Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5886/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh1 (bundan sonra - Borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair Razılaşma imzalanmışdır (bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə №4). Həmin müqavilənin əsasən iddiaçı (borc verən) borcalana bu müqavilə ilə nəzərdə tutuluş məbləğdən, müddətdən, illik faiz dərəcəsindən çox olmamaq şərtilə kredit limiti ayırır, borcalan isə müqavvilə və müqavilə çərçivəsində bağlanan və onun ayrılmaz tərkib hissəsi hesab edilən kredit, kredit xətti, overdraft, qarantiya və s. verilməsi ilə bağlı müqavilələrlə müəyyən edilən şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və kredit müqaviləsi üzrə borc öhdəliyini tam şəkildə icra etməyi öhdəsinə götürür. Həmin müqavilə əsasında iddiaçı ilə borc tərəfindən alan kredit limitinin məbləğinin 100000 manat, müddətinin 120 ay, aylıq faiz dərəcəsinin 2.50 %, kredit limiti üzrə gündəlik cərimə faiz dərəcəsinin 0.20 % olması müəyyən edilmişdir. Razılaşmanın 5-ci bəndinə görə Borcalan Razlaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətinin göstərilməsi üzrə standart şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razılaşdığını və Razlaşmanın imzalanması nəticəsində həmin Şərtlər Toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə mail edilməsinə etiraz etmədiyini bəyan etmişdir.
2. İddiaçı ilə borcalan arasında 2 kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23/1 saylı 1-ci kredit müqaviləsinə (Razılaşma) əsasən iddiaçı tərəfindən borcalana biznes məqsədilə 36 ay müddətinə aylıq 1,75%-lə 35000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 12-ci bəndinə əsasən bu müqavilə xx.xx.2023-cü il tarixli 23-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin 1 saylı Əlavəsi ilə kreditin aylıq ödənişi 866,53 manat müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçı ilə borcalan arasında xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624- 23/2 saylı 2-ci kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən borcalana biznes məqsədilə 36 ay müddətinə aylıq 1,75%-lə 12000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən bu müqavilə xx.xx.2023-cü il tarixli 23-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair müqavilənin əsasında rəsmiləşdirilmişdir və həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Kredit müqaviləsinin 1 saylı Əlavəsi ilə kreditin aylıq ödənişi 950,63 manat müəyyən edilmişdir.
4. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arsında xx.xx.2023-cü il tarixli, Z/10693/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin, xx.xx.2023-cü il tarixli 23-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.2 və 1.3-cü bəndinə görə Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Yelo Bank ASC tərəfindən ayınldığı vəsaitdir. Bu Müqavilənin 1.1-ci yarımbəndində nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23 Kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan Kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində Borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14758,89 manat əsas borc, 1471,48 manat faiz borcu, 96,02 manat cərimə olmaqla, cəmi 16326,39 manat borcunun və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7079,56 manat əsas borc, 445,89 manat faiz borcu, 32,9 manat cərimə olmaqla, cəmi 7558,35 manat məbləğində borcun və 161,65 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xüyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən borcalanla 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh2la zaminlik müqavilələri bağlanmışdır. Borcalan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 21% olmaqla, 36 ay müddətinə 23000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən borcala iddiaçıdan illik 21%-lə 36 ay müddətinə 12000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliklərini icra etməkdən boyun qaçırır. xx.xx.2025ci ilədək borcalanın banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14758,89 manat əsas, 1471,48 manat faiz borcu və 384,06 manat cərimə olmaqla, cəmi 16614,43 manat borcu vardır. Borcalanın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 384,06 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 96,02 manat məbləğində tələb olunur. xx.xx.2025-ci ilədək borcalanın banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7079,56 manat əsas, 445,89 manat faiz, 65,79 manat cərimə borcu olmaqla, cəmi 7591,24 manat borcu vardır. Borcalanın banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 65,79 manat təşkil etməsinə baxmayaraq, onun 50 %-i miqdarında olmaqla, yəni 32,9 manat tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehlərin iddiaya qarşı etirazları məhkəməyə təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçının nümayənəsi ərizə ilə məhkəməyə müraciət eədərk onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmşdir.
9. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
28. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borcalanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borcalanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23 saylı kredit limitinin ayrılmasına dair Razılaşma və həmin Razılaşma çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 23-MCR-1- 624-23/1 saylı və xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23/2 saylı kreditin verilməsi barədə müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borcalana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 35000 manat və 12000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borcalan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
30. 16.04.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, borcalanın xx.xx.2023cü il tarixli, 23-MCR-1-624-23/1 nömrəli kredit müqaviləsi üzrə 14758,89 manat əsas, 1471,48 manat faiz borcu, xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23/2 nömrəli kredit müqaviləsi üzrə 7079,56 manat əsas, 445,89,89 manat faiz borcu vardır. İddiaçı tərəfindən verilmiş sonuncu hesabdan çıxarışdan isə müəyyən edilir ki, sözü gedən kredit müqavilələri üzrə borcalan tərəfindən 2650 manat olmaqla sonuncu ödəniş xx.xx.2025-ci il taixdə edilmişdir.
31. Məhkəmə qeyd edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borcalan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
32. Tələbin hər iki müqavilə üzrə dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borcalanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
33. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
34. Həmçinin, iş materiallarından görünür ki, borcalanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında Z/10693/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzrinə götürmüşdür.
35. Məhkəmə zaminin xx.xx.2023-cü il tarixli, 23-MCR-1-624-23 saylı kredit müqaviləsi üzrə borcalanın bütün öhdəliklərinə zamin olduğunu və həmin öhdəliklərə görə borcalanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borcalan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
36. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14758,89 manat əsas, 1471,48 manat faiz və 96,02 manat cərimə borcu olmaqla, cəmi 16326,39 (on altı min üç yüz iyirmi altı manat otuz doqquz qəpik) manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7079,56 manat əsas, 445,89 manat faiz və 32,9 manat cərimə borcu olmaqla, ümumilikdə 7558,35 (yeddi min beş yüz əlli səkkiz manat otuz beş qəpik) manat məbləğində borc və ödənilmiş 161,65 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı