Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-581/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı QSC “Bank Standard” KB-nin İddiaçı MMC-yə verdiyi 1.167.345,31ABŞ dolları məbləğində kredit borcunun tam ödədiyini, 3 məhkəmə instansiyasında iddia tələbinin rədd edilməsini, məhkəmə qətnamələrinin qüvvədə qalmasını, borcun silinməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmaması ucbatından İddiaçı MMC-nin banka olan kredit borcunun ödənilməsini nəzərə alıb, bank əməliyyat sistemində olan borcun silinməsi, kredit reyestrinə göndərilməsi öhdəliyi “Standard Bank”ın əmanətlərin sığortalanması fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2007-ci il tarixdə “Qapalı Səhmdar Cəmiyyəti Bank Standard” Kommersiya Bankı ilə İddiaçı MMC arasında kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMC-yə illik 20 % ödənilməsi şərti ilə 20 yanvar 2009-cu il tarixədək 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin 10 avqust 2009-cu il tarixdə axırıncı əməliyyatı aparılmaqla banka olan borc tam ödənilmiş, lakin bank Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq həmin pulun ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin bütün hallarını araşdırıb, tərəflərdən sübut kimi kredit ödəmələrin sənədlərini təhlil edərək hesab etmişdir ki, iddia əsassızdır, ona görə də təmin edilməməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddianı da təmin etməmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi işin hallarını tam araşdıraraq 21 yanvar 2016-cı il tarixdə 1 saylı İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. İddiaçı tərəf apellyasiya instansiyasının qəbul etdiyi qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, Ali Məhkəmə xx.xx.2016-cı il tarixli Qərarla Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. 1 saylı İnzibati İqtisad Məhkəməsi qətnamə qəbul edərkən 1.167.345,31ABŞ dolları məbləğində kredit borcunun silinməsi və borcun olmaması barədə “Standart Bank”ın ləğvedicisi, əmanətlərin sığortalanması fondunun üzərinə öhdəlik qoyulmasını qət hissədə göstərməmişdir. Ona görə də “Standart Bank”ın ləğvedicisi əmanətlərin sığortalanması fondunun rəhbərliyi 19 iyun 2019-cu il tarixdə №**********434 saylı məktubunda göstərmişdir ki, AR Ali Məhkəməsinin İnzibati İqtisad Kollegiyasının 08 iyun 2016-cı il tarixli Qərarında əmanətlərin sığortalanması fondu tərəfindən müraciətinizdə qeyd olunan hər hansı hərəkətlərin icra edilməsi öhdəliyi üzərinə qoyulmamışdır. Bankın üzərinə kredit borcunun silinməsi, borcun olmaması öhdəliyinin qoyulmaması məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi vermiş, iddiaçı QSC “Bank Standard” KB-nin İddiaçı MMC-yə verdiyi 1.167.345,31ABŞ dolları məbləğində kredit borcunun tam ödədiyini, 3 məhkəmə instansiyasında iddia tələbinin rədd edilməsini, məhkəmə qətnamələrinin qüvvədə qalmasını, borcun silinməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmaması ucbatından İddiaçı MMC-nin banka olan kredit borcunun ödənilməsini nəzərə alıb, bank əməliyyat sistemində olan borcun silinməsi, kredit reyestrinə göndərilməsi öhdəliyi X3 “Standard Bank”ın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun cavabdeh qismində qoyulması mümkünsüzdür. Belə ki, qətnamə çıxarılsa belə onun icrası qeyri-mümkündür. İddiaçının qeyd etdiyi qətnamələrdə isə iddia müddəti tətbiq olunub. İddia müddətinin tətbiqi ilə bağlı hal-hazırda Konstitusiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı var ki burada qeyd olunur: iddia müddətinin tətbiq olunması hüquqi baxımdan öhdəliyə xitamın əsası kimi qiymətləndirilə bilməz. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015 tarixli 2-81-1849/2015 nömrəli qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nin İddiaçı MMC-yə qarşı kredit borcunun, hesablanmış faizlərin və cərimənin tutulması, qarşılıqlı olaraq müdafiəçiyə çəkilən xərcin ödənilməsi tələbinə dair iş üzrə iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 yanvar 2016-cı il tarixli 2-2(103)-46/16 nömrəli qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nin İddiaçı MMC-yə qarşı kredit borcunun, hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair ilkin, İddiaçı MMC-nin QSC “Bank Standarrt” KB-nə qarşı ilkin iddianın rədd, vəkilə ödənilmiş xidmət haqqının tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015 tarixli 2-81-1849/2015 saylı qətnaməsindən iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə iddiaçı QSC “Bank Standarrt” KBnin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 1849/2015 saylı 04 avqust 2015-ci il tarixli qətnaməsi QSC "xxxx" KB-nin iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin həmin qətnaməsi İddiaçı MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2-2(102)-240/16 saylı qərarı ilə iddiaçı QSC "xxxx" KB-nin cavabdeh İddiaçı MMC-yə qarşı 25 oktyabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 568452,35 ABŞ dolları məbləğində əsas borc, 262874,31 ABŞ dolları məbləğində faiz borcu, 336.018,65 ABŞ dolları məbləğində cərimə ümumilikdə 1.167.345,31 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun idiaçının xeyrinə tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-46/16 saylı iş üzrə 21 yanvar 2016-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə kassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/16 saylı iş üzrə 21 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. LPO Bank Standart KB-nin İddiaçı MMC-yə 19 iyun 2019 tarixli **********434 nömrəli cavab məktubunda kredit öhdəliyinin bank sistemindən və mərkəzləşmiş kredit reyestrindən silinməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna daxil olan müraciətə cavabda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/16 saylı iş üzrə 21 yanvar 2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2-2(102)-240/16 saylı qərarında Əmanətlərin Sığortalanması Fondu tərəfindən müraciətdə qeyd olunan hər hansı hərəkətlərin icra edilməsi öhdəliyi qoyulmamışdır. Məktub Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri Habil Məmmədov tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı QSC "xxxx" KB-nin İddiaçı MMC arasında kredit borcunun qaytarılması ilə bağlı məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə QSC "xxxx" KB-nin iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə Əmanətlərin Sığortalanması Fondunun iş üzrə cavabdeh olmalı olmadığını eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun müvafiq Qərarına əsasən iddia müddətinin tətbiqinin öhdəliyin xitamı kimi qeyd edilməməli olduğunu bildirmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iki halı qeyd etmişdir. Hazırki iş üzrə Əmanətlərin Sığortalanması Fondunun cavabdeh olmaması və AR KM-nin Plenum Qərarına əsasən iddia müddətinin keçməsinin öhdəliyin xitamına əsas hesab edilən hal olmaması. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit borcunun tutulmasına dair məhkəmə mübahisəsinə baxılarkən iş üzrə iddia müddəti tətbiq edilərək bankın iddiası rədd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyun 2016-cı il tarixli 2-2(102)-240/16 saylı qərarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən tərəflərin tam həcmdə öz öhdəliklərini yerinə yetirməsinə qədər müqavilənin qüvvədə olmasını əsaslansa da onun tərəfindən verilən borcun cavabdehin səlahiyyətli şəxsi tərəfindən alınmasını və ya hesabına köçürülməsini və həmin hesabdan çıxarılmasını və öz növbəsində sonuncu tərəfindən banka qaytarılan kredit məbləğlərini təsdiq edən mötəbər sübutların iş materiallarına əlavə edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə bankın borcun tutulması tələbi rədd edilmişdir. Belə olan halda qeyd edildiyi kimi iddiaçının kredit öhdəliyinin olması barədə məlumatın kredit reyestrindən çıxarılmaması onun hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməllidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alıb məhkəmə hesab edir ki, İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na olan 1.167.345,31 ABŞ dolları məbləğində borcun bank əməliyyat sistemindən silinməsi, bu barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyi X3 “Standard Bank”ın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin LPO QSC “Bank Standard” KB-na olan 1.167.345,31 ABŞ dolları məbləğində borcun bank əməliyyat sistemindən silinməsi, bu barədə məlumatın kredit reyestrinə göndərilməsi öhdəliyi X3 “Standard Bank”ın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-581/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-581/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver