Məhkəmə qərarları › İş №e-2-2(113)-5928/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5928/2022

23.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5928/2022 23.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul iddia tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı icra sənədi üzrə Cavabdeh yerinə ödənilmiş 602.000 (altı yüz iki min) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-377/13 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Firmasına, "xxxx" MMC-yə, X4, X3, X8, X1, X5, Abdıyeva (Qasımova) Asiman İlham qızına və Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh "xxxx" Firmasından "xxxx" ASC-nin xeyrinə xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsinə əsasən cəmi 1.036.854 ABŞ dolları, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 191.227,22 manat tutulması, tutmanın "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinə, X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı evə, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 19-da yerləşən 19 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunmuş vəsaitin hesabına kredit borclarının ödənilməsi, artıq qalan məbləğin ipoteka qoyanlara qaytarılması, torpaq sahəsinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması, A.İ.Qasımovaya və Cavabdeh məxsus yaşayış sahələrinin satıldıqdan sonra onların məcburi qaydada çıxarılmaqla yaşayış sahələrinin boşaldılması, tutmanın Bədəlovlara məxsus Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilən kassasiya şikayəti təmin edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin olunmaqla – xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsinin xx.xx.2012-ci il tarixli təminatlı kredit müqaviləsinə keçirilməsinin nəzərə alınmaqla həmin müqavilə üzrə Cavabdeh əsas borca görə 667.952,01 manat, dəbbə puluna görə 7.000 manat "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-ə məxsus Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinə və Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində istifadədə olan 0,09912 ha torpaq sahəsində yerləşən, 19 saylı, 1 mərtəbəli binada yerləşən 7 otaqlı, 19 saylı mənzilə yönəldilməsi, "xxxx" MMC-ə məxsus Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin ilkin satış qiymətinin 2.080.000 manat məbləğində, Cavabdeh məxsus 7 otaqlı, 19 saylı mənzilin ilkin satış qiyməti 448.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, artıq qalan vəsaitin ipoteka qoyan cavabdehlərə qaytarılması, həmin ipoteka predmetləri satıldıqdan sonra 1 ay müddətində boşaldılması, Cavabdeh mənzili tərk etmədiyi təqdirdə məcburi qaydada çıxarılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-3815/2017 saylı Qərarı ilə "xxxx" Firması və ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi ƏSF-nun kassasiya şikayətləri təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisə üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra tələbkar "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu ilə ipoteka qoyan "xxxx" MMC arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 1.2-ci bəndinə əsasən, ipoteka qoyan ("xxxx" MMC) ona məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin 0.03 ha hissəsini borclu Cavabdeh borcu əvəzində tələbkarın mülkiyyətinə verməyi, tələbkar isə həmin mülkiyyətinə verilmiş torpaq sahəsinin əvəzinə borclu Cavabdeh BakıApellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə ləğv prosesində olan "xxxx" ASC-ə olan qalıq 602.000 manat məbləğində borcunu silməyi öhdəsinə götürür. Tələbkar "xxxx" MMC tərəfindən təqdim olunmuş əmlakı icra sənədi üzrə borc əvəzinə qəbul edir, habelə icra sənədi üzrə borcu silir və borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi istiqamətində müvafiq tədbirlər görür. Barışıq sazişinin 2.2.2-ci bəndinə əsasən, bu barışıq sazişi imzalandıqdan sonra digər ipoteka predmeti olan X9 məxsus Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 19 nömrəli mənzilin ipotekadan azad edilməsi və ipoteka predmeti ilə bağlı bütün məhdudiyyətlərin götürülməsi ilə bağlı tədbirlərin görülməsini öz öhdəsinə götürür. Barışıq sazişinin şərtlərinə uyğun olaraq "xxxx" MMC borclu X6 "xxxx" ASC-yə olan qalıq 602.000 manat məbləğində borcunun əvəzinə öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsini tələbkarın mülkiyətinə vermişdir. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış “torpaq sahəsinin bölgü sxemi”nə əsasən, qeyd olunan torpaq sahəsinin 300.0 kv.m hissəsi tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tələbkara təhvil verilmiş və ipoteka qoyan ("xxxx" MMC) həmin torpaq sahəsi üzrə DƏDRX-dən yeni çıxarış almışdır. ƏMDK yanında DƏDRX tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış sənədinə əsaəsən, "xxxx" MMC-nin mülkiyyətində olan 0.1753 ha torpaq sahəsi (xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli köhnə çıxarışa əsasən) 300.0 kv.m azaldılaraq 0.1453 ha həcmində qeydə alınmışdır. İşin hallarından da göründüyü kimi, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsi və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan "xxxx" MMC borclu Cavabdeh tələbkar "xxxx" ASC-nin ləğvedicisi ƏSF qarşısında olan 602.000 manat məbləğində borc öhdəliyinin müqabilində özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsini tələbkarın mülkiyyətinə vermiş, lakin borclu Cavabdeh iddiaçıya (hazırki iş üzrə) olan borcunu bu günə kimi ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2022 tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 592 manat dövlət rüsumu ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin olunmuş, xx.xx.2011-ci il tarixli qarantiya müqaviləsinin xx.xx.2012-ci il tarixli təminatlı kredit müqaviləsinə keçirilməsinin nəzərə alınmaqla, həmin müqavilə üzrə Cavabdeh əsas borca görə 667.952,01 manat, dəbbə puluna görə 7.000 manat və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-yə məxsus Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinə və Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində istifadədə olan 0,09912 ha torpaq sahəsində yerləşən, 19 nömrəli, 1 mərtəbəli binada 136,6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 saylı mənzilə yönəldilməsi, "xxxx" MMC-yə məxsus Bakı şəhəri,, Nizami rayonu H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsinin ilkin satış qiymətinin 2.080.000 manat, Cavabdeh məxsus Bakı şəhəri Səbail rayonu, X11 küçəsində istifadədə olan 0.09912 ha torpaq sahəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136,6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət olan 7 otaqlı 19 nömrəli mənzilin ilkin satış qiyməti 448.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, artıq qalan vəsaitin ipoteka qoyan cavabdehlərə qaytarılması, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 0,1753 ha torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətində boşaldılması, Cavabdeh məxsus Bakı şəhəri Səbail rayonu, X11 küçəsində istifadədə olan 0.09912 ha torpaq sahəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136,6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət olan 7 otaqlı 19 nömrəli mənzil satıldıqdan sonra Cavabdeh 1 ay ərzində həmin əmlakı tərk etmədiyi halda məcburi qaydada çıxarılması, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-3815/2017 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən "xxxx" firmasının direktoru və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamə 14 iyun 2017-ci il tarixində qanuni qüvvəyə mindikdən sonra 10 avqust 2017-ci il tarixində icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon icra şöbəsinə göndərilmişdir. ƏMDK yanında DƏDRX-in xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 5 saylı sahədə yerləşən 0.1453 ha. torpaq sahəsi "xxxx" MMC-yə məxsusdur. ƏMDK yanında DƏDRX-in xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, 0.1753 ha. torpaq sahəsi "xxxx" MMC-yə məxsusdur. ƏMDK yanında DƏDRX-in xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, 7 saylı sahədə yerləşən 0.03 ha. torpaq sahəsi ləğv prosesində olan "xxxx" ASC- yə məxsusdur. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu və "xxxx" MMC arasında imzalanmış 18 yanvar 2021 tarixli barışıq sazişinin 1.2-ci bəndinə əsasən, ipoteka qoyan ona məxsus ("xxxx" MMC) Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin 0.03 ha hissəsini borclu Cavabdeh borcu əvəzində tələbkarın mülkiyyətinə verməyi, tələbkar isə həmin mülkiyyətinə verilmiş torpaq sahəsinin əvəzinə borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə olan qalıq 602.000 manat məbləğində borcunu silməyi öhdəsinə götürür. 2.2.1-ci bəndə əsasən tələbkar "xxxx" MMC tərəfindən təqdim olunmuş, bu sazişin 2.1.1-ci bəndində göstərilmiş əmlakı icra sənədi üzrə borc əvəzinə qəbul edir, habelə icra sənədi üzrə borcu silir və borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi istiqamətində müvafiq tədbirlər görür. Barışıq sazişinin 2.2.2-ci bəndinə əsasən, barışıq sazişi imzalandıqdan sonra digər ipoteka predmeti olan X9 məxsus Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 19 nömrəli mənzilin ipotekadan azad edilməsi və ipoteka predmeti ilə bağlı bütün məhdudiyyətlərin götürülməsi ilə bağlı bütün tədbirlərin görülməsini LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu öz öhdəsinə götürür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-439/2022 nömrəli xx.xx.2022 tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tərəfər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev tərəfindən verilmiş təqdimat təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılı -431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. -431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Firmasına, "xxxx" MMC-yə, X4, X3, X8, X1, X5, Abdıyeva (Qasımova) Asiman İlham qızına və Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, daha sonra LPO "xxxx" ASC-nin ləğvedicisi ƏSF və "xxxx" MMC arasında barışıq sazişi imzalanmış, "xxxx" MMC ona məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin 0.03 ha hissəsini borclu Cavabdeh borcu əvəzində tələbkarın mülkiyyətinə verməyi, tələbkar isə həmin mülkiyyətinə verilmiş torpaq sahəsinin əvəzinə borclu Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə ləğv prosesində olan "xxxx" ASC-ə olan qalıq 602.000 manat məbləğində borcunu silməyi öhdəsinə götürmüşdür. Qeyd olunan barışı sazişi məhkəmə qərardadı ilə təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-937/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, LPO "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yararlanan şəxs olmuş, bunun əsasında 25 yanvar 2011-ci il tarixli qarantiya müqaviləsinin xx.xx.2012-ci il tarixli təminatlı kredit müqaviləsinə keçirilməsi nəzərə alınmaqla, həmin müqavilə üzrə yaranmış borcun Cavabdeh tutulması təsdiqlənmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış barışıq sazişi ilə hazırki iş üzrə iddiaçı "xxxx" MMC Cavabdeh bank qaşırısında olan öhdəliyini özünün əmlakı ilə onun əvəzinə icra etmişdir. Belə olan halda isə iddiaçının icra etdiyi öhdəliyinin əvəzini tələb etmək hüququ yaranmışdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş, 592 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı icra sənədi üzrə Cavabdeh yerinə ödənilmiş 602.000 (altı yüz iki min) pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 592 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar