Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-585/2022 24.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X4 Fərzalı oglunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinin ləğv edilməsi, iddiaçıya məxsus “Shacman SX3251DR384 yük” markalı **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən yaranmış 16320.62 manat əsas borcun, 5338.66 manat mükafat borcunun, 125.69 manat gecikdirilmiş cərimə məbləğinin, cəmi 21784.97 manat lizinq borcu məbləğinin və ödənilmiş 305,46 manat dövlət rüsumunun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinin ləğv edilməsi, iddiaçıya məxsus “Shacman SX3251DR384 yük” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən yaranmış 16320.62 manat əsas borcun, 5338.66 manat mükafat borcunun, 125.69 manat gecikdirilmiş cərimə məbləğinin, cəmi 21784.97 manat lizinq borcu məbləğinin və ödənilmiş 305,46 manat dövlət rüsumunun, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1(bir) ədəd, 2011-ci il buraxlışı olan, Shacman SX3251DR384 yuk markalı, ban LZGCL2R47BX074508 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh1 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1, Cavabdeh2 və X5 arasında bağlanmış 21.06.2019-cu il tarixli 03/0062/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 20000 manat təşkil edir. Bu ümumi məbləğdən 7870 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh 22.07.2019-cu il tarixdən hər ay müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun hər ay 774,19 manat ödəniş etməlidir.Hazıradək cavabdeh 23.07.2019-cu il tarixdən 12.02.2020-ci il tarixədək cəmi 6769 manat ödəniş etmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi və İddiaçı MMC məxsus “Shacman SX3251DR384 yuk” minik markalı 20- AE-695 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdeh və onun zamininə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3 bəndinə əsasən Tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək Bu Müqavilənin 13.1 bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsınınaidiyyəti məhkəməsində həll оlunur. Borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan, baxılmasını və iddia tələblərinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh fərdi sahibkar Cavabdeh1 arasında baglanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsindən görünür ki, İddiaçı MMC təsviri bü müqavilədə göstərilən 1(bir) ədəd, 2011-ci il buraxlışı olan, Shacman SX3251DR384 yuk markalı, ban LZGCL2R47BX074508 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh1 sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilənin şərtinə uygun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı MMC ilə Cavabdeh1, Cavabdeh2 və X5 arasında bağlanmış 21.06.2019-cu il tarixli 03/0062/DLİZ nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və X1 müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 20000 (iyirmi min) manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə lizinq verən qarşısında cavabdehlik daşımagı öhdələrinə götürmüşlər. 21 iyun 2019-cu il tarixli təhvil təslim aktından görünür ki, “Shacman SX3251DR384 yuk” minik markalı 20- AE-695 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 təhvil verilmişdir. 09 dekabr 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 21.06.2019-cu il tarixli 03/0062/DLİZ nömrəli daxili Maliyyə lizinq müqaviləsinə əsasən həmin tarixə yaranmış 16320.62 manat əsas borc, 6850.58 manat mükafat borcu, 125.69 manat gecikdirilmiş cərimə məbləgi lizinq borcu mövcuddur. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 cəmi ödəniləcək mükafat borcu 7870 manat təşkil edir. Müqavilənin ləgv edilməsi haqqında təklifdən görünür ki, iddiaçı Cavabdeh1 ogluna lizinq müqaviləsi üzrə ödənişi etmədiyi üçün müqavilənin ləgv olunmasını bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən İddiaçı MMC 1(bir) ədəd, 2011-ci il buraxlışı olan, Shacman SX3251DR384 yuk markalı, ban LZGCL2R47BX074508 nəqliyyat vasitəsini fərdi sahibkar Cavabdeh1 istifadəsinə vermişdir. Həmçinin müqavilənin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1, Cavabdeh2 və X5 arasında 21.06.2019-cu il tarixli 03/0062/DLİZ nömrəli üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 9.4-cü bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 20000 manat, Bu ümumi məbləğdən 7870 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X6 müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə cavabdehin 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən yaranmış 16320.62 manat əsas, 5338.66 manat mükafat borcu, 125.69 manat gecikdirilmiş cərimə məbləği, cəmi 21784.97 manat məbləğində müəyyən olunur. Eyni zamanda İş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış “Zaminlik müqaviləsi” ilə cavabdehlər Cavabdeh2 və X2 Ramil Eyvaz oğlunun iddiaçı qarşısında onun öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 4.1.3-cu bəndinə əsasən cavabdeh ödənilməmiş məbləgin 0,3 %-i məbləğində cərimə faizi ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu 21784.97 manat məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onun qaytarılması üçün əsas yaranmışdır. Cavabdeh, 12.02.2020-ci il tarixindən sonra öhdəliyini yerinə yetirməmişdir və bu hal, lizinq verənin lizinq obyektini geri almaq, bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələblərinin qanuni əsasının (Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi) dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edir. Başqa sözlə, iddia tələbi X6 Müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş lizinq obyektinin iddiaçıya qaytarılması” hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 305,46 manat dövlət rüsumu və 203 manat mediator xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinin ləğv edilsin. İddiaçınə məxsus “Shacman SX3251DR384 yük” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq İddiaçınə qaytarılsın. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.06.2019-cu il tarixdə 03/0062/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən yaranmış 16320.62 manat əsas borc, 5338.66 manat mükafat borcu, 125.69 manat gecikdirilmiş cərimə məbləği, cəmi 21784.97 manat lizinq borcu məbləği və ödənilmiş 305,46 manat dövlət rüsumu, mediasiya sessiyasında iştirak edilməsinə görə ödənilmiş 203 manat mediator xərci Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçınə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-585/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-585/2022
24.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver