Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5807/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3750.70 manat məbləğində əsas kredit borcu, 258.49 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 46.83 manat məbləğində cərimə borcu, cəmi 4056.02 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 60.57 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 9211***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 200.000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 9FİZAM132367301 saylı və 9FİZAM188152001 saylı zaminlik müqavilələri bağlanmış və onlar, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 27 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 321.21 manat olmaqla hər ayın 1-dək ödənilmək şərti ilə) 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə3750.70 manat məbləğində əsas kredit borcu, 258.49 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu , 46.83 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 4056.02 manat məbləğində borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Bank Respublika ASC və “Borcalan” Cavabdeh1 arasında bağlanan xx.xx.2021ci il tarixli 9211***-*******01L nömrəli əsas kredit limiti razılaşmasından görünür ki, "xxxx" “Borcalan”a 200000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinəədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasım və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. "xxxx" Bank Respublika ASC və “Borcalan” Cavabdeh1 arasında bağlanan xx.xx.2022ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasının 2ci bəndinə əsasən, "xxxx" 9211***-*******01L saylı xx.xx.2021-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 19 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixinədək, 0 ay güzəşt olmaqla 7000 manat məbləğində borc pul vəsaitini Avadanlıq alınması və digər investisiya xərcləri məqsədlə “Boracalan”a verir. 3-cü bəndinə əsasən, Borcalana verilən kreditin kreditləşmə mənbəyi bank vəsaitidir, kredit üzrə faktiki illik faiz dərəcəsi 19.5 faizdir. Cavabdeh1 ilə bağlanılmış xx.xx.2021-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, 9211***-*******01L saylı kredit müqaviləsi üzrə xx.xx.2022xx.xx.2025-ci il tarixlərdə 7000 manat əsas borc, 1672 manat faiz borcu olmaqla, ümumilikdə 8672.56 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Kredit borcu, faizlərin və penyanın hesablanması haqqında 07 iyun 2024-cü il tarixli Arayışdan görünür ki, əsas kredit borcunun məbləği 3750.7 manat, faiz borcunun məbləği 258.49 manat, əsas borc üzrə hesablanmış cərimə məbləği 46.83 manat olmaqla, borc üzrə iddia tələbinin cəmi məbləği 4056.02 manat təşkil etmişdir. Kreditverən İddiaçı ASC və Cavabdeh3 arasında bağlanan 21 dekabr 2021-ci il tarixli 9FİZAMİ32367301 nömrəli və Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli 9FİZAM188152001 nömrəli zaminlik müqavilələrinin: 1.1-ci bəndinə əsasən, bu müqavilə borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 3.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə mindiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Bank Respublika ASC tərəfindən 60.57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehlərin İddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşması, eyni zamanda xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli 9211***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə 200.000 manat məbləğində kredit limiti ayrılmış və əsas kredit limiti razılaşması çərçivəsində illik 19.5 faiz dərəcəsi ilə 7000 manat məbləğində borc pul vəsaiti Boracalana verilmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə 21 dekabr 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh3, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər sözügedən müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımı qaydada icra edilməmişlər, nəticədə qeyd edilən kredit müqaviləsi üzrə banka ödənilməmiş 3750.70 manat əsas borc, 258.49 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 46.83 manat məbləğində penya olmaqla, ümumilikdə cəmi 4056.02 manat məbləğində ödənilməmiş borc qalmışdır. Qeyd edilən məbləğlər Bank tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixə olan maliyyə arayışında öz əksini tapmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehlərin kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etmədiklərini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3750.70 manat məbləğində əsas borc, 258.49 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 46.83 manat məbləğində cərimə borcu olmaqla, cəmi ümumilikdə 4056.02 manat təşkil edən borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin iddia qaldırılması üçün ödənilmiş 60.57 manat məbləğində mediasiya ödənişinin də cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 60.57 manat məbləğində pul cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3750.70 manat məbləğində əsas borc, 258.49 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 46.83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4056.02 (dörd min əlli altı manat iki qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 60.57 manat pul məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5807/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5807/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver