Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5878/2022 25.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1995.02 manat əsas borcun, 10.01 manat faiz borcunun, 111.26 manat cərimənin və 60 manat mediasiya xərcinin müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Razılaşmaya əsasən Cavabdeh2 (VÖEN **********) bankdan dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 12 ay müddətinə, xx.xx.2022 ilədək qaytarmaq və illik 23 % ödəmək şərti ilə aldığı 5.000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022 il tarixə olan borcun məbləği, əsas borc üzrə 1995.02 AZN, faizlər üzrə 10.01 AZN, cərimə üzrə 111.26 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alan Cavabdeh2 və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh1 və Cavabdeh3 AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib, lakin cavabdehlər imtina etdiyi üçün mediator ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı mediasiya prosesi ilə bağlı 60 manat xərc çəkdiyi üçün hazırkı iddianın verilməsinə görə ödənilməli olan 41.17 manat dövlət rüsumunu ödəməkdən azaddır. 60 manat mediasiya xərci məhkəmə xərci kimi cavabdehlərdən tutulmalıdır. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehlərə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ASC “kreditverən”, Cavabdeh2 Rafiq oğlu “borcalan” olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli 1190***-*******01L nömrəli kredit müqaviləsinə əsasən “kreditverən” “borcalan”a 100.000 (bir yüz min) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2031 -ci il tarixinədək kredit limiti ayırır və kredit limiti (bundan sonra bu müqavilə) çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmam (bundan sonra razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “borcalan” ona kredit verilməsi barədə “kreditverən”ə müraciət etmək hüququna malikdir. İddiaçı ASC “kreditverən”, Cavabdeh2 Rafiq oğlu “borcalan” olmaqla imzalanmış xx.xx.2021 tarixli 1190***-*******01L saylı, xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Razılaşma № 1-ə əsasən tərəflər arasında bağlanmış 1190***- *******01L saylı, xx.xx.2021 il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 (bir yüz iyirmi) ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”-nın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. “Borcalan” və 1190***-*******01L saylı, xx.xx.2021 il tarixli kredit limiti müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə təminat müqavilələri bağlayan şəxslər qeyd edilən limit çərçivəsində xarici valyutada götürülmüş kreditlər üzrə manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü bilir və bu halda xarici valyutada götürülmüş kreditin məzənnəsinin dəyişməsi riskini öz üzərilərinə götürür və məsuliyyət daşıyırlar. 2-ci bəndə əsasən “Kreditverən” 1190***-*******01L saylı, xx.xx.2021 it tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə xx.xx.2022 il tarixinədək 0 (sıfır) ay güzəşt olmaqla 5000 (beş min ) AZN məbləğdə borc pul vəsaitini “boracalan”ın mülkiyyətinə verir. “Borcalan” isə 50 (əlli) AZN məbləğdə xidmət haqqı ödəyir. 3-cü bəndə əsasən bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə verilir. 4-cü bəndə əsasən xx.xx.2021 il tarixli 1190321-10S216201L saylı kredit limiti müqaviləsinə əsasən “borcalan”a verilən kreditin kredittəşmə mənbəyi bank vəsaitidir. İddiaçı ASC və Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1FİZAM108253802 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh2 Vaqif oğlu arasında bağlanmış xx.xx.2021ci il tarixli ******* -108216201L saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor borcluya 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğindək illik 30% (otuz) çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. İddiaçı ASC və Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 1FİZAM108253402 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslannı müəyyən edir. 1.2-ci bəndə əsasən icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh2 Vaqif oğlu arasında bağlanmış xx.xx.2021ci il tarixli ******* -108216201L saylı kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalar ilə müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor borcluya 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğindək illik 30% (otuz) çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. xx.xx.2019-cü il tarixli kassa məxaric orderinə əsasən 4900 manat Cavabdeh2 təhvil verilmişdir. Cavabdeh2 məxsus xx.xx.2021-xx.xx.2022 tarixlərini əhatə edən hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2022 tarixində sonuncu ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh2 1995,02 manat əsas borc, 10,01 manat faiz borcu, 111,26 manat cərimə məbləği qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsinə istinad edir. Cavabdehlər isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1995.02 manat əsas borcun, 10.01 manat faiz borcunun, 111,26 manat cərimənin olması öz təsdiqini tapır. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış krеdit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Məhkəmə borc alan Cavabdeh2 kredit xətti müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək, ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, kredit verən İddiaçı QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zamin Cavabdeh1 və Cavabdeh3 borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3 müştərək qaydada 1995.02 manat əsas borc, 10.01 manat faiz borcu, 111.26 manat cərimə və 60 manat mediasiya xərci İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5878/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5878/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver