Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5893/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əqdin qismən etibarsız hesab edilməsi“ tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış 27 sentyabr 2022-ci il tarixli, 020CRLN1600056-25 nömrəli və 28 sentyabr 2022ci il tarixli, 020CRLN1600056-27 nömrəli kredit müqavilələrinin qismən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-5456/2023 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslanıdırılmışdır ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh2 ASC-yə qarşı xx.xx.2022-ci il tarixli 020CRLN16000056-25 və xx.xx.2022-ci il tarixli 020CRLN16000056-27 nömrəli kredit müqavilələrinin qismən etibarsız hesab edilməsi tələbi mövcuddur. Cavabdeh2 ASC-nin iddiası üzrə Bakı Kommersiya Məhkəməsində e-2- 2(113)-5456/2023 saylı işə baxılmaqdadır. Qeyd edilən iş üzrə tələb yuxarıda göstərilən müqavilələrdən yaranan borcun ödənilməsi ilə bağlıdır və İddiaçı həmin müqavilələrin təminatı olaraq xx.xx.2019-cu il tarixli, 002REAL19000010 nömrəli ipoteka müqaviləsi əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 267 nömrəli mənzili ipotekaya qoymuşdur. Beləliklə aydın olur ki, hazırkı iş üzrə Cavabdeh2 ASC-yə qarşı olan iddia ərizəsi əsasında baxılan iş üzrə tələbin hüquqi əsasını da eyni kredit müqavilələri təşkil edir və hazırkı iş üzrə iddiaçının tələbi də Cavabdeh2 ASC-nin onun da daxil olduğu bir neçə cavabdehə qarşı eyni kredit müqavilələri üzrə yaranan borcunun ödənilməsindən ibarətdir. Yuxarıdakı işlər bir-biri ilə əlaqəlidir və işlərin bir icraatda birləşdirilməsi prosessual qənaət və işin tam, hərtərəfli və obyektiv araşdırılması prisniplərinə tam uyğundur. Cavabdeh2 ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-5456/2023 saylı iş və hazırkı e-2-2(113)- 5893/2023 saylı iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əqdin qismən etibarsız hesab edilməsi” tələbinə dair iş (İş № e-2-2(113)-5893/2023) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və digərlərinə qarşı “borcun tutulması və s.” tələbinə dair işlə (İş № e-2-2(113)-5456/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əqdin qismən etibarsız hesab edilməsi“ tələbinə dair iş (İş № e-2-2(113)-5893/2023) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və digərlərinə qarşı “borcun tutulması və s.” tələbinə dair işlə (İş № e-2-2(113)-5456/2023) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5893/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5893/2023
05.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver