Məhkəmə qərarları › İş №e-2-2(113)-58/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-58/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-58/2021 27.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Qanuni nümayəndə və cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC-yə qarşı “borcun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və “xxxx” QSC-dən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 24 fevral 2015-ci il tarixli 11-15 USD saylı kredit müqaviləsinə əsasən ******* ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 111294,92 ABŞ dolları faiz, 553500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 16.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115003,04 ABŞ dolları borc olmaqla, ümumilikdə 2279797,96 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə 24 fevral 2015-ci il tarixli 11-15 USD saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən dövriyyə vəsaitinin artırılması məqsədi ilə illik 14 faizlə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə 30 iyun 2016-cı il tarixli 01 № -li əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən kreditorun borcalana ayırdığı ******* ABŞ dolları məbləğində kredit ******* ABŞ dolları məbləğində yeniləşdirilən kredit xəttinə çevrilmiş, kredit xəttinin müddəti 31.12.2017-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq “xxxx” QSC ilə 24.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu təşkilatlar müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 2019-cu il iyulun 16-dək Cavabdeh1 MMC-nin 24 fevral 2015-ci il tarixli 11-15 USD saylı kredit müqaviləsinə əsasən banka ******* ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 111294,92 ABŞ dolları faiz, 553500 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 16.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 115003,04 ABŞ dolları borc olmaqla, ümumilikdə 2279797,96 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu təşkilatlar borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24 fevral 2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan - Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 14% dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 28% dərəcəsi ilə, aylıq isə 2,33% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 24 fevral 2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 MMC İddiaçı ASC-yə olan ******* ABŞ dolları əsas borcu 12 ay ərzində illik 14 faiz dərəcəsi ilə 832674 ABŞ dolları faiz borcu ilə birlikdə (ümumilikdə ******* ABŞ dolları olmaqla) ödəməli idi. 24 fevral 2015-ci il tarixli ZM-1-11-15-USD nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 MMC ilə illik 14 faiz olmaqla, 12 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış və kreditin təminatı kimi zamin - İddiaçı ASC borcalanın müqavilə üzrə öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 24 fevral 2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi üzrə 30 iyun 2016-cı il tarixli 01 saylı əlavə sazişdən görünür ki, 30 iyun 2016-cı il tarixli 01 № -li əlavə saziş bağlanılaraq kredit müqaviləsinə dəyişiklik edilmiş, dəyişikliyə əsasən kreditorun borcalana ayırdığı ******* ABŞ dolları məbləğində kredit ******* ABŞ dolları məbləğində yeniləşdirilən kredit xəttinə çevrilmiş, kredit xəttinin müddəti 31.12.2017-ci il tarixədək təyin edilmiş, kredit xəttinin istifadəsinə görə borcalan kreditora illik 12% dərəcəsi ilə faiz ödəyir, gecikdirilən borc məbləğinə cərimə kimi illik 24% dərəcəsi ilə faiz ödəyir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş 19.07.2019-cu il tarixli, **********226 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən (müqavilə müddəti 17.02.2015- 31.12.2017) 16.07.2019-cu il tarixinə Cavabdeh1 MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ******* ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 111294,92 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 553500 ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan (illik faiz dərəcəsi 5% olmaqla) günlük faiz məbləği 206,84 ABŞ dolları (gecikmə 556 gün) olmaqla, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 115003,04 ABŞ dolları, ümumilikdə isə yaranmış borc məbləği 2279797,96 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddianın müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan 553500 ABŞ dolları tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 23702,04 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC-dən müştərək qaydada 24 fevral 2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi (30 iyun 2016cı il tarixli 01 saylı əlavə saziş) üzrə ******* ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 111294,92 ABŞ dolları faiz borcu, 23702,04 ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 115003,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi ******* ABŞ dolları məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 76,76%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 76,76%-i, yəni 23,02 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və “xxxx” QSC-dən müştərək qaydada 24 fevral 2015-ci il tarixli 11-15 nömrəli kredit müqaviləsi (30 iyun 2016-cı il tarixli 01 saylı əlavə saziş) üzrə ******* ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 111294,92 ABŞ dolları faiz borcu, 23702,04 ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 115003,04 ABŞ dolları faiz borcu, cəmi ******* ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 23,02 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar