Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5874/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, icarə müqaviləsi, icarə haqqının ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 5862,24 manat ödənilməmiş icarə haqqı və 2500 manat cərimə borcu olmaqla, cəmi 8362,24 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 103,62 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2022-ci il tarixində icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə edilmiş əlavə № 1-ə əsasən ünvan 1 ünvanında 407 nömrəli (85 kv.m) qeyri-yaşayış sahəsi ofis üçün cavabdehə icarəyə verilmişdir. Aylıq icarə haqqı ƏDV daxil 1404,20 (bir min dörd yüz dörd manat iyrmi qəpik) manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Əlavə № 2 ilə Əlavə № 1-ə xitam verilərək, qeyd edilən ünvanda 605 nömrəli (135 kv.m) qeyri-yaşayış sahəsi ofis üçün cavabdehə icarəyə verilmişdir. Aylıq icarə haqqı ƏDV daxil 2070,90 (iki min yetmiş manat doxsan qəpik) manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Əlavə № 3 ilə Əlavə № 2-yə xitam verilərək, həmin ünvanda 605 AB (68 kv.m) qeyri-yaşayış sahəsi ofis üçün cavabdehə icarəyə verilmişdir. Aylıq icarə haqqı ƏDV daxil 1043,12 (bir min qırx üç manat on iki qəpik) manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Əlavə № 4 ilə Əlavə № 3-ə xitam verilərək, həmin ünvanda 501 A (23 m) nömrəli qeyri-yaşayış sahəsi ofis üçün cavabdehə icarəyə veilmişdir. Aylıq icarə haqqı ƏDV daxil 379,96 (üç yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat müəyyən edilmişdir. Cavabdeh aylıq icarə haqqını hesab faktura təqdim edildiyi tarixdən 10 iş günü ərzində (həmin ayın 15-nə qədər) ödəməyi öhdəsinə götürmüşdir. Bununla yanaşı, qaimə faktura və hesab faktura əsasında internet xidməti və avtomobil dayanacağı üçün 10 iş günü ərzində (həmin ayın 15-ə qədər) aylıq ödəniş etməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixinə olan üzləşmə aktından da göründüyü kimi, 06 mart 2023-cü il tarixindən 01 dekabr 2023-cü il tarixinədək cavabdehin iddiaçıya ödənilməmiş aylıq icarə haqqları, aylıq internet xidməti və avtomobil dayanacağı üçün 5862,24 manat (beş min səkkiz yüz altmış iki manat iyirmi dörd qəpik) borcu yaranmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. İcarə müqaviləsinin 5.2 (d) bəndinə əsasən icarə haqqı və digər ödənişlər gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,5%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə cərimə borcu 10419,93 (on min dörd yüz on doqquz manat doxsan üç qəpik) manat təşkil edir. Cavabdehə qarşı güzəşt olaraq hesablanmış cərimə məbləğinin yalnız 2500 (iki min beş yüz) manat hissəsini ödəməyi tələb edilir. Cavabdehə 13 may 2024-cü il tarixində pretenziya məktubu göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh bu günə kimi öhdəliyini icra etməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 700.1-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında 01 yanvar 2022-ci il tarixli, 73 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinə və müddəalarına uyğun olaraq icarəyə verən Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən və Sport Plaza kimi adlandırılan binada ofis sahəsini icarəçiyə icarəyə verir (Əlavə 1-də göstərilmişdir). Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən məbləğdə və formada aylıq icarə haqqını (bundan sonra “icarə haqqı” adlandırılacaq) icarəyə verənə ödəməyi öz öhdəsinə götürür.
6. Tərəflər arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli, 73 nömrəli icarə müqaviləsinə bağlanmış 1 nömrəli əlavədə qeyd edilmişdir ki, 1.1. Azəridmanservis-in 4-cü mərtəbəsində (bundan sonra “iş mərkəzi”) yerləşən mənzil 407,85 m2 sahəni (bundan sonra "sahə") İcarəçiyə icarəyə verir. 2.1. İcarəçi 1190 manat + 18 % ƏDV ilə olan aylıq icarə haqqını ("bundan sonra “icarə haqqı”) ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq, rüblük və ya illik olaraq hesab-faktura (invoice) təqdim olunan gündən 10 (on) iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarəyə verən tərəfindən hər ay üzrə xidmət tam göstərildikdən sonra elektron qaimə faktura, elektron vergi-hesab faktura təqdim ediləcəkdir. 2.2. İcarəçi icarə öhdəliyi yarandığı zaman icarə haqqının ilk birinci ayının və müqavilənin bağlandığı müddətin sonuncu ayının ödənişini (depozit şəklində) icarəyə verənə əvvəlcədən ödəyir. 2.3. İcarəçinin əvvəlcədən ödədiyi müqavilənin sonuncu ayının ödənişi cari ayın gecikdirilmiş icarə haqqının əvəzinə icarəyə verən tərəfindən xəbərdarlıq edildikdən sonra silinə bilər. 2.4. İcarə haqqına sahədən tam istifadə və maddə 7-də göstərilən texniki xidmət xərcləri, kommunal xidmətlər (telefon nömrələrinin alınması, aylıq abunə haqqının, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. 2.5. İcarəyə verən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son təqvim ili üçün illik hesabatına əsasən Azərbaycan Respublikasında inflyasiya səviyyəsini nəzərə alaraq, icarə haqqını tənzimləmək hüququna malikdir. 2.6. Azərbaycan Respublikasında kommunal xidmətlərin (işıq, su, qaz) haqqı hər hansı bir tərəfə dəyişdiyi təqdirdə, icarə haqqının ödənişi həmin tarixdən etibarən yenidən hesablanacaq.
7. Tərəflər arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli, 73 nömrəli icarə müqaviləsinə bağlanmış 2 nömrəli əlavədə qeyd edilmişdir ki, 1.1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 73 saylı icarə müqaviləsinin 1 saylı əlavəsinə xx.xx.2022-ci il tarixdən tərəflərin razılığı ilə xitam verilərək, aşağıdakı şərtlər çərçivəsində dəyişiklik edilmişdir. 1.2. İddiaçı MMC-nin 6-cı mərtəbəsində (bundan sonra “iş mərkəzi”) yerləşən mənzil 605, 135m2 sahəni (bundan sonra "sahə") xx.xx.2022ci il tarixindən icarəçiyə icarəyə verir. 2.1. İcarəçi 1755 manat + 18 % ƏDV ilə olan aylıq icarə haqqını (bundan sonra “İcarə Haqqı”) ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq, rüblük və ya illik olaraq hesab-faktura (invoice) təqdim olunan gündən 10 (on) iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarəyə verən tərəfindən hər ay üzrə xidmət tam göstərildikdən sonra elektron qaimə faktura, elektron vergi-hesab faktura təqdim ediləcəkdir. 2.2. İcarəçi icarə öhdəliyi yarandığı zaman icarə haqqının ilk birinci ayının və müqavilənin bağlandığı müddətin sonuncu ayının ödənişini (depozit şəklində) icarəyə verənə əvvəlcədən ödəyir. 2.3. İcarəçinin əvvəlcədən ödədiyi müqavilənin sonuncu ayının ödənişi cari ayın gecikdirilmiş icarə haqqının əvəzinə icarəyə verən tərəfindən xəbərdarlıq edildikdən sonra silinə bilər. 2.4. İcarə haqqına sahədən tam istifadə və maddə 7-də göstərilən texniki xidmət xərcləri, kommunal xidmətlər (telefon nömrələrinin alınması, ayhq abunə haqqının, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. 2.5. İcarəyə verən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son təqvim ili üçün illik hesabatına əsasən Azərbaycan Respublikasında inflyasiya səviyyəsini nəzərə alaraq icarə haqqını tənzimləmək hüququna malikdir. 2.6. Azərbaycan Respublikasında kommunal xidmətlərin (işıq, su, qaz) haqqı hər hansı bir tərəfə dəyişdiyi təqdirdə, icarə haqqının ödənişi həmin tarixdən etibarən yenidən hesablanacaq.
8. Tərəflər arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli, 73 nömrəli icarə müqaviləsinə bağlanmış 3 nömrəli əlavədə qeyd edilmişdir ki, 1.1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 73 saylı icarə müqaviləsinin 2 saylı əlavəsinə xx.xx.2022-ci il tarixdən tərəflərin razılığı ilə xitam verilərək, aşağıdakı şərtlər çərçivəsində dəyişiklik edilmişdir. 1.2. İddiaçı MMC-nin 6-cı mərtəbəsində (bundan sonra “İş Mərkəzi”) yerləşən mənzil 605AB - 68 m2 sahəni (bundan sonra "Sahə") xx.xx.2022-ci il tarixindən icarəçiyə icarəyə verir. 2.1. İcarəçi 884 manat + 18 % ƏDV ilə olan aylıq icarə haqqını (bundan sonra “icarə haqqı”) ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq, rüblük və ya illik olaraq hesab-faktura (invoice) təqdim olunan gündən 10 (on) iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarəyə verən tərəfindən hər ay üzrə xidmət tam göstərildikdən sonra elektron qaimə faktura, elektron vergi-hesab faktura təqdim ediləcəkdir. 2.2. İcarəçi icarə öhdəliyi yarandığı zaman icarə haqqının ilk birinci ayının və müqavilənin bağlandığı müddətin sonuncu ayının ödənişini (depozit şəklində) icarəyə verənə əvvəlcədən ödəyir. İcarəçi aylıq icarə haqqını ( "bundan sonra “İcarə Haqqı”) ödəməyi öncədən etmək istərsə, növbəti güzəşt cədvəli tətbiq olunacaq: yarımillik ödəniş olunarsa - ödəniləcək məbləğə 5% güzəşt tətbiq olunacaq; - illik ödəniş olunarsa - ödəniləcək məbləğə 10% güzəşt tətbiq olunacaq. 2.3. İcarəçinin əvvəlcədən ödədiyi müqavilənin sonuncu ayının ödənişi cari ayın gecikdirilmiş icarə haqqının əvəzinə icarəyə verən tərəfindən xəbərdarlıq edildikdən sonra silinə bilər. 2.4. İcarə haqqına sahədən tam istifadə və maddə 7-də göstərilən texniki xidmət xərcləri, kommunal xidmətlər (telefon nömrələrinin alınması, aylıq abunə haqqının, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. 2.5. İcarəyə verən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin son təqvim ili üçün illik hesabatına əsasən Azərbaycan Respublikasında inflyasiya səviyyəsini nəzərə alaraq icarə haqqını tənzimləmək hüququna malikdir. 2.6. Azərbaycan Respublikasında kommunal xidmətlərin (işıq, su, qaz) haqqı hər hansı bir tərəfə dəyişdiyi təqdirdə, icarə haqqının ödənişi həmin tarixdən etibarən yenidən hesablanacaq.
9. Tərəflər arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli, 73 nömrəli icarə müqaviləsinə bağlanmış 4 nömrəli əlavədə qeyd edilmişdir ki, 1.1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 73 saylı icarə müqaviləsinin 3 saylı əlavəsinə xx.xx.2023-ci il tarixdən tərəflərin razılığı ilə xitam verilərək, aşağıdakı şərtlər çərçivəsində dəyişiklik edilmişdir. 1.2. İddiaçı MMC-nin 5-ci mərtəbəsində (bundan sonra “iş mərkəzi”) yerləşən mənzil 501A - 23 m2 sahəni (bundan sonra "sahə") xx.xx.2023-cü il tarixindən icarəçiyə icarəyə verir. 2.1. İcarəçi 322 manat +18% ƏDV ilə olan aylıq icarə haqqını (bundan sonra “icarə haqqı”) ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq, yarım illik və ya illik olaraq hesab-faktura (invoice) təqdim olunan gündən 10 (on) iş günü ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Əks halda icarəyə verən güzəştsiz məbləğin fərqi üçün yeni hesab-faktura təqdim edəcək. İcarəyə verən tərəfindən hər ay üzrə xidmət tam göstərildikdən sonra elektron qaimə faktura, elektron vergi-hesab faktura təqdim ediləcəkdir. 2.2. Müqavilənin 5.2 (d) bəndinə dəyişilik edilir. İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 0,5 faizini ödəməlidir. 2.3. İcarəçi icarə öhdəliyi yarandığı zaman icarə haqqının ilk birinci ayının və müqavilənin bağlandığı müddətin sonuncu ayının ödənişini (depozit şəklində) icarəyə verənə əvvəlcədən ödəyir. İcarəçi aylıq icarə haqqını (bundan sonra “icarə haqqı”) ödəməyi öncədən etmək istərsə, növbəti güzəşt cədvəli tətbiq olunacaq: - yarımillik ödəniş olunarsa - ödəniləcək məbləğə 5% güzəşt tətbiq olunacaq; - illik ödəniş olunarsa ödəniləcək məbləğə 10% güzəşt tətbiq olunacaq. 2.4. İcarəçinin əvvəlcədən ödədiyi müqavilənin sonuncu ayının ödənişi cari ayın gecikdirilmiş icarə haqqının əvəzinə icarəyə verən tərəfindən xəbərdarlıq edildikdən sonra silinə bilər. 2.5. İcarə haqqına sahədən tam istifadə və maddə 7-də göstərilən texniki xidmət xərcləri, kommunal xidmətlər (telefon nömrələrinin alınması, aylıq abunə haqqının, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. 2.6. Tərəflər razılaşırlar ki, aşağıda göstərilən hallarda artan xərclərin məbləğinə mütənasib olaraq, icarəyə verən bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqı məbləğini birtərəfli qaydada (icarəçiyə sadə yazılı bildiriş təqdim etməklə) artırmaq hüququna malikdir: - Azərbaycan Respublikası Dövlət Statistika Kommitəsinin hesabatında göstərilən inflyasiya dətrəcəsinə müvafiq olaraq; - Səlahiyyətli dövlət orqanı tərəfindən Azərbaycan Respublikasında kommunal xidmətlərin (işıq, su, qaz) artırılması ilə bağlı qərar qəbul edildikdə; - Qanunvericiliklə nəzərdə tutulmuş vergilərin və digər icbari ödənişlərin artırılması ilə bağlı müvafiq normativ akta əsaslanaraq.
10. xx.xx.2024-cü il tarixli, 3-19-92/2-1-08/2024 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 5862,24 manat ödənilməmiş icarə haqqı borcu mövcuddur.
11. İddiaçı tərəfindən iş materiallarına cavabdehə ünavnlanan hesab-fakturalar əlavə edilmişdir.
12. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-xx.xx.2023-cü il tarixli üzləşmə aktından (xx.xx.2023-xx.xx.2023-cü il tarixi üzrə) görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 5862,24 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3- 19-92/2-07/2024 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 30 (otuz) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
16. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilə üzrə 5862,24 manat ödənilməmiş icarə haqqının tutulması təşkil edir.
17. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır.
18. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında 01 yanvar 2022-ci il tarixli, 73 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir.
19. Belə olan halda məhkəmə cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçının isə ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə tam təmin edilməli, Cavabdeh MMC-dən 5862,24 manat (beş min səkkiz yüz altmış iki manat iyirmi dörd qəpik) icarə haqqı borcu iddiaçının xeyrinə tutulmalıdır. Həmin borcun mövcudluğu üzləşmə aktı və digər sübutlarla öz təsdiqini tapır.
20. İddia tələbinin digər hissəsini cavabdеhdən 2500 manat cərimə borcunun tutulması təşkil edir.
21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, 290 (iki yüz doxsan) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Eləcə də, iddiaçı 103,62 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,20 manat (yetmiş altı manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5862,24 manat (beş min səkkiz yüz altmış iki manat iyirmi dörd qəpik) icarə haqqı borcu, 290 (iki yüz doxsan) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,20 manat (yetmiş altı manat iyirmi qəpik) olmaqla, cəmi 6228,44 manat (altı min iki yüz iyirmi səkkiz manat qırx dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova