Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-581/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İdddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 MMC-yə (bundan sonra – cavabdeh ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 MMC-dən EROL GROUP MMC-dən və Cavabdeh2 onğlundan müştərək qaydada xx.xx.2022-ci il tarixli, TZM2322004-001 saylı İnvoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair 1 nömrəli Razılaşma üzrə əsas borca görə 50 000 Manat, faiz borcuna görə 3320,24 Manat, dəbbə borcuna görə 1524,99 Manat, cəmi 54 845,23 Manatməbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 255 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdehX5 MMCarasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM2322004 saylı, 60 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixdə imzalanmış TZM2322004-001 saylı İnvoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair 1 nömrəli Razılaşmaya əsasən illik 13 % faiz dərəcəsi olmaqla 3 ay müddətinə xx.xx.2023-cü il tarixində son icra müddəti göstərilməklə 100 000 Manat məbləğində Bank vəsaiti vasitəsilə cavabdehin Razılaşmanın 4-ci bəndində qeyd edilən invoysu maliyyələşdirilmişdir. Həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlərEROL GROUP MMC və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixlizaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2022-ci il tarixli, TZM2322004-001 saylı Razılaşma üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli, TZM2322004-001 saylı Razılaşma müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə X5 MMC-yEə,ROL GROUP MMC-yə və Cavabdeh2əfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Sonuncu dəfə xəbərdarlıq edilməklə bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehlərə müvafiq qaydada göndərilmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli, TZM2322004-001 saylı İnvoys maliyyələşdirilməsinə və tələbin güzəştinə dair 1 nömrəli Razılaşma üzrə borcunun məbləği əsas borca görə 50 000 Manat, faiz borcuna görə 3320,24 Manat, dəbbə borcuna görə 1524,99 Manat, borcun cəmiməbləği 54 845,23 Manat təşkiledir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında xx.xx.2022-ci il tarixdə imzalanmış TZM2322004-001 Maliyyələşdirmə limiti müqaviləsi imzalanmışdır. - Həmin müqaviləyə əsasən bank tərəfindən müştəriyə 60 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 100.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması üçün invoys, sifariş, anbar və sair maliyyələşdirmə məqsədilə bərpa olunan kredit limiti verilməsi nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) və Cavabdeh2 (zamin) arasında 31 oktyabr 2022-ci il tarixli, TZM2322004 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan ilə kreditor arasında bağlanmış 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. - 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 6.8-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin, habelə kreditora dəymiş zərər tam icra olunanadək qüvvədədir. Müqavilələr kreditorun və borc alanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.
10. İddiaçı ASC (kreditor) ilə Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 MMC (zamin) arasında 31 oktyabr 2022-ci il tarixli, TZM2322004 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: - 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 MMC borcalan ilə kreditor arasında bağlanmış 26 may 2022-ci il tarixli TZM2722008 saylı Kredit limitinin ayrılması/Maliyyələşdirmə limiti/Baş kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. - 4.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 6.8-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin, habelə kreditora dəymiş zərər tam icra olunanadək qüvvədədir. Müqavilələr kreditorun və borc alanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli RB-02/PK-4214 saylı maliuyə arayışına əsasən borclu Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli TZM2322004-001 saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan əsas borcu 50 000 manat,faiz borcu 3320.24 manat,cərimə borcu 1524.99 manat,cəmi borcu 54845.23 manat təşkil edir.
12. İddiaçı ASC tərəfindən cavabdehlər pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 3-16-16/2-9/10675/2024 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə ərizə üzrə əsas kredit borcu 48088.36 manat, faiz borcu 1887.11 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 15.AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 16.“Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC (müştəri) arasında xx.xx.2022-ci il tarixdə imzalanmış TZM2322004-001 Maliyyələşdirmə limiti müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 100 000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
19. Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə ərizə üzrə əsas kredit borcu 48088.36 manat, faiz borcu 1887.11 manat məbləğində olması müəyyən edilmişdir.
20. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
21. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində ekspert rəyinə uyğun olaraq 48088.36 manat,faiz borcunun tutulması hissəsində isə 1887.11 manat məbləğində təmin edilməlidir.
22. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh3 MMC-yə hesablanmış 1524.99 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdeh lərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 1000 manat məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə zamin Cavabdeh1 MMC, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 MMC-nin bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.
27. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 255 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 200 manat məbləğində pul vəsaiti cavabdeh dən tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti cavabdhdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada krеdit müqaviləsi üzrə 48088.36 manat məbləğində krеdit bоrcu, 1887.11 manat məbləğində faiz bоrcu, 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 50975.47 (əlli min doqquz yez yetmiş beş manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 10 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova