Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5914/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (borc verən) ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış 28 iyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin aparılması məqsədilə 5000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmalı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə görə kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissəhissə verilir. Kreditin ilk dəfə verilən məbləği 5000 manatdan çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. 2.3-cü bəndinə əsasən kreditə görə illik 23% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 24% təşkil edir. 2.7-ci bəndinə görə borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (kreditin ödəniş cədvəlinə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qat həcmində, yəni (46%) faiz, borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. 2.13-cü bəndinə görə borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır: 2.13.1. Hesablanmış cərimələr (dəbbə), xərclər silinir; 2.13.2 Hesablanmış faizlər silinir; 2.13.3. Əsas məbləğ silinir. 2.14.1-ci bəndinə əsasən borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: 2.14.2. Müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1%-i (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq); 2.14.3. Kreditin ödəniş cədvəlindən qabaqcadan artıq ödənilmiş əsas məbləğ – mütənasib olaraq növbəti ay (aylar) üzrə borc alanı əsas məbləğin ödənişindən azad edir. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın ödhəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 6.2-ci bəndinə görə borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. 6.4-cü bəndinə əsasən təminat qoyulmuş əmlak aşağdakılardan ibarətdir: 2 və 3-Cavabdeh1 və Cavabdeh2 zaminliyi. Kredit müqaviləsi hər iki tərəfin eyni zamanda zaminlərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 28 iyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsinin ödəniş qrafikinə əsasən Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 5000 manat, faizin məbləği 1285,20 manat, cəmi ödəniləcək məbləğ 6285,20 manat məbləğində müəyyən edilmişdir. Ödəniş qrafiki bank və borc alan tərəfindən imzalanmış bankın möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 və Cavabdeh2 (zaminlər) arasında 28 iyul 2022-ci il tarixli, RB/BM-00380 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1-ci bəndinə əsasən bu müqavilənin predmeti xx.xx.2023 tarixli, RB/BM-00380 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borc alan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Rabitəbank ASC tərəfindən ayrılan vəsaitdir. 2.1-ci bəndinə əsasən bu Müqavilə İlə aşağıdakı öhdəliklər təmin edilir: 2.1.1. 5000 manat təşkil edən kredit məbləği; 2.1.2. 24 (iyirmi dprd) ay təşkil edən kreditin qaytarılma müddəti; 2.1.3. Kredit üzrə illik 23 (iyirmi üç) faizlə hesablanacaq məbləğ; 2.1.4. Kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 1 (bir) faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə dəbbə kimi hesablanacaq məbləğ. 2.1.5-ci bəndinə əsasən müqavilənin 2.1.2-ci bəndində qeyd olunmuş müddət bitdikdə kredit borcu ödənilmədikdə, 2.1.4-cü bənddə qeyd olunan dəbbə pulunun hesablanması dayandırılır və kreditin ödənilməyən əsas məbləği üçün Müqavilənin 2.1.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində borc tam ödənilən günədək cərimə faizi hesablanır. 6.8-ci bəndinə əsasən bu Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin, habelə kreditora dəymiş zərər tam icra olunduğu vaxta kimi qüvvədədir. Müqavilələr kreditorun və borc alanın imzası və möhürü, zaminlərin isə imzası ilə təsdiq edilmişdir.
4. Kreditin tarixinə əsasən Cavabdeh3 tərəfindən müqavilə üzrə ödəniləcək əsas məbləğ 3786,14 manat, faizin məbləği 477,34 manat, 124,31 manat dəbbə pulu, cəmi ödəniləcək məbləğ 4387,79 manat təşkil edir.
5. 27.06.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022- ci il tarixli TZM2722008/2 nömrəli razılaşma üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borc 3786,14 manat, faiz borcu 291 manat, cərimə borcu 26,30 manat olmaqla cəmi borcu 4103,44 manat təşkil edir
6. 02.08.2024—cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq xx.xx.2024xü il tarixə yaranmış vəmi 410,44 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Yadigar qızından, Cavabdeh2 və Cavabdeh3 28 İyul 2023-cü il tarixli, RB/BM- 00380 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3786,14 manat, faiz borcuna görə 291 manat, dəbbə borcuna görə 26,3 manat olmaqla, cəmi 4103,44 manat məbləğində pulun və 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 İyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsinə əsasən illik 23 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 28 İyul 2023-cü il tarixdə İddiaçıASC-nin Biznes Mərkəzi filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 Yadigar qızı, Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 28 İyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 28 İyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 28 İyul2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dan gec olmayaraq hər ay 261,87 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3 28 İyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3786,14 manat, faiz borcuna görə 291 manat, dəbbə borcuna görə 26,3 manat, borcun cəmiməbləği 4103,44 manat təşkil edir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
15. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
16.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 28 iyul 2023-cü il tarixli, RB/BM-00380 kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 5000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 18.Belə olan halda məhkəmə Cavabdeh3 28 iyul 2023-cü il tarixli, RB/BM-00380 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Cavabdeh3 28 iyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsi üzrə 3786,14 manat məbləğində əsas və xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmış 291 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. 19.Kredit müqaviləsi üzrə əsas borcu ödəniş cədvəlinə uyğun qaytarmadığına görə Cavabdeh3 hesablanmış 26,30 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. 20.Məhkəmə hesab edir ki, Cavabdeh3 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. 21.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 iyul 2023-cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsi üzrə 26,30 manat məbləğində dəbbə pulu Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
22. Bununla yanaşı iş materiallarından həmçinin görünür ki, Cavabdeh3 28 iyul 2023cü il tarixli, RB/BM-00380 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bank ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 28 iyul 2022-ci il tarixli, RB/BM-00380 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 28 iyul 2023cü il tarixli, RB/BM-00380 kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşlar.
23. Belə olan halda məhkəmə 28 iyul 2022-ci il tarixli, RB/BM-00380 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, Cavabdeh3 isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə əsas, faiz borcu və dəbbə pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. 24.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 62 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 25.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 61,03 manat təşkil edir. 26.Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 61,03 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 27.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Yadigar qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada krеdit müqaviləsi üzrə 3786,14 manat məbləğində əsas borc, 291 manat məbləğində faiz borcu, 26,3 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4103,44 manat məbləğində pul vəsaiti və 61 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva