Məhkəmə qərarları › İş №e-2-2(113)-582/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-582/2021

01.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-582/2021 01.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X4 cavabdehin nümayəndələri X6 və X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin servis xidməti”nin“ və 4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması ilə məqsədi ilə keçirilən tenderlər üzrə iştirakçıların sayının az olmasına görə baş tutmadığı üçün cəmiyyətin iddiaçı qismində tenderlərdə iştirak haqqı kimi ödəmiş olduğu 5.050,00 (beş min əlli) manat məbləğini geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Paladium Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı olaraq Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Tender Komissiyası tərəfindən elan edilmiş xx xxxxxx 2020-ci il tarixli tender üzrə“EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın alınması məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə 50,00 (əlli) manat; xx xxxxxx 2020-ci il tarixli tender üzrə “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin alınması məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə 2.000,00 (iki min) manat; xx xxxxxxxx 2020-ci il tarixli tender üzrə “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin sevis xidməti”nin alınması məqsədi alınması məqsədi ilə cəmiyyət iddiaçı olaraq xx xxxxxx 2020-ci il tarixdə 500,00 (beş yüz) manat; xx xxxxxxxx 2020-ci il tarixli tender üzrə “4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması məqsədi ilə cəmiyyət iddiaçı olaraq xx xxxxxx 2020-ci il tarixdə 2.500,00 (iki min beş yüz) manat ümumilikdə isə 5.050,00 (beş min əlli) manat tenderdə iştirak haqqı məbləğlərini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cari bank hesabına ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Sərhəd Xidməti tərəfindən elan edilmiş “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin servis xidməti”nin və “4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması ilə məqsədi ilə tender nəticələri “X2” Qanununun 50-4.2-ci maddəsinin (Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir) tələblərinə əsasən ləğv edilmişdir. Bu səbəbdən cəmiyyət-iddiaçı yuxarıda qeyd olunan tender nəticələrinin məhz həmin əsassa görə ləğv edildiyi üçün iştirak haqqı kimi ödəmiş olduğu 4 (dörd) tender üzrə 5.050,00 (beş min əlli) manat məbləğinin geri qaytarılması barədə Azərbaycan Respublikası Sərhəd Xidmətinin Tender Komissiyasına ünvanlanmış olduğumuz müraciətə cavab məktubunda Azərbaycan Respublikası Sərhəd Xidmətinin Tender Komissiyası "X2” Qanununun 29.2-ci maddəsinin tələblərinə istinad edərək tərəflərindən ödənilmiş tenderlər üzrə iştirak haqqı məbləğlərinin geri qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirir ki, “Paladium Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti tenderdə iştirak etmişdir, iddiaçı tərəfindən iştirak haqqı ödənilmiş, lakin tender keçirilmədiyindən edilən ödəniş geri qaytarılmamışdır. Halbuki, hesab edirik ki, X2 Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsində qeyd olunan iştirak haqları tenderin keçirilməsi ilə bağlı yaranan bütün xərclər, eyni zamanda tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər üzrə ödənilir. Lakin bu maddə tenderin keçirilmədiyi halı əhatə etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdiki, tenderin X2 Azərbaycan Respublikasının Qanununa əsasən keçirilmiş, tender prosesinin keçirildiyini, lakin tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olması səbəbindən ləğv edilmişdir, eyni zamanda iddiaçıların tenderdə ödədiyi iştirak haqqı dövlət büdcəsinə keçirilmişdir. Tender baş tutmadıqda həmin məbləğ iştirakçıya qaytarılmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, tenderin X2 Azərbaycan Respublikasının Qanununa əsasən keçirildiyini, tender prosesinin keçirildiyini, lakin tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olması səbəbindən ləğv edildiyini bildirmişdir. Tenderin ləğv edilməsi barədə Portalda və Respublika qəzetində məlumat dərc edilmişdir. X2 Azərbaycan Respublikasının Qanunun 27.4 maddəsinə əsasən hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Tender Komissiyasının xx.xx.2020-ci il tarixli mənzil istismar əmlaklarının, avadanlıqlarının ehtiyat hissələrinin və təmir işlərinin satınalınması üçün Tender Elanında “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın alınması, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin alınması, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin sevis xidməti”nin alınması”, “4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. Tender elanına görə təşkil edəcəyi qeyd olunmuşdur. Bundan başqa, tender elanında aşağıdakı tələblər irəli sürülmüşdür: İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair hüquqi sənədləri portal tərəfindən müəyyən edilmiş vaxtda vahid internet portalı vasitəsilə daxil edilməlidir, ixtisas göstəricilərinə dair hüquqi sənədləri göstərilən vaxtdan gec təqdim edən iştirakçı kimi qeydə alınmır. “Tenderdə iştirak üçün ərizə, iştirak haqqının ödənilməsi barədə bank sənədi, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı və s., “Tender təklifi və bank təminatı sənədləri xx xxxxxxxx 2020-ci il, saat 14:00-dək elektron poçt vasitəsilə təqdim etməlidirlər”; “İddiaçıların təklifləri xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:00-da portal vasitəsilə açılacaqdır.İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər. “İddiaçı əsas şərtlər toplusunun məzmununu, o cümlədən təlimatları, formaları və şərtləri tam olaraq öyrənməlidir.Əsas şərtlər toplusunu almış iddiaçının əsas şərtlər toplusunun məzmunundan, o cümlədən təlimatlardan, forma və şərtlərdən kənar təklif verilməsi onu bu məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Sərhəd Xidmətinin Tender Komissiyasına ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, satınalma prosedurları “X2" Azərbaycan Respublikası Qanununun 27.4-cü və 50-4.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmiş, məlumat xarakterli bildiriş “Respublika” qəzetində və vahid internet portalında dərc edilmişdir. Qanunun 29.2-ci, həmçinin əsas şərtlər toplusunun 4.1-ci maddəsinin tələbinə əsasən iştirak haqqı heç bir halda geri qaytarılmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Tender Komissiyasının xx.xx.2020-ci il tarixli mənzil istismar əmlaklarının, avadanlıqlarının ehtiyat hissələrinin və təmir işlərinin satınalınması üçün Tender Elanında “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın alınması, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin alınması, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin sevis xidməti”nin alınması”, “4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması üzrə tender elanı yerləşdirmiş və bununla bağlı müvafq təkliflərin verilməsi üçün potensial şirkətləri dəvət etdiyini bildirmişdir. İddiaçı tender nəticələrinin ləğv edildiyi üçün iştirak haqqı kimi ödəmiş olduğu 4 (dörd) tender üzrə 5.050,00 (beş min əlli) manat məbləğinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının “Dövlət satınlamaları haqqında" Qanununun 4.1.7-ci bəndinə əsasən dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra — rəsmi internet saytı) yaradır. Həmin Qanunun 29.1-ci bəndinə əsasən tenderdə iştirak haqqının ümumi məbləği tender predmetinin ehtimal olunan qiymətinin 0,5 faizindən və tender xərclərinin 1,5 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat tərəfindən müəyyənləşdirilir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər iştirak haqları hesabına ödənilir. Həmin Qanunun 29.2-ci bəndinə əsasən tenderdə iştirak haqqını malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata ödəyir. Tenderdə iştirak haqqı geri qaytarılmır. Həmin Qanunun 29.3-cü bəndinə əsasən tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın ixtiyarına keçir (büdcədən maliyyələşdirilən təşkilatlar üzrə isə dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir. Həmin Qanunun 50-4.1-ci bəndinə əsasən elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir. Həmin Qanunun 50-4.2-ci bəndinə əsasən elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir. Yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinin məhkəmə araşdırması zamanı müəyyən olunan hallara tətbiq edərək məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti tərəfindən qanunun tələblərinin tətbiqi zamanı hər-hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tenderdə iştirak haqqını malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata ödəyir və tenderdə iştirak haqqı geri qaytarılmır. Belə olan halda cəmiyyətin iddiaçı qismində tenderlərdə iştirak haqqı kimi ödəmiş olduğu 5.050,00 (beş min əlli) manat pul vəsaitinin geri qaytarılması barədə iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin hallarına məcmuu halında qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Tender Komissiyasına qarşı xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin servis xidməti”nin“ və 4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması ilə məqsədi ilə keçirilən tenderlər üzrə iştirakçıların sayının az olmasına görə baş tutmadığı üçün cəmiyyətin iddiaçı qismində tenderlərdə iştirak haqqı kimi ödəmiş olduğu 5.050,00 (beş min əlli) manat məbləğini geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Tender Komissiyasına həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə “ QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinə qarşı xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş “EГЕПЬ tipli siqnalazasiya bloku və əl fanarı”nın, “Sərhəd gözətçi gəmilərinin ehtiyat hissələri”nin, “2 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin servis xidməti”nin“ və 4 ədəd Şahdağ tipli sərhəd gözətçi gəmilərinin cari təmiri”nin alınması ilə məqsədi ilə keçirilən tenderlər üzrə iştirakçıların sayının az olmasına görə baş tutmadığı üçün cəmiyyətin iddiaçı qismində tenderlərdə iştirak haqqı kimi ödəmiş olduğu 5.050,00 (beş min əlli) manat məbləğini geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Tender Komissiyasına həvalə edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.“ Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar