Məhkəmə qərarları › İş №e-2-2(113)-582/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-582/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-582/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə, Cavabdeh3 QSC və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə, Cavabdeh3 QSC və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Bank VTB (Azərbaycan”) ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, X2, Cavabdeh3 QSC və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 QSC arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli 324265-1-37972/02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024cü il tarixə Banka 1.691.377,38 (bir milyon altı yüz doxsan bir min üç yüz yetmiş yeddi, 38) manat məbləğində əsas borc, 121.750,24 (bir yüz iyirmi bir min yeddi yüz əlli, 24) manat məbləğində faiz borcu, ümumilikdə isə 1.813.127,62 (bir milyon səkkiz yüz on üç min bir yüz iyirmi yeddi, 62) manat məbləğində pulun, həmçinin, 1.696,56 (bir min altı yüz doxsan altı, 56) manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun və 408 (dörd yüz səkkiz) manat xidmət haqqının müştərək qaydada Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh1, Cavabdeh4 və Qanuni nümayəndə İddiaçı ASC-nin xeyrinə tutulması; cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş və - ipoteka predmetinin ilkin satış qiymətinin 88.000 (səksən səkkiz min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı evin 46 saylı mənzilinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 840.000 (səkkiz yüz qırx min) manat məbləğində müəyyən etməklə ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1.050,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi29 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi27 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi25 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi25 Aünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi23 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə ünvan 7ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) (bundan sonra mətndə Cavabdeh3 QSC və ya cavabdeha)rasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 QSC-nə öhdəliklərin maliyyələşdirilməsi məqsədi üçün illik 12 (on iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1.870.000 (bir milyon səkkiz yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Daha sonra, Bank ilə Cavabdeh3 QSC arasında bağlanmış “xx.xx.2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 28 fevral 2023-cü il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən Cavabdeh3 QSCnin xx.xx.2023-cü il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.771.575,11 (bir milyon yeddi yüz yetmiş bir min beş yüz yetmiş beş, 11) manat məbləğində müəyyən edilmiş və cavabdeh illik 12 (on iki) faiz hesablanması şərti ilə 28 (iyirmi səkkiz) ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Bundan sonra, Bank ilə Cavabdeh3 QSCarasında bağlanmış “xx.xx.2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 06 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən Cavabdeh3 QSC-ninxx.xx.2023-cü il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.691.377,38 (bir milyon altı yüz doxsan bir min üç yüz yetmiş yeddi, 38) manat məbləğində müəyyən edilmiş və cavabdeh illik 12 (on iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Həmçinin, həmin Razılaşmaya əsasən cavabdehə 6 (altı) ay müddətinə güzəşt dövrü müəyyən edilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1 MMC və ya cavabdeh) 14 iyun 2022-ci il tarixli 324449-G_RAN- 1822 saylı, Cavabdeh4 (bundan sonra mətndə Cavabdeh4 və ya cavabdeh) 14 iyun 2022ci il tarixli 324256-7-1823 saylı və Qanuni nümayəndə (bundan sonra mətndə Qanuni nümayəndə və ya cavabdeh) 14 iyun 2022-ci il tarixli 324445-7-1824 saylı zaminlik müqavilələri əsasında Cavabdeh3 QSC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Daha sonra, Bank ilə zaminlər Cavabdeh1 MMC, Cavabdeh4 və Qanuni nümayəndə arasında zaminlik müqavilələrinə dəyişiklilər və əlavələr edilməsi barədə 28 fevral 2023-cü il tarixli 1 saylı və 06 dekabr 2023-cü il tarixli 2 saylıƏlavə Razılaşmalar bağlanmışdır. Həmçinin, Bank ilə Cavabdeh4 arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324256-NEDVİJ-1015/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı evin 46 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra, Bank ilə ipoteka qoyan Cavabdeh4 arasında sonrakı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 28 fevral 2023-cü il tarixli 1 saylı və 06 dekabr 2023-cü il tarixli 2 saylıƏlavə Razılaşmalar bağlanmışdır. Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324449-NEDVİJ-962/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1.050,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasını Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra, Bank ilə ipoteka qoyan Cavabdeh1 MMC arasında sonrakı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 28 fevral 2023-cü il tarixli 1 saylı və 06 dekabr 2023-cü il tarixli 2 saylıƏlavə Razılaşmalar bağlanmışdır. Bank ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324449-NEDVİJ-963/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Astara şəhəri, Mirzə Rəhimov küçəsi 23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini; ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini; ünvan 9 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini; ünvan 10 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini; ünvan 11 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini; ünvan 12 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini və ünvan 7 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Daha sonra, Bank ilə ipoteka qoyan Cavabdeh1 MMC arasında sonrakı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 28 fevral 2023-cü il tarixli 1 saylı və 06 dekabr 2023-cü il tarixli 2 saylıƏlavə Razılaşmalar bağlanmışdır. Lakin borclu Cavabdeh3 QSC 06 dekabr 2023-cü il tarixli324265-1-37972/02 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 1.691.377,38 (bir milyon altı yüz doxsan bir min üç yüz yetmiş yeddi, 38) manat məbləğində əsas borc, 121.750,24 (bir yüz iyirmi bir min yeddi yüz əlli, 24) manat məbləğində faiz borcu, ümumilikdə isə 1.813.127,62 (bir milyon səkkiz yüz on üç min bir yüz iyirmi yeddi, 62) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh3 QSC arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli 324265-1-37972/02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka 1690477,38 (bir milyon altı yüz doxsan min dörd yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 1210750,24 (bir yüz iyirmi min yeddi yüz əlli manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 1811227,62 (bir milyon səkkiz yüz on bir min iki yüz iyirmi yeddi manat altmış iki qəpik) manat məbləğində pulun, həmçinin, 1.696,56 (bir min altı yüz doxsan altı, 56) manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun və 408 (dörd yüz səkkiz) manat xidmət haqqının müştərək qaydada Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh1, Cavabdeh4 və Qanuni nümayəndə İddiaçı ASC-nin xeyrinə tutulması; cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş və - ipoteka predmetinin ilkin satış qiymətinin 88.000 (səksən səkkiz min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı evin 46 saylı mənzilinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 840.000 (səkkiz yüz qırx min) manat məbləğində müəyyən etməklə ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1.050,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına; ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi29 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi27 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi25 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi25 Aünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi23 B ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; - ipoteka predmetinin ilkin satış qiymətinin 58.500 (əlli səkkiz min beş yüz) manat məbləğində müəyyən etməklə ünvan 7ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, cavabdeh QSC məhkəməyə ərizə verib iclasın təxirə salınmasını xahiş etsə də, nümayəndənin gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmiş, digər cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 QSC-yə öhdəliklərin maliyyələşdirilməsi məqsədi üçün illik 12 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 QSC arasında bağlanmış “xx.xx.2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 28 fevral 2023-cü il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən Cavabdeh3 QSC-nin xx.xx.2023-cü il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.771.575,11 (bir milyon yeddi yüz yetmiş bir min beş yüz yetmiş beş, 11) manat məbləğində müəyyən edilmiş və cavabdeh illik 12 (on iki) faiz hesablanması şərti ilə 28 (iyirmi səkkiz) ay müddətinə kredit məbləğinin qaytarılması öhdəliyi götürmüşdür.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 QSC arasında bağlanmış “xx.xx.2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 06 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən, Cavabdeh3 QSC-nin xx.xx.2023-cü il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.691.377,38 (bir milyon altı yüz doxsan bir min üç yüz yetmiş yeddi, 38) manat məbləğində müəyyən edilmiş və cavabdeh illik 12 (on iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə kredit məbləğinin qaytarılması öhdəliyi götürmüş və cavabdehə 6 (altı) ay müddətinə güzəşt dövrü müəyyən edilmişdir.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 14 iyun 2022-ci il tarixli 324449-G_RAN-1822 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh3 QSC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında 14 iyun 2022-ci il tarixli 324256-7-1823 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh3 QSC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında 14 iyun 2022-ci il tarixli 324445-7-1824 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh3 QSC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324256-NEDVİJ-1015/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı evin 46 saylı mənzili ipoteka ilə yüklü edilmişdir.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324449-NEDVİJ-962/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1.050,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 iyun 2022-ci il tarixli 324449-NEDVİJ-963/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə Cavabdeh3 QSC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Astara şəhəri, Mirzə Rəhimov küçəsi 23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 9 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 10 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 11 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 12 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 7 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

18. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-022/2025 saylı rəyinə görə ünvan 12 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 107000 (bir yüz yeddi min) manat, likvid qiyməti 96000 (doxsan altı min) manat təşkil edir.

19. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-023/2025 saylı rəyinə görə ünvan 9 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 107000 (bir yüz yeddi min) manat, likvid qiyməti 96000 (doxsan altı min) manat təşkil edir.

20. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-019/2025 saylı rəyinə görə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti ******* (bir milyon dörd yüz yetmiş min) manat, likvid qiyməti ******* (bir milyon üç yüz iyirmi üç min) manat təşkil edir.

21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-023-1/2025 saylı rəyinə görə ünvan 8 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 107000 (bir yüz yeddi min) manat, likvid qiyməti 96000 (doxsan altı min) manat təşkil edir.

22. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-021/2025 saylı rəyinə görə ünvan 7 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 107000 (bir yüz yeddi min) manat, likvid qiyməti 96000 (doxsan altı min) manat təşkil edir.

23. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-022-2/2025 saylı rəyinə görə ünvan 10 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 107000 (bir yüz yeddi min) manat, likvid qiyməti 96000 (doxsan altı min) manat təşkil edir.

24. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-018/2025 saylı rəyinə görə ünvan 13 ünvanında yerləşən Cavabdeh4 məxsus 46 saylı mənzilin hazırki bazar qiyməti 193000 (bir yüz doxsan üç min) manat, likvid qiyməti 174000 (bir yüz yetmiş dörd min) manat təşkil edir.

25. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, LP-022-1/2025 saylı rəyinə görə ünvan 11 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus fərdi yaşayış evinin hazırki bazar qiyməti 107000 (bir yüz yeddi min) manat, likvid qiyməti 96000 (doxsan altı min) manat təşkil edir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1834 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 324265-1-37972 saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə olan əsas borc 1691377,78 manat, faiz borcu 137001,60 manat təşkil edir.

27. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına görə xx.xx.2023-cü il tarixli, 32465-1-37972/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan əsas borc 1690477,38 manat, faiz borcu 120750,24 manat, cəmi borc 1811227,62 manat təşkil edir.

28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

32. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

33. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

37. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

38. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

40. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

41. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

42. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

43. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti arasında 14 iyun 2022-ci il tarixli 324265-1-37972 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdehə illik 12 faiz hesablanması şərti ilə 36 ay müddətinə ******* manat məbləğində məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 28 fevral 2023-cü il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən Cavabdeh3 QSC-nin xx.xx.2023-cü il tarixə banka mövcud olan borcu kapitallaşdırılaraq 1771575,11 (bir milyon yeddi yüz yetmiş bir min beş yüz yetmiş beş manat on bir qəpik) manat məbləğində müəyyən edilmiş və cavabdeh illik 12 (on iki) faiz hesablanması şərti ilə 28 (iyirmi səkkiz) ay müddətinə kredit məbləğinin qaytarılması öhdəliyi götürmüş, bundan sonra isə tərəflər arasında bağlanmış 06 dekabr 2023-cü il tarixli 2 saylı Əlavə Razılaşmaya əsasən, Cavabdeh3 QSC-nin xx.xx.2023-cü il tarixə banka mövcud olan borcu kapitallaşdırılaraq 1691377,38 (bir milyon altı yüz doxsan bir min üç yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat məbləğində müəyyən edilmiş, cavabdeh illik 12 (on iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə kredit məbləğinin qaytarılması öhdəliyi götürmüş və cavabdehə 6 (altı) ay müddətinə güzəşt dövrü müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında 14 iyun 2022-ci il tarixli 324449-G_RAN-1822 saylı, Cavabdeh4 arasında 14 iyun 2022-ci il tarixli 324256-7-1823 saylı və Qanuni nümayəndə arasında 14 iyun 2022-ci il tarixli 324445-7-1824 saylı zaminlik müqavilələri bağlanmış və cavabehlər kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı evin 46 saylı mənzili, Cavabdeh1 MMC-yə məxsus ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1050,4 kv.m. ümumi sahəsi, Astara şəhəri, Mirzə Rəhimov küçəsi 23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 9 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 10 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 11 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 12 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi, ünvan 7 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152,9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh QSC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcunu tam şəkildə iddiaçıya ödəməmişdir.

44. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh QSC-dən və zaminlər olan digər cavabdehlərdən yaranmış kredit borcu məbləğləri birgə qaydada tutulmalı, cavabdehlərdən tutulacaq məbləğlər iddia tələbi həddində müəyyən edilməlidir.

45. Belə ki, xx.xx.2025-cİ il tarixli ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə borcu iddia tələbində göstərilən məbləğlərdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. Həmçinin iddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

47. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından Cavabdeh3 QSC-nin iddiaçıya 14 iyun 2022-ci il tarixli 324265-1-37972 saylı krеdit müqaviləsi üzrə 1690477,38 manat əsas borc, 120750,24 manat faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və qismən təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyanlara qaytarılmalıdır.

48. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəylərinə uyğun müəyyən edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 14 iyun 2022-ci il tarixli 324265-1-37972 saylı krеdit müqaviləsi üzrə birgə qaydada 1690477,38 manat əsas borc, 120750,24 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetləri olan: ilkin satış qiyməti 174000 (yüz yetmiş dörd min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1,6 saylı evin 46 saylı mənzilinə; ilkin satış qiyməti ******* (bir milyon üç yüz iyirmi üç min) manat məbləğində müəyyən etməklə ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1.050,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi 23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 9 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 10 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 11 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 12 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 7 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1696,56 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 135 manat rüsum və 408 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

52. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcnə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

53. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə, Cavabdeh3 QSC və Cavabdeh4 birgə (müştərək) qaydada 1690477,38 manat əsas borc, 120750,24 manat faiz borcu, 1696,56 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat dövlət rüsumu, 408 manat xidmət haqqı, ümumilikdə 1813467,18 (bir milyon səkkiz yüz on üç min dörd yüz altmış yeddi manat on səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmetləri olan: ilkin satış qiyməti 174000 (bir yüz yetmiş dörd min) manat məbləğində müəyyən etməklə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 6 saylı evin 46 saylı mənzilinə; ilkin satış qiyməti ******* (bir milyon üç yüz iyirmi üç min) manat məbləğində müəyyən etməklə ünvan 1 ünvanında 0,2178 ha torpaq sahəsi və üzərində yerləşən 1.050,4 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə Astara şəhəri, Mirzə Rəhimov küçəsi 23 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 8 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 9 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 10 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 11 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 12 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə; ilkin satış qiyməti 96000 (doxsan altı min) manat məbləğində müəyyən etməklə ünvan 7 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 152.9 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 1813467,18 (bir milyon səkkiz yüz on üç min dörd yüz altmış yeddi manat on səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 MMC, Qanuni nümayəndə, Cavabdeh3 QSC və Cavabdeh4 birgə (müştərək) qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar