Məhkəmə qərarları › İş №e-2-2(113)-5871/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5871/2023

27.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5871/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələblərinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazlırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hom-Paş Prestij” MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokunda, 6- cı mərtəbəsində yerləşən, ümumi sahəsi 82,7 kv.m təşkil edən, 2 otaqlı, 13 saylı mənzilin "xxxx" MMC-yə təhvil verilməsi və həmin mənzil üzərində "xxxx" MMC-nin sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nin sədri Hikmət Yigitdöllə "xxxx" MMC-nin direktoru X3 arasında bağlanmış 31 iyul 2008-ci il tarixli 007№-li müqavilə əsasında Hom-Paş Prestij” MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 82,7 kv.m təşkil edən, 2 otaqlı, 13 saylı mənzil 2 il müddətinə payçıya (iddiaçıya) təhvil verilməlidir. Müqavilənin 3.1-ci bəndinin şərtlərinə əsasən payçı mənzilin hər kvadrat metri üçün 1200 (bir min iki yüz) manat olmaqla, ümumilikdə 99240 (doxsan doqquz min iki yüz qırx) manat pul vəsaitini tam olaraq Cavabdeh MTK-ya ödəmişdir və bu barədə iddiaçıya 31 iyul 2008-ci il tarixli “Maliyyə Arayışı” verilmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırılmışdır ki, bina iki il ərizində, yəni 2010-cu ilədək təhvil verilməli olsa da, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən sakinlərin istifadəsinə təxminən 2021-ci ildə verilmişdir. Dəfələrlə cavabdehə mənzilin təhvil verilməsi üçün müraciət olunsa da, müxtəlif bəhanələrlə mənzilin təhvil verilməsindən dolayısı ilə boyun qaçırılmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə yazılı qaydada ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.

IV. Məhkəmənin mövqeyi

6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;

7. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır.

8. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır.

V. Nəticə:

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “yaşayış sahəsinin təhvil verilməsi və s.” tələblərinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** saylı qəbzə əsasən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar