Məhkəmə qərarları › İş №e-2-2(113)-5818/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5818/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5818/2022 03.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "OKR X1 X3 Sanayı Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına, Kılıç Hasan və Okur Abdullah qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2015-ci il tarixli, 21-BİZ-1-0-48-15 saylı kredit müqaviləsi üzrə 5000 manat əsas borc, 1947,23 manat faiz borcu, 1135,95 manat cərimə borcu və 03 mart 2016-cı il tarixdən 20 may 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 1557,1 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 9640,28 manat kredit borcunun “OKR X2 X3 Sanayi Ticaret LimitedŞirkəti”nin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə tutulması, 29 iyul 2015-ci il tarixli, 21-BİZ-2-0-265-15 saylı kredit müqaviləsi üzrə 19998,74 manat əsas borc, 10022,06 manat faiz borcu, 1954,38 manat cərimə borcu və 29 iyul 2016-cı il tarixdən 20 may 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 5844,15 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 37819,33 manat kredit borcunun və ödənilmiş 232,40 manat dövlət rüsumunun (200 manat hissəsi mediasiya xərci olaraq ödənilmişdir) “OKR X2 X3 Sanayi Ticaret LimitedŞirkəti”nin Azərbaycan Respublikasındakı filialından, Kılıç Hasan və Okur Abdullahdan müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. - 150.0 və 150.0.8-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Qeyd olunan normaların tələbinə zidd olaraq iş materiallarına əlavə olunan “MŞB/5- 02313 nömrəli, 20 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayışdan görünür ki, mediasiya sessiyasının tərəfləri "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "OKR X1 X3 Sanayı Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialıdır. Bununla da, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair məlumat yalnız cavabdehlərdən biri - "OKR X1 X3 Sanayı Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində verilmiş, digər cavabdehlər – Kılıç Hasan və Okur Abdullah barəsində həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "OKR X1 X3 Sanayı Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına, Kılıç Hasan və Okur Abdullah qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar