Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5897/2023 04.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, Ərizəçi İddiaçı maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maraqlı şəxs ilə ərizəçi arasında Bakı şəhəri 8 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01439 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxsə qarşı maraqlı şəxs ilə ərizəçi arasında Bakı şəhəri 8 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01439 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsi: 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, hazırki tələb mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi olmaqla xüsusi icraat qaydasında ərizə ilə verilməli olduğu halda, İddiaçı tərəfindən kiçik iddia icraatı qaydasında məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, xüsusi iddia icraatı qaydasında yenidən verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maraqlı şəxs ilə ərizəçi arasında Bakı şəhəri 8 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01439 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5897/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5897/2023
04.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver