Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5890/2025 20.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xx.xx.2024-cü il tarixdən ödədiyi icarə haqlarına görə 4515 (dörd min beş yüz on beş) manat məbləğində, eləcə də əldən çıxmış faydaya görə 5000 manat məbləğində, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3795/2025 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəf xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə istinad edərək, qeyd edilmiş müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasını xahiş edir. Digər işdə isə, hazırkı iş üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixli icarə müqavilənin etibarsızlığını tələb edir. Məhkəmə hesab edir ki, qeyd edilmiş işlər üzrə mübahisənin daha tez həll edilməsi məqsədi ilə işlər birlikdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsaəsn əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, hazırki iş, yəni İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı qarşı rəyin, hesabatın və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş isə daha əvvəl tarixdə icraata qəbul edilmiş, hətta Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında olan e-2-2(113)-3795/2025 saylı və hazırkı e-2-2(113)-5890/2025 saylı işdə eyni tərəflərin iştirak etdiyini və eyni müqavilədən irəli gələn mübahisə olmasını nəzərə alaraq, işin daha tez yekunlaşması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlər bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-5890/2025 saylı iş, iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı qarşı rəyin, hesabatın və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-3795/2025 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X1 verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5890/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5890/2025
20.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver