Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-585/2020 28.01.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı X1 qarşı ağacların yerinin dəyişdirilməsi tələbinə dair iddiaərizəsini və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ciil tarixdə, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən Avtomobillərə Texniki Xidmət Məntəqəsinə İddiaçınə məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin giriş – çıxış qapısı qarşısında əkilmiş ağacların yerinin cavabdeh tərəfindən dəyişdirilməsi barədə qətnamə çıxarılmasını etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2 və 149.2.3-cü maddəsinə əsasən ərizədəişdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilmələdir. İddia ərizəsinin giriş hissəsində cavabdeh X2 (VÖEN:**********) göstərilsə də, onun poçt ünvanı qeyd olunmamış, həmçinin, nəticəvi hissədə ona qarşı heç bir tələb irəli sürülməmiş və tələb cavabdeh kimi Avtomobillərə Texniki Xidmət Məntəqəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Lakin qeyd olunan normanın tələbinə zidd olaraq nəticəvi hissədə Avtomobillərə Texniki Xidmət Məntəqəsinin hüquqi şəxs olaraq təşkilati-hüquqi formasını göstərən ad qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı” kiçik müəssisəsinin X1 qarşı ağacların yerinin dəyişdirilməsibarədəiddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-585/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-585/2020
28.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver