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlərin arbitraj tribunalına təqdim edilməsi ilə xarici investorların hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla və peşəkar qaydada hərəkət etmədiyini, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmadığını və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmadığı baxımından mühüm sübut dəyərinə malik olmaqla yanaşı, Azərbaycan Respublikasının Arbitraj İcraatı çərçivəsində ümumi müdafiəsinin qurulmasında da zəruridir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2.12-ci maddəsinə əsasən, müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında məhkəmələrə təqdim edilə bilər. Bu müddəada istifadə olunan “məhkəmə” anlayışı yalnız dövlət məhkəmələri ilə məhdudlaşdırıla bilməz və həmin ifadə geniş mənada – mübahisələrin hüquqi qaydada həlli səlahiyyəti verilmiş rəsmi instansiyalar olaraq beynəlxalq arbitraj tribunallarını da əhatə etməlidir. Belə ki, Sazişin 8-ci maddəsinin (1) bəndinə əsasən Razılığa gələn Tərəflərdən birinin vətəndaşı ilə digər Razılığa gələn Tərəf arasında investisiya ilə əlaqədar mübahisələr X1 üzrə Beynəlxalq Mərkəzə yönəldilə bilər. Həmin Saziş Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və X4 Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında Sazişin təsdiq edilməsi barədə” 15 mart 1996-cı il tarixli qanunu ilə təsdiq edilmişdir. Arbitraj tribunalı tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası tərəfindən icra ediləcək məcburi aktlardır. Bu baxımdan, arbitraj icraatı da bank sirrinin açıqlanması məqsədilə “məhkəmənin icraatında olan iş” kimi qiymətləndirilə bilər. Eyni zamanda, Banklar haqqında Qanunda birbaşa olaraq “arbitraj icraatı” ilə bağlı bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulmasa da, Banklar haqqında Qanunun 41.2.12-ci maddəsində nəzərdə tutulmuş istisna hal arbitraj məhkəmələrinin hüquqi mübahisələrin həlli üzrə mahiyyət etibarilə eyni funksiyanı yerinə yetirməsi səbəbilə analogiya əsasında beynəlxalq arbitraj tribunalına təqdim olunacaq məlumatlara da şamil edilə bilər. Bundan əlavə, bank sirrinin qorunmasına yönəlmiş normativ tələbin mahiyyəti məlumatların kommersiya məqsədi ilə üçüncü şəxslərə verilməsinin qarşısını almağa yönəlmişdir. Hazırkı halda isə bank sirrini təşkil edən məlumatlar yalnız Azərbaycan Respublikasına təqdim ediləcək və bu məlumatlar dövlətin öz hüquqlarını müdafiə etməsi məqsədilə yalnız mübahisənin predmeti ilə bağlı olmaqla məhdud dairədə, yəni yalnız arbitraj tribunalına təqdim olunacaq. Eyni zamanda, bank sirrinin sahibləri Arbitraj İcraatının tərəfidir. Bu baxımdan, yerli məhkəmə tərəfindən bank məlumatlarının Azərbaycan Respublikasına təqdim olunması və daha sonra həmin sənədlərin dövlət tərəfindən arbitraj tribunalına təqdim edilməsi bank sirri haqqında qanunvericiliyə zidd deyildir. Hazırki iddia ərizəsində qeyd olunan məlumatların bank sirri təşkil etdiyini nəzərə alaraq, həmin məlumatların təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ABB-yə müraciət edilsədə, ABB-nin xx.xx.2025-ci il tarixli, 6-2-41/2-24979/2025 nömrəli məktubu ilə bank sirri təşkil edən məlumatların təqdim edilməsi üçün məhkəmə qərarının olmasının zəruriliyi qeyd edilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxaraq, tələb edilən məlumatların bank sirri təşkil etdiyindən onların yalnız məhkəmə qərarı ilə verilməsinin mümkün olduğunu, bu barədə qətnamə qəbul edilərsə həmin məlumatların təqdim edəcəklərini bildirdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.
10. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və nümayəndəsinə verilir. Belə məlumatlar digər şəxslərə yalnız “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada verilir.
11. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunuu
12. Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
13. Maddə 41.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə), gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən digər üsul ilə imzalanır. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi, məlumatların verilməsi müddəti (müəyyən edildiyi halda) və məlumatların verilməsi ilə bağlı müştərinin zəruri hesab etdiyi digər şərtlər aydın şəkildə göstərilməlidir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə yalnız aşağıdakı hallarda verilir: 13.1. Maddə 41.2.12. məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər.
17. Maddə 85.2. Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir.
18. Maddə 86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir. Arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi ərizəni arbitrajın yeri üzrə kommersiya məhkəməsinə, arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə də verə bilərlər.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. İş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 261 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasında təsis edilmiş "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin və "xxxx" MMC-nin benefisiar mülkiyyətçiləri ilə Azərbaycan Respublikası arasında mübahisə predmetinin ilkin araşdırılması, qarşı tərəflə danışıqlar aparılmasının həyata keçirilməsi, habelə gələcəkdə baş verə biləcək arbitraj proseslərində Azərbaycan Respublikasını təmsil edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir.
23. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC, “X8” MMC və Efruz Müdüroğlunun varisi tərəfindən Azərbaycan Respublikasının Höküməti ilə Böyük Britaniya və X4 Krallığı Höküməti arasında investisiyalaraın təşviqi və qorunması haqqında xx.xx.1996-cı il tarixli Sazişə əsasən Azərbaycan Respublikasına qarşı arbitraj icraatına başlanılmışdır. Arbitraj icraatında Azərbaycan Respublikasının mövqeyinin müdafiə edilməsi üçün iddia ərizəsində tələb edilən sənədlərin və məlunmatların təqdim edilməsi isə dövlətin haqlı mənayefinin sübuta yetirilməsi üçün zəruridir.
24. Lakin həm Mülki Məcəllənin, həm də “Banklar haqqında” AR Qanunun yuxarıda qeyd edilən müddəalarından da görünür ki, bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatlarını təşkil edən bank sirrinin qanunsuz açıqlandığı halda bank vuruduğu zərərə görə müştəri qarşısında məsuliyyət daşıyır. Bank sirrinin açıqlandığı subyektlərin dairəsi ilə “Banklar haqqında” AR Qanunun 41.2-ci maddəsində nəzərdə tutulmuşdur.
25. Məhkəmə ona qarşı qaldırılmış arbitraj icraatında həm Azərbaycan Respublikasının hüquqi mövqeyinin əsaslandırılması üçün iddia əriəsində tələb edilən edilən məlumatların dövlətin mənafeyi üçün zəruri olmasını, həm də tələb edilən məlumatların bank sirrini təşkil etdiyindən onun məhkəmə qərarı ilə təqdim edilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir.
26. Məhkəmə, həmçinin iddiaşının iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödəməkdən azad olunmasını da nəzərə alaraq hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
27. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Eləcə də, “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası tərəfindən arbitraj prosesi çərçivəsində istifadə edilmək məqsədilə Böyük Britaniya və X4 Krallığının vətəndaşı X6 "xxxx" ASC-də nə zaman bank hesabı açması, Böyük Britaniya və X4 Krallığının vətəndaşı X7 "xxxx" ASC-də nə zaman bank hesabı açması, "xxxx" MMC-nin (**********) "xxxx" ASC-də nə zaman bank hesabı açması, "xxxx" MMC-nin (VÖEN: **********) "xxxx" ASC-də nə zaman bank hesabı açması, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin (VÖEN: **********) "xxxx" ASC-də nə zaman bank hesabı açması, “X8” MMC-nin "xxxx" ASC-də nə zaman bank hesabı açması (Qeydiyyat nömrəsi: 433), "xxxx" MMC-nin 2006-2017-ci illərdə bank hesabları üzrə əməliyyat, o cümlədən hesab çıxarışları, əməliyyat tarixçəsi və qalıq məbləğlərə dair, "xxxx" Birgə Azərbaycan-İngiltərə MMC-nin 2006-2017-ci illərdə bank hesabları üzrə əməliyyat, o cümlədən hesab çıxarışları, əməliyyat tarixçəsi və qalıq məbləğlərə dair məlumatlar "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilsin. 100 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilssin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı