Məhkəmə qərarları › İş №e-2-2(113)-5792/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5792/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5792/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 31 may 2023-cü il tarixli, № 5R saylı icarə müqaviləsi əsasında icarə haqqından yaranmış 60.066,06 manat icarə haqqı, cavabdehə təhvil verilmiş material və alətlərin itirilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın əvəzində 21.050 manat pulun, ona hesablanmış 3.789 manat ƏDV borcunun; - həmçinin hüquqi yardım üçün vəkilə ödənilən 1.000 manat pulun və 383 manat dövlət rüsumunun (348 manat iddia tələbi və 35 manat Müvəqqəti təminat tədbiri üçün) Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 31 may 2023-cü il tarixli, № 5R saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyəverən tikintidə istifadə edilən materialları və alətləri Əlavə 1-də qeyd olunan məbləğ qarşısında icarəyə götürənə icarəyə verir. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. (Həmin əlavələr iddia ərizəsinə əlavə olunur.) Bundan başqa, müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. (Həmin təhvil-təslim aktları iddia ərizəsinə əlavə olunur.) Cavabdeh MMC-nin iddiaçıya hazırda60066,06 manat icarə haqqı borcu yaranmışdır. Həmin borc məbləği tərəflər arasında dövrlər üzrə ikitərəfli təsdiq olunmuş “Malların təhvilaktı” adlı üzləşmə aktları və elektron qaimələr ilə təsdiq olunur. Bundan başqa cavabdehə təhvil verilmiş material və alətlərin itirilməsi nəticəsində iddiaçıya 21050 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyanın məbləğləri (21050 manat) və ona hesablanmış X3 məbləği (3789 manat) tərəflər arasında tərtib olunmuş xx.xx.2024- cü il tarixli və xx.xx.2025-ci il tarixli “X2 hesablanma aktları”na və elektron qaimələrə əsasən müəyyən edilmişdir. Cavabdeh MMC mənə icarə haqqından olan 60066,06 manat, material və alətlərin itirilməsi nəticəsində dəymiş ziyanın məbləğinin 21050 manat və 3789 manat ƏDV borcunun ümumi məbləğinin 84905,06 manat olmasını müvafiq aktlarla etiraf etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 9. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə (icarəverən) Cavabdeh (icarəçi) arasında xx.xx.2023-cü il tarixli, 5R nömrəli icarə müqaviləsi bağlanmışdır.

12. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən tələb olunan məhsulların xüsusiyyətləri bu müqaviləyə əlavə olan qoşma sənəd Əlavə 1-də göstərilir və tərəflər arasında əvvəlcədən razılaşdırılır, 2.2-ci bəndinə əsasən icarəyə verilən mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.

13. Müqavilə və ona Əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə, xx.xx.2023-cü il tarixli 2 saylı Əlavə, xx.xx.2023-cü il tarixli 3 saylı Əlavə, xx.xx.2023-cü il tarixli 4 saylı Əlavə, xx.xx.2023-cü il tarixli 5 saylı Əlavə, xx.xx.2023-cü il tarixli 6 saylı Əlavə,xx.xx.2024-cü il tarixli 7 saylı Əlavə, xx.xx.2024-cü il tarixli 8 saylı Əlavə ilə, xx.xx.2024-cü il tarixli 9 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə tərəflər malın adı, ölçü vahidi, miqdarı, qiyməti və aylıq icarə haqqı barədə razılığa gəlmişlər.

15. xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə Əlavələr əsasında tərəflər İddiaçı tərəfindən icarəyə verilmiş avadanlıqların Ricon MMC-nin icarəsində olduğunu və müqaviləyə uyğun icarə haqqı hesablandığını öz imza və möhürü ilə təsdiq etmişlər.

16. Bundan başqa iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli İcarə müqaviləsinə Əlavələr və təhvil-təslim aktları əsasında icarə haqqı üzrə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən müvafiq ödənişlər aparılmışdır.

17. Hazırda iddiaçı cavabdehdən 60.066,06 manat məbləğində icarə haqqı borcunun tutulmasını məhkəmədən xahiş edir.

18. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.

19. Belə olan halda Məhkəmə hesab edir ki, 60.066,06 manat məbləğində icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Cavabdehə təhvil verilmiş material və alətlərin itirilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın əvəzində 21050 manat pulun, ona hesablanmış 3789 manat ƏDV borcunun tələb edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

21. İ. Materiallarından görünür ki, çatışmayan materialların dəyərini xx.xx.2024-cü il tarixli X2 Hesablanma Aktına əsasən ƏDV daxil 8.289,50 manat məbləğində, xx.xx.2025-ci il tarixli X2 Hesablanma Aktına əsasən ƏDV daxil 16.549,50 manat məbləğində hesablandığını tərəflər öz imza və Ricon MMC möhürü ilə təsdiq etmişdir.

22. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə təhvil verilmiş material və alətlərin itirilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq ƏFV daxil 24.839 (8.289,5+16.549,5) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Bundan başqa İddiaçı Əlmöysün oğluna hüquqi yardımın göstərilməsi ilə bağlı fərdi qaydada fəaliyyət göstərən Vəkil xx.xx.2024-cü il tarixli order verilmişdir.

24. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Vəkil 1.000 manat məbləğində ödəniş edilmişdir

25. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 383 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarə haqqı borcu üzrə 60.066 (altmış min altmış altı) manat 06 (sıfır altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehə təhvil verilmiş material və alətlərin itirilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 21050 (iyirmi bir min əlli) manat məbləğində pul və ona hesablanmış ƏDV borcu üzrə 3789 (üç min yeddi yüz səksən doqquz) manat, ümumilikdə 24.839 (iyirmi dörd min səkkiz yüz otuz doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 383 (üç yüz səksən üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar