Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5806/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh ASC arasında bağlanmış KTA-KTT-20/1230 saylı xx.xx.2020-ci il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 44.490,38 manat, hüquqi xidmətə görə ödənilmiş 2.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş 226 manat, cəmi isə 46.716,38 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin vəsatət verərək hər iki iş üzrə tərəflərin və mübahisə predmetinin eyni olmasını nəzərə alıb, həmin 2-2(113)-4007/2024 saylı və 2- 2(113)-5806/2024 saylı işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə tərəflər arasında bağlanmış KTA-KTT-20/1230 saylı xx.xx.2020-ci il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsi”nə xitam verilməsi və sair tələləri barədə 2-2(113)-4007/2024 saylı kommersiya işi icraatdadır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Həmçinin İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı, iş üzrə tərəflər arasında bağlanmış KTA-KTT-20/1230 saylı xx.xx.2020-ci il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsi”nin ləğv edilməsi və sair tələbləri barədə 2- 2(113)-5806/2024 saylı kommersiya işi də hazırda icraatdadır. Qeyd olunan və hazırda icraatda olan həmin hər iki iş üzrə tərəflər eynidir və onlar arasındakı mübahisə tərəflər arasında bağlanmış KTA-KTT-20/1230 saylı xx.xx.2020-ci il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsi” ndən yaranmış mübahisədir. Ona görə hər iki işin bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Və bildirdi ki, hazırki iddia ərizəsi üzrə tələblərin əsasını xx.xx.2020-ci il tarixli müqavilə təşkil edir, həmçinin də, Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı qaldırdığı iddia da həmin müqavilədən irəli gəlir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində İddiaçı MMC və Cavabdeh ASC arasında bağlanmış KTA-KTT-20/1230 saylı xx.xx.2020-ci il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 müqaviləsi”nin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 44.490,38 manat, hüquqi xidmətə görə ödənilmiş 2.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş 226 manat, cəmi isə 46.716,38 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdr. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (e-2-2(113)-4007/2024 saylı iş) cavabdeh İddiaçı arasında bağlanmış 18 may 2020-cı il tarixli, KTA-KTT-20/1230 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixədək yaranmış 56,898.02 (əlli altı min səkkiz yüz doxsan səkkiz manat, 02 qəpik) AZN gecikdirilmiş əsas borc, 41,102.57 ( qırx bir min bir yüz iki manat, 57 qəpik) AZN gecikdirilmiş günlərə görə cərimə borc, 41,102.57 ( qırx bir min bir yüz iki manat, 57 qəpik) AZN subsidiya üzrə borc, ümumilikdə, 166,589.80 ( bir yüz altmış altı min beş yüz səksən doqquz manat, 80 qəpik) AZN borc məbləğinin və 457 (dörd yüz əlli yeddi) AZN məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 18 may 2020-cı il tarixli, KTA-KTT20/1230 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6” Müqaviləsi”nə xitam verilməsi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: və 1 ədəd CLAAS AXOS 340HC markalı traktor, 1 ədəd AMAZONE ZA-M1501 markalı gülsəpən, 1 ədəd MORO ARATRİ SPİDER 5G 250 markalı riper, 1 ədəd MASCHİO GASPARDO PİNOCCHİO 250/5 markalı riper, 2 ədəd MASCHİO GASPARDO SARCHİATRİCE XXY 4R markalı kultivatorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsi imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4007/2024 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədə müvafiqdir. Beləliklə, hazırkı iş ilkin olaraq məhkəmənin icraatında qəbul edilmiş iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)- 4007/2024 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Goran Cotton” MMC-nin Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair e-2-2(113)-5806/2024 saylı iş iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-4007/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5806/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5806/2024
21.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver