Məhkəmə qərarları › İş №e-2-2(113)-5800/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5800/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5800/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “icarə müqaviləsi üzrə pul və əmlak” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P saylı icarə müqaviləsinin ləğv olunması; - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Zaminlik Müqaviləsi” əsasında icarə haqqından yaranmış 16796,21 manat icarə haqqı və 3023,31 manat ƏDV borcunun cavabdehlərdən tutularaq İddiaçı MMC-nə verilməsi; - cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla 2385 ədəd 3.85 metr ölçülü Dəmir dirəklərin və yaxud onların dəyəri59625 manat pulun, 1 ədədinin qiyməti 55 manat olmaqla 520 ədəd 5.7 metr ölçülü Dəmir dirəklərin və yaxud onların dəyəri - 28600 manat pulun və 1 ədədinin qiyməti 2 manat olmaqla 5376 ədəd cilozun və yaxud onların dəyəri 10752 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-nə verilməsi; - Hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Zaminlik Müqaviləsi” əsasında icarə haqqından yaranmış 16796,21 manat icarə haqqı və 3023,31 manat ƏDV borcunun cavabdehlərdən tutularaq İddiaçı MMC-nə verilməsi; - Cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla 2385 ədəd 3.85 metr ölçülü Dəmir dirəklərin və yaxud onların dəyəri - 59625 manat pulun, 1 ədədinin qiyməti 55 manat olmaqla 520 ədəd 5.7 metr ölçülü Dəmir dirəklərin və yaxud onların dəyəri - 28600 manat pulun və 1 ədədinin qiyməti 2 manat olmaqla 5376 ədəd cilozun və yaxud onların dəyəri 10752 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-nə verilməsi; - Hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirik. İddiaçının nümayəndəsi/vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, kommersiya mübahisəsi üzrə tərəflər arasaında mübahisə həll olunduğu üçün iddia ərizəsində imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “icarə müqaviləsi üzrə pul və əmlak” tələbinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar