Məhkəmə qərarları › İş №e-2-2(113)-5969/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5969/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5969/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasına qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yalan məlumatın təkzib edilməsi və səhifədən silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasına qarşı “məlumatların təkzib edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İstehsalat-Kommersiya Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair əsassız, həqiqətə uyğun olmayan, İddiaçının işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş məlumatların Cavabdeh Müstəqil Tele-radio Kompaniyasına məxsus Cavabdeh Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramında Cavabdeh tərəfindən aşağıdakı mətndə təkzib olunması: “Azad Azərbaycan Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumatlarla bağlı xəbər yayımlanmışdı. Bildiririk ki, bu məlumatlar araşdırma aparılmadan yayımlanmış və həqiqətə uyğun olmayan məlumatlardır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Lobaratoriyaları tərəfindən mütəmadi olaraq CF KRİSTAL əmtəə nişanı altında istehsal olunan kolbasa və sosiska məhsullarından nümunələr götürülərək yoxlamalar aparılır. Yoxlamanın nəticələrinə dair təsdiq olunmuş Sınaq Protokollarından görünür ki, İddiaçı İstehsal-kommersiya Firması tərəfindən CF KRİSTAL əmtəə nişanı altında istehsal olunan kolbasa və sosiska məhsulları istehlak üçün yararlıdır, yüksək keyfiyyətli məhsullardan hazırlanır və tərkibində insan orqanizminə təsir edəcək hər hansı zərərli qida əlavələri yoxdur”., cavabdeh tərəfindən veriləcək təkzibə dair material və yayımlanmış video süjetin Cavabdehə məxsus sosial şəbəkə hesablarında (Youtube, İnstagram, Facebook və s.) yerləşdirilməsi, Cavabdeh Müstəqil Tele-radio Kompaniyasına məxsus Azad AzərbaycanTeleviziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair yayımın Cavabdehə məxsus bütün sosial şəbəkə hesablarından (Youtube, İnstagram, Facebook və s.) silinməsi, cavabdeh tərəfindən İddiaçı haqqında həqiqətə uyğun olmayan və əsassız məlumatların yayıldığı üçün Cavabdehin İddiaçıdan üzr istəməsi, 10000 manat məbləğində mənəvi zərərin, 30000 manat məbləğində maddi zərərin, hüquqi xidmət üçün İddiaçı tərəfindən ödənilmiş 1500 manatın, ödənilmiş 214,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Müstəqil Tele-radio Kompaniyasına məxsus Azad AzərbaycanTeleviziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair əsassız, həqiqətə uyğun olmayan,İddiaçı İstehsal-kommersiya Firmasının işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş məlumatlar yayımlanmışdır. Qeyd olunanlara əsasən, Azad Azərbaycan Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumatlar əsassız, qərəzli, həqiqətə uyğun olmayan və İddiaçı İstehsal-kommersiya Firmasının işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş məlumatlardır və buna görə də təkzib olunmalı, həmçinin bu məlumatların yayımlanması nəticəsində İddiaçı İstehsalkommersiya Firmasına dəymiş maddi və mənəvi zərər ödənilməlidir: 1. Cavabdeh yayımladığı məlumatlarla bağlı ətraflı araşıdırma aparmamış, rəsmi faktlara və sənədlərə istinad etmədən yalan məlumatlar yayımlamışdır. Bu da öz növbəsinə “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramında Cavabdeh barəsində yayımlanmış məlumatların qərəzli və əsassız olmasına dəlalət edir. İddiaçı İstehsal-kommersiya Firması qida sahəsində fəaliyyət göstərən subyekt kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyata alınmışdır, onun fəaliyyəti və istehsal etdiyi məhsulların keyfiyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini və onun tabeliyindəki qurum(lar) tərəfindən daim yoxlanılır və yoxlamanın nəticələri barədə məlumatlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və onun tabeliyindəki qurum(lar)da saxlanılır. Cavabdeh İddiaçı barəsində məlumat yayarkən əgər araşdırma aparsa idi, qeyd edilən dövlət qurumundan məlumat alsa idi, bu zaman Cavabdehə aydın olacaqdır ki, onun yayımladığı məlumatlar həqiqətə uyğun deyildir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Lobaratoriyaları tərəfindən mütəmadi olaraq İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanı altında istehsal olunan kolbasa və sosiska məhsullarından nümunələr götürülərək yoxlamalar aparılır və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki,aparılmış yoxlamaların nəticələri müsbətdir və məhsullar istehlak üçün uyğundur. Cavabdeh tərəfindən İddiaçı barəsində sözü gedən məlumatın yayılmlanmasından 1 gün əvvəl, yəni 05 iyul 2024-cü il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı Regional Sınaq Laboratoriyası tərəfindən Cavabdehin istehsal etdiyi kolbasa və sosiska məhsullarında aparılmış yoxlamaların nəticəsini özündə əks etdirən Sınaq Protokolu təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı Regional Sınaq Laboratoriyası tərəfindən Cavabdehin istehsal etdiyi kolbasa və sosiska məhsullarından 25 iyun 2024-cü il tarixdə nümunələr götürülərək sınaq aparılmış, 05 iyul 2024-cü il tarixli AZ20011896/LAB02- 24008-T-008 nömrəli Sınaq Protokolu ilə təsdiq olunmuşdur ki, Sınaq nəticələri uyğundur və Cavabdehin istehsaletdiyi bütün növ kolbasa və sosiska məhsulları istehlak üçün yararlıdır. Cavabdehə məxsus “ATV Xəbər” proqramında İddiaçı barəsində yayımlanmış sözügedən məlumatla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli YPK/0401-24 nömrəli “Məhsulun tədqiqi (sınağı) barədə Qərar”a əsasən “CF Kristal” əmtəə nişanlı servalat əla növ kolbasa (bişmiş hissə verilmiş) məmulatından nümunə götürülmüş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasına təhvil verilmişdir. Beləliklə, götürülmüş nümunələr əsasında həyata keçirilmiş sınaq nəticələrini özündə əks etdirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 29 iyul 2024-cü il tarixli YPK/0401-24 nömrəli qərarında qeyd olunmuşdur ki, xx.xx.2024cü il tarixli AZ-20011896/LAB01-24009-T0-009 nömrəli sınaq protokoluna əsasən nümunə götürülən məhsulların sınaq nəticələri texniki normativ hüquqi aktların tələblərinə uyğundur və yoxlamanın nəticəsi qənaətbəxş hesab edilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən AZ-20011896/EA-B-01240047 nömrəli xx.xx.2024-ci il tarixli EKSPERTİZA AKTİ ilə də təsdiq olunur ki, İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanı altında istehsal olunan kolbasa və sosiska məhsulları istehlak üçün yararlıdır. Həmçinin Cavabdeh tərəfindən istehsal olunaraq satışa buraxılacaq hər partiya üzrə məhsullardan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Lobaratoriyaları tərəfindən nümunələr götürülərək sınaqlar aparılır. Yalnız Sınaq nəticəsi müsbət olan məhsulların satışına icazə verilir. Yuxarıda qeyd olunan əsaslarla birbaşa sübut olunur ki, Cavabdeh tərəfindən İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumatlar əsassız, qərəzli və həqiqətə uyğun deyildir. Əlavə olaraq İddiaçı İstehsal-kommersiya Firması xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyata alınmış və 30 ilə yaxındır ki, istehsaletdiyi keyfiyyətli məhsulları ilə müştərilərinin rəğbətini qazanmış, onlarla iş yerinin yaradılmasını təmin etmişdir. Cavabdeh tərəfindən İddiaçı haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində İddiaçının məhsul satışında xeyli azalma olmuş, nəticədə İddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən süjetin hazırlanması və bu süjetin Televiziya Kanalı vasitəsi ilə geniş kütləyə çatdırılması İddiaçı İstehsalkommersiya Firmasının işgüzar nüfuzuna ciddi xələl gətirmiş, nəticədə İddiaçı İstehsalkommersiya Firmasına maddi və mənəvi zərər dəymişdir. İddiaçı bu hüququndan istifadə edərək 30 iyul 2024-cü il tarixdə Cavabdehə “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramında CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaları barədə əsassız, həqiqətə uyğun olmayan, işgüzar nüfuza xələl gətirən məlumatların TƏKZİB edilməsinə dair müraciət ünvanlanmışdır. Lakin Cavabdeh İddiaçının müraciətinə cavab verməmiş, İddiaçının hüquqlarını pozmaqda davam etmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehə məxsus həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair əsassız, həqiqətə uyğun olmayan, İddiaçının işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş məlumatların Cavabdeh Müstəqil Tele-radio Kompaniyasına məxsus Cavabdeh Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramında Cavabdeh tərəfindən aşağıdakı mətndə təkzib olunması: “Azad Azərbaycan Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumatlarla bağlı xəbər yayımlanmışdı. Bildiririk ki, bu məlumatlar araşdırma aparılmadan yayımlanmış və həqiqətə uyğun olmayan məlumatlardır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Lobaratoriyaları tərəfindən mütəmadi olaraq CF KRİSTAL əmtəə nişanı altında istehsal olunan kolbasa və sosiska məhsullarından nümunələr götürülərək yoxlamalar aparılır. Yoxlamanın nəticələrinə dair təsdiq olunmuş Sınaq Protokollarından görünür ki, İddiaçı İstehsal-kommersiya Firması tərəfindən CF KRİSTAL əmtəə nişanı altında istehsal olunan kolbasa və sosiska məhsulları istehlak üçün yararlıdır, yüksək keyfiyyətli məhsullardan hazırlanır və tərkibində insan orqanizminə təsir edəcək hər hansı zərərli qida əlavələri yoxdur”, cavabdeh tərəfindən veriləcək təkzibə dair material və yayımlanmış video süjetin Cavabdehə məxsus sosial media platformalarında (Youtube, İnstagram, Facebook, Telegram) yerləşdirilməsi, Cavabdeh Müstəqil Tele-radio Kompaniyasına məxsus Azad Azərbaycan Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair yayımın Cavabdehə məxsus “Youtube” hesabından silinməsi, Cavabdeh tərəfindən İddiaçı haqqında həqiqətə uyğun olmayan və əsassız məlumatların yayıldığı üçün Cavabdehin İddiaçıdan üzr istəməsi; 40.000 manat məbləğində dəymiş maddi ziyanın, Hüquqi xidmət üçün İddiaçı tərəfindən ödənilmiş 1500 manatın, ödənilmiş 214,50 manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi çıxış edərək bildirdi ki, iddiaya etiraz edir. Jurnalist araşdırılması hərtərəfli aprılmışdır. Belə ki, araşdırılan məhsul kimə aiddirsə və ya mövzu kiminlə bağlıdırsa həmin şəxslərin fikirlərini öyrənmək üçün müraciət olunur şirkətə. Hazırki halda da iddiaçıya müraciət olunmuşdur, lakin cavabdehin jurnalistləri içəri buraxılmamışdır və mövzu ilə bağlı müsahibə verilmədi. Bunu təsdiq etmək üçün məhkəməyə videogörüntü təqdim edilmişdir. Məlumat artıq saytda var idi. Onlar sadəcə həmin məlumatda qeyd edilən qidaya əlavələrlə araşdırma aparıblar ki, onların insan orqanizminə bir mənfi təsiri var yoxsa yox. Araşdırmanın mahiyyəti bundan ibarətdir. Şirkətin özü ilə cavabdehin hər-hansı qərəzçiliyi yoxdur. İddiaçı şirkətin istehsal etdiyi kolbasaların tərkibində insan orqanizminə zərərli maddələrin olmasına dair sübut mütəxəssislərin verdikləri şifahi cavabdır. Yəni, cavabdeh bununla bağlı məlumat alınması üçün mütəxəssislərə müraciət edib onların fikrini öyrənib. Cavabdeh X2 də müraciət edib, lakin Agentlikdən bu mövzu ilə bağlı cavab verilmədi, bildirildi ki, araşdırma aparılacaqdır. Onlar konkret məhsula cavabdehdir, cavabdehin isə müzakirə etdiyi məsələ həmin əlavələrin insan orqanizminə nə dərəcədə təhlükəli olubolmamasını araşdırmaqdır. İddia tamamilə əsassızdır. Həmçinin onu da bildirir ki, videogörüntünün yayımından sonra gəlirlərin düşməsi səbəbilə zərərin ödənilməsi tələbi də əsassızdır. Bu iddiaçının istehsal gücü ilə əlaqədardır, bazarda satışın enməsi və yüksələmələri olur. Ümumiyətlə zərərin hesanlanması xüsusi qaydada aparılır. Bubdan başqa bu süjet qərəzli mövqe deyil araşdrma xarakterini daşıyır, bu səbəbdən hər hansı zərər vurması kimi qiymətləndirilə bilməz. Hesab edir ki, cavabdeh tərəfindən hər hansı bir hüquq norması pozulmayıb.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikasının Qida X3 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən xx.xx.2019-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı İstehsal-Kommersiya Firması kolbasa, sosiska və sardelkalar istehsal edən şirkət olmaqla qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır.

8. Azad Azərbaycan Televiziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında (Youtube hesabında) yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında deyilir ki, “Tez-tez istifadə etdiyimiz ət məhsullarından biri də kolbasalardır. Belə ət məhsulları hazırlanarkən müəyyən dadlandırıcı qatqılardan istifadə edilir. Bele qatqıların insan orqanizimi üçün təhlükəli olduğu iddia olunur. Konkret olaraq CF-Kristal servelat kolbasalarının tərkibində insan orqanizimi üçün çox zərərli qida əlavələrinin olduğu məlum olub. İri ticarət mərkəzlərinin birində onlayın satış mağazasında CF-Kristal servelat kolbasasının tərkibi haqqında məlumat verilib. Bu barədə social şəbəkələrdə də məlumat yayılıb. Bildirilir ki, kolbasanın tərkibində zərərli hesab edilən E 450, E451, E452, E621 və E300 maddələrinin qarışımı var. Qida ekspertləri deyir ki, kolbasanın tərkibində olan bu maddələr insanda mədə pozğunluğuna gətirib çıxarda bilər. Kolbasanın tərkibindəki E621 qida əlavəsi isə insan orqanizimi üçün zərərli hesab edilən maddələrdəndir. Qatqı maddələrindən biri də təbii ki E 450difosfatlar, E 451- trifosfatlar, E452- polifosfatlardır. Bunlar məhsulun teksturasını qoruyan bir qatqı maddəsidir. Yəni məhsulun tərkibində nəmliyi qoruyur. Sadəcə olaraq bu qida qatqı maddələri qida təhlükəsizlik standartlarına və qaydalarına uyğun olaraq müəyyən olunmuş miqdarda istifadə olunmalıdır. Ekspert deyir ki, bu maddələrdən əsasən işlənmiş ətlərdə istifadə edilir. Ancaq ki, bu qatqılardan istifadə zamanı onun miqdarına xüsusi fikir verilməlidir. Dietoloqlar ümumiyyətlə kolbasa və sosiska məhsullarının istifadəsinin əlehinədir. Hər hansı bir ət məhsulunun kolbasa məhsuluna gətirib çıxardana kimi ona nə edirlər? Ona rəng verici, dad verici maddələr qatırlar. Burda qlükonat natrimdir hansı ki, ona dad verir və onu yedikdə bir az da yemək isdəyirik. Eyni zamanda tərkibində hidrokoloid var, hansı ki ona qatılıq verir və eyni zamanda nitratnatriya var. Nitratnatria az miqdarda zərər göstərmir. Amma çox miqdarda qəbul etdikdə bu artıq zəhərləyici bir maddədir. CF-Kristal kolbasasının tərkibi ilə bağlı bu kolbasanı istehsal edən şirkətdən bir mövqey almaq istəsək də bu mümkün olmadı. Araşdırma zamanı məlum oldu ki, bu kolbasanı “Orxan SS” firması istehsal edir. Ancaq icəriyə daxil olub rəhbər şəxslərlə görüşmək istəsək də, içərdəki məhsul şəxs bildirdi ki rəhbər şəxslərdən heç kəs burda yoxdur. Məsələ ilə bağlı X2 müraciət etdik. Bildirildi ki, mütəmadi olaraq belə istehsal müəssələri ilə bağlı növbədən kənar yoxlamalar aparılır. Bu cür hallarla qarşılaşan vətnədaşlardan isə agentliyin qaynar xəttinə məlumat vermələri xahiş olunur.”

9. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referens Laboratoriya sınaq protokolundan görünür ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi Kristal CF kolbasa, sosiska məhsullarının sınağı aparılmış və normalara uyğunluğu təsdiq edilmişdir.

10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktından görünür ki, CF Kristal kolbasa və sosiska məhsullarının yararlı olması təsdiq edilmişdir.

11. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0401-24 saylı yoxlamanın nəticələri üzrə qərarına əsasən xx.xx.2024-cü il tarixli YPK/0401-24 nömrəli məhsulun tədqiqi barədə qərara əsasən CF Kristal əmtəə nişanlı servelat əla növ kolbasa məlumatından nümunə götürülərək AQTİ-nin müvafiq laboratosiyasına təhvil verilmiş və xx.xx.2024-cü il tarixli AZ-20011896/LAB01-24009-T-009 nömrəli sınaq protokoluna əsasən nümunə götürülən məhsulların sınaq nəticələri texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğundan yoxlamanın nəticəsinin qənaətbəxş olması qərara alınmışdır.

12. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən: İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 23.1 Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

19. Maddə 23.2 Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

20. Maddə 23.4 Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

21. Maddə 23.6 Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

22. Maddə 1096-cı Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

24. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun:

25. 14.1-ci maddəsinə əsasən Mediada dərc olunan və (və ya) yayımlanan informasiya şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir.

26. 18.1-ci maddəsinə əsasən Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

27. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidirlər: məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.

28. Cavabdeh Müstəqil Tele-radio Kompaniyasına məxsus Azad AzərbaycanTeleviziya Kanalında həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumat yayımlanmış və hazırda iddiaçı məlumatın təkzib edilməsi və sosial şəbəkələrdən silinməsini, o cümlədən dəymiş zərərin ödənilməsini məhkəmədə mübahisələndirmişdir.

29. Yuxarıda sadalanan normaların məzmunundan və mahiyyətdən müəyyən edildiyi kimi işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Yəni hazırki mübahisəyə münasibətdə məhkəmə müəyyən etməlidir ki, cavabdehə məxsus “ATV Xəbər” adı altında (Youtube hesabında) yayımlanan xəbər proqramında yayıldığı şübhə doğurmayan, həmin yayımda yayılmış məlumat iddiaçı barədə işlədilmiş ifadələr işgüzar nüfuza xələl yetirən ifadələrdir və həmin ifadələr həqiqətə uyğun deyildir.

30. Məhkəmə araşdırılması zamanı yuxarıda göstərilən hər üç halın mövcüdluğu öz təsdiqini tapmışdır. Belə ki, mübahisə mövzüsu olan yayım cavabdehə məxsus və geniş izləyici kütləsi olan youtube-hesabında yayılmış, həmin məlumatlar – “Konkret olaraq CF-Kristal servelat kolbasalarının tərkibində insan orqanizimi üçün çox zərərli qida əlavələrinin olduğu məlum olub” (linqvistik ekspertizasının keçirilməsinə ehtiyac olmadan) məhkəmə tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat kimi giymətləndirilmiş və həmin məlumatlar həqiqətə uyğun olmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin laboratoriya analizlərindən və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli YPK/0401-24 saylı yoxlamanın nəticələri üzrə qərarından görünür ki, cavabdeh tərəfindən yayımlanan proqramdan əvvəlki və sonrakı tarixlərdə iddiaçının istehsal etdiyi məhsullar Agentlik tərəfindən sınaqdan keçirilmiş və bütün standartlara uyğunluğu müəyyən edilmişdir. Məhkəmə cavabdehin “CF-Kristal kolbasasının tərkibi ilə bağlı bu kolbasanı istehsal edən şirkətdən bir mövqey almaq üçün addımların atıldığını, lakin mövqey almaq istiqamətində hər-hansı nəticənin olmadığı” argümentinə dair qeyd edir ki, istehsal şirkəti ilə qeyd edilən mövzü üzrə mövgeyin alınması istiqamətində addımların atılması, lakin nəticənin əldə edilməməsi cavabdehin arqumentinin əsaslı olması, və həqiqiliyini təsdiq edən hərhansı rəsmi sənəd əldə etmədən iddiaçının işgüzar nüfuzuna xələl gətirən bu cür məlumatın kütləvi informasına məkanında yayımlanmasının yolverilən olması və məsuliyyətdən azad edən hərəkət kimi qiymətləndirilə bilməz.

31. Beləliklə, məhkəmə iddiaçının hər bir tələbinə məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh tərəfindən yayımlanan (İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin”) məlumatların təkzib edilməsi, “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan buraxılışın cavabdehə məxsus “Youtube” hesabından silinməsi hissəsində tələbi əsaslıdır və bu hissədə iddia tələbi təmin edilməlidir.

32. Həmçinin məhkəmə onu da qeyd edir ki, işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı pozulmuş hüququn müdafiəsinin yeganə üsulu yalnız üzr istənilməsi, yaxud pul formasında kompensasiya ödənilməsindən ibarət deyil. İddiaçının pozulmuş hüququnun məhkəmə qaydasında tanınması və bununla bağlı təkzib verilməsi özü də pozulmuş hüququn müdafiəsinin mühüm təminat mexanizmlərindən hesab edilir.

33. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6.1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.

34. Məhkəmə hüquqi şəxsdən üzr istənilməsi və ona dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı da hesab edir ki, tələb əsassız olduğundan təmin edilməməlidir.

35. Belə ki, qanunvericlikdə iki hüquqi şəxsin işgüzar nüfuzu ləkələyən hərəkərlərə yol verilməsindən müdafiə vasitələrindən biri kimi üzr istəmə halı nəzərdə tutulmamışdır, həmin halın özü fiziki şəxsə münasibətdə tətbiq edilməsi daha məqsədə uyğun hesab edilir. Hüquqi şəxsə münasibətdə isə yalnış məlumatların təkzib edilməsi növündə müdafiə vasitəsi nəzərdə tutulmuşdur.

36. Bundan başqa məhkəmə dəymiş ziyanla bağlı da tələbi əsassız hesab edir. Belə ki, iddiaçı maddi zərərin dəyməsini təsdiq etmək üçün məhkəməyə yalnız elektron qaimələrin çıxarışını təqdim etmişdir. Lakin, hətta həmin sənədlər əsasında iddiaçı şirkətin kolbasa məxsullarının satışında azalma tendensiyası müşahidə edilmiş olseydi belə, həmin halın səbəbli əlaqə olaraq məhz cavabdeh tərəfindən yayılmış məlumat nəticəsində olmasını təsdiq edən yetərli sübut qismində qiymətləndirilə bilməz. Buna görə də məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir.

37. Beləliklə, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasına məxsus həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsalkommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumatları əsassız və İddiaçı İstehsalat-Kommersiya Firmasının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməlidir. “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan buraxılışın cavabdehə məxsus “Youtube” hesabından silinməli və həmin məlumatların (İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaları ilə bağlı hissəsinin) həqiqətə uyğun olmaması barədə eyni qaydada - cavabdehə məxsus “Youtube” hesabında (iddia tələbində həmçinin İnstaqram, Facebook və Telegram göstərilsə də, lakin həmin platformalarda mübahisəli buraxılışın yayılması iddiaçı tərəfindən sübuta yetirilməmişdi) “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramında təqzib verilməsi vəzifəsi cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının üzərinə qoyulmalıdır.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 216 manat dövlət rüsumu və məhz hazırki işə baxılması ilə əlaqədar (işdə olan xx.xx.2024cü il tarixli XM-05/0824 saylı xidmət müqaviləsinin predmetinə əsasən) hüquqi xidmət xərci olaraq 1500 manat ödənişlər edilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Hüquqi xidmətə görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi yardıma çəkilmiş xərclərə görə cavabdehdən 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

44. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasına məxsus həftənin hər günü “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan axşam buraxılışında İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaların tərkibində insan orqanizmi üçün çox zərərli qida əlavələrinin olduğuna dair məlumatları əsassız və İddiaçı İstehsalat-Kommersiya Firmasının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin. “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramının 06 iyul 2024-cü il tarixdə olan buraxılışın cavabdehə məxsus “Youtube” hesabından silinsin və həmin məlumatların (İddiaçı İstehsal-kommersiya Firmasına məxsus CF KRİSTAL əmtəə nişanlı servelat kolbasaları ilə bağlı hissəsinin) həqiqətə uyğun olmaması barədə eyni qaydada cavabdehə məxsus “Youtube” hesabında “ATV Xəbər” adı altında yayımlanan xəbər proqramında təqzib verilməsi vəzifəsi cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasının üzərinə qoyulmalıdır. Hüquqi xidmət xərcinin əvəzi olaraq 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdeh “Azad-Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyasından tutularaq İddiaçı İstehsalat-Kommersiya Firmasına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar