Məhkəmə qərarları › İş №e-2-2(113)-596/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-596/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-596/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxx” Firmasına qarşı icarə haqqının və istifadə olunmuş kommunal xərclərin ödənilməsi tələbinə dair işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh Firması”-ndan icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Ümumi müddəalar 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə uyğun həll edirlər. 1.2 Tərəflər bəyan edirlər ki, barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 1.3. Tərəflər bəyan edirlər ki, cavabdeh “Cavabdeh Firması”nın icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq İddiaçınə borcu: məhkəmədə iddia qaldırılan vaxta 12 710.89 (on iki min yeddi yüz on manat səksən doqquz qəpik) manat, eləcə də vəkilə (nümayəndəyə) və dövlət rüsumu üçün çəkilmiş xərclərin dəyəri 330 manat (cəmi - 13040,89 manat) təşkil etmişdir. Bu Saziş imzalandığı anadək “Cavabdeh Firması” tərəfindən ödənilmiş 2330.00 manat çıxılmaqla, hazırda qalıq borc məbləği 10710.89 manat təşkil edir və həmin məbləğin bu Sazişdə şərtləşdiriİmiş qaydada və müddətdə ödənilməsinə razılaşırlar.

2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri 2.1. İddiaçı öhdəlikləri, hüquq və vəzifələri: 2.1.1. İddiaçı öz öhdəsinə götürür ki, “Cavabdeh Firması”-nın - icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat, eləcə də vəkilə (nümayəndəyə) çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) borcun olmasını qəbul etdiyi və borc məbləğinin bir hissəsini Bu saziş bağlananadək, qalan 10710.89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) məbləği bu Sazişdə razılaşdırılmış şərtlər və qaydalarla ödəməyi öhdəsinə götürməsi müqabilində, hazırki iş üzrə cavabdehə qarşı iddia tələbindən imtina edir. 2.1.2. İddiaçı hüququ vardır ki, hazırki Sazişin şərtlərinə uyğun olaraq, “Cavabdeh Firması”-nın Müəssisəyə bu Sazişin imzalanması amma qalan 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat borc məbləğinin hər ayın 10-dək 1000 manat olmaqla ödənilməsini tələb etsin. Ümumilikdə hazırki Sazişin imzalandığı andan xx xxx 2021-ci il tarixədək cəmi 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat ödəniləcəyi müqabilində, “Cavabdeh Firması”-na qarşı hazırki mübahisə ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.2. “Cavabdeh Firması”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh Firması” hazırki iş üzrə iddia qaldırılan vaxta 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) manat borcunun olduğunu qəbul edir və həmin məbləğin 2330 manat hissəsini bu Sazişin imzalanması anında, qalan hissəsini isə, hər ay 1000 manat, sonuncu ayda 710,89 manat olmaqla Sazişin imzalanmasından sonrakı hər ayın 10-dan gec olmayaraq - ümumilikdə hazırki Sazişin imzalandığı andan xx xxx 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. 2.2.2. “Cavabdeh Firması” öhdəsinə götürür ki, bu Sazişin tam və bütünlükdə icrası ilə bağlı tərəflərin hərəkətlərinə maneə ola biləcək hər hansı hərəkətlərə yol verməyəcəkdir.

3. Digər şərtlər 3.1 Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.

4. Sazişin müddəti 4.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.

5. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 5.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra vərəqəsinin verilməsi və icra icraatının başlanması üçün əsasdır. 5.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “Cavabdeh Firması”, bir nüsxəsi İddiaçındə saxlanılır, digər-nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Tərəflər ayrı-ayrılıqda ərizə ilə müraciət edərək bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi ayrı-ayrılıqda bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ASC-nin cavabdeh “xxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh Firması”-ndan icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin:

1. Ümumi müddəalar 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə bu Sazişin şərtlərinə uyğun həll edirlər. 1.2 Tərəflər bəyan edirlər ki, barışıq Sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 1.3. Tərəflər bəyan edirlər ki, cavabdeh “Cavabdeh Firması”nın icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq İddiaçınə borcu: məhkəmədə iddia qaldırılan vaxta 12 710.89 (on iki min yeddi yüz on manat səksən doqquz qəpik) manat, eləcə də vəkilə (nümayəndəyə) və dövlət rüsumu üçün çəkilmiş xərclərin dəyəri 330 manat (cəmi - 13040,89 manat) təşkil etmişdir. Bu Saziş imzalandığı anadək “Cavabdeh Firması” tərəfindən ödənilmiş 2330.00 manat çıxılmaqla, hazırda qalıq borc məbləği 10710.89 manat təşkil edir və həmin məbləğin bu Sazişdə şərtləşdiriİmiş qaydada və müddətdə ödənilməsinə razılaşırlar.

2. Tərəflərin öhdəlikləri, hüquq və vəzifələri 2.1. İddiaçı öhdəlikləri, hüquq və vəzifələri: 2.1.1. İddiaçı öz öhdəsinə götürür ki, “Cavabdeh Firması”-nın - icarə haqqı və istifadə edilmiş kommunal xidmətlərin xərci olaraq cəmi 12 710.89 manat, eləcə də vəkilə (nümayəndəyə) çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 330 manat, cəmi 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) borcun olmasını qəbul etdiyi və borc məbləğinin bir hissəsini Bu saziş bağlananadək, qalan 10710.89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) məbləği bu Sazişdə razılaşdırılmış şərtlər və qaydalarla ödəməyi öhdəsinə götürməsi müqabilində, hazırki iş üzrə cavabdehə qarşı iddia tələbindən imtina edir. 2.1.2. İddiaçı hüququ vardır ki, hazırki Sazişin şərtlərinə uyğun olaraq, “Cavabdeh Firması”-nın Müəssisəyə bu Sazişin imzalanması amma qalan 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat borc məbləğinin hər ayın 10-dək 1000 manat olmaqla ödənilməsini tələb etsin. Ümumilikdə hazırki Sazişin imzalandığı andan xx xxx 2021-ci il tarixədək cəmi 10710,89 (on min yeddi yüz on manat səksən doqquz qəpik) manat ödəniləcəyi müqabilində, “Cavabdeh Firması”-na qarşı hazırki mübahisə ilə əlaqədar hər hansı tələb irəli sürməyəcəkdir. 2.2. “Cavabdeh Firması”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh Firması” hazırki iş üzrə iddia qaldırılan vaxta 13 040,89 (on üç min qırx manat səksən doqquz qəpik) manat borcunun olduğunu qəbul edir və həmin məbləğin 2330 manat hissəsini bu Sazişin imzalanması anında, qalan hissəsini isə, hər ay 1000 manat, sonuncu ayda 710,89 manat olmaqla Sazişin imzalanmasından sonrakı hər ayın 10-dan gec olmayaraq - ümumilikdə hazırki Sazişin imzalandığı andan xx xxx 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. 2.2.2. “Cavabdeh Firması” öhdəsinə götürür ki, bu Sazişin tam və bütünlükdə icrası ilə bağlı tərəflərin hərəkətlərinə maneə ola biləcək hər hansı hərəkətlərə yol verməyəcəkdir.

3. Digər şərtlər 3.1 Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.

4. Sazişin müddəti 4.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.

5. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 5.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra vərəqəsinin verilməsi və icra icraatının başlanması üçün əsasdır. 5.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi “Cavabdeh Firması”, bir nüsxəsi İddiaçındə saxlanılır, digər-nüsxəsi Bakı Kommersiya Məhkəməsinə təqdim edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar