Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-586/2021 18.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 15000 manat əsas, 2247, 50 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2198,56 manat məbəğində faiz borcu, 1665 cərimə borcu, cəmi 21111,06 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 otaqlı 13 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13.10.2014-cü il tarixli 268/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 15000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 ilə 268/14/2 saylı zaminlik müqaviləsi və Cavabdeh1 ilə 13.10.2014-cü il tarixli 268/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 otaqlı 13 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada dövlət rüsumunun ödənilməsi haqqında məlumat alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 15000 manat əsas, 2247, 50 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasənAzərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2198, 56 manat məbəğində faiz (5%) borcu, 1665 cərimə borcu, cəmi 21111, 06 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkili Vəkil iddianı qəbul etməyərək, izahatında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığını, Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınan məlumata əsasən ipoteka predmetinin hazırki işə aidiyyəti olmayan 243/ZB nömrəli 21.07.2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə hal-hazıradək yüklü edildiyindən, bu iş üzrə olan 13.10.2014-cü il tarixli 268/14 nömrəli müqaviləsi üzrə imzalanmış 13.10.2014-cü il tarixli 268/14/1 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından və yüklü edilmədiyindən iddia tələbinin Cavabdeh1 münasibətdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 otaqlı 13 nömrəli mənzilə tutmanın yönəldilməsi və həmin evin açıq hərrac yolu ilə satılması hissəsində rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13.10.2014-cü il tarixli 268/14 saylı kredit müqaviləsindən görünür ki cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6 faiz ödənilmək şərtilə 15000 manat məbləğində kredit vəsaiti verilmişdir. 13.10.2014-cü il tarixli 268/14/2 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmışdır və müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilə üzrə zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.08.2021-ci il tarixli **********28 nömrəli məktubdan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 102 saylı evin 13 nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 17.08.2010-cu il tarixli müraciəti əsasında 243/ZB saylı 21.07.2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və hazırda yüklüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2, 467, 470.1 və 477.0.4-cü maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, Cavabdeh2 münasibətdə iddia qismən təmin edilməlidir. Belə ki əsas və faiz borcu habelə kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu hissəsində iddia tələbi tam təmin olunmalı, bununla yanaşı cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 153,94 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə, yəni sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 otaqlı 13 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi hissəsində iddia tələbi rədd edilməlidir, belə ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 102 saylı evin 13 nömrəli mənzil hazırki iş üzrə imzalanmış 13.10.2014-cü il tarixli 268/14 saylı kredit müqaviləsi üzrə deyil, digər 21.07.2010-cu il tarixli 243/ZB nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və hal-hazıradək yüklüdür. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə məhz 13.10.2014-cü il tarixli 268/14/1 saylı ipoteka müqaviləsi üzrə 13 nömrəli mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və yüklü edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh zamin Cavabdeh3 qarşı tələbi rədd edilməlidir, belə ki, kredit müqaviləsinin müddəti 13 oktyabr 2017-ci il tarixədək müəyyən edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə 30.11.2020-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürməsi müddətini ötürmüşdür. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh2 15000 manat əsas, 2247,50 manat faiz, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 2198,56 manat və 153,94 manat cərimə borcu, cəmi 19600 manat məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qarşı tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi və həmin evin açıq hərracda satılması, həmçinin Cavabdeh3 qarşı pul tələbi hissəsində iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 92,84%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 92,84%-i, yəni 27,85 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 15000 manat əsas, 2247,50 manat faiz, Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 2198,56 manat və 153,94 manat cərimə borcu, cəmi 19600 manat və dövlət rüsumu kimi ödənilmiş 27,85 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia Cavabdeh1 qarşı tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi və həmin evin açıq hərracda satılması, həmçinin Cavabdeh3 qarşı pul tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-586/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-586/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver